Icma.az
close
up
RU
Türkiyədən verilən mesajlar

Türkiyədən verilən mesajlar

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Bu, kifayət qədər təhlükəli möbqedir

Ərdoğanın baş müşaviri Oktay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, “hicablı tələblərin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir” açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə, eyni zamanda, baş verənlərin “hicab qadağası” kimi təqdim edilməsi deməkdir. Belə müdaxilələri – çağırışları adətən İrandan eşitmişik, indi qardaş Türkiyənin də bu sıraya qoşulması regionda dini-ideoloji planlara diqqət çəkir. Və Azərbaycanın dünyəvi təhsil sistemi üzərində xüsusilə dayanmasında bu amillərin rol oynadığı istisna edilməməlidir. Bu, daha geniş mövzudur.

Türkiyədən ən təhlükəli açıqlamanı isə Anadolu Aslanları İş Adamları Dərnəyi (ASKON) verib. Şirkət bəyan edib ki, “Azərbaycanda baş örtüyünə görə məktəbə gedə bilməyən şagirdlərin Türkiyədə təhsilinin davam etdirilməsi və yaşamasını təmin etməyə hazırıq”.

ASKON Türkiyə hakimiyyətinə yaxın şirkətdir. Bu şirkətin verdiyi açıqlama – məktəbli geyimini qəbul etməyən şagirdlərin Türkiyədə təhsil almasını təşkil etmək istəyi nə deməkdir?

Azərbaycan dövlətinin vahid məktəbli forması qərarına açıq şəkildə müdaxilədir;  Qərara əməl edilməsi və tam icra olunması perspektivlərini sıradan çıxarmaqdır;

ASKON-nun təqdim etdiyi seçim Azərbaycanda açıq şəkildə itaətsizliyə çağırış hesab oluna bilər. 

Bu təklifin-planın Türkiyə hakimiyyətinin yanaşması olduğu istisna edilməməlidir, xüsusilə Oktay Saralın açıqlaması fonunda. Və kifayət qədər təhlükəli mövqedir.

Asif Nərimanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Oktyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri