Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarını anmaq üçün Haçadağa yürüş edib
Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fevralın 22-də Xocalı soyqrımının 33-cü ildönümü ilə əlaqədar olaraq Türkiyədən gələn alpinist qrupları və Naxçıvandan olan ekstrimsevərlərin iştirakı ilə Haçadağa yürüş təşkil olunub.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, günün erkən vaxtı Naxçıvan şəhərindən adıçəkilən təbiət abidəsinə doğru hərəkət edən 34 yürüş iştirakçısı saat 07:00-da Culfa rayonu Gal kəndi ərazisindən başlayaraq zirvəyə doğru hərəkət ediblər.
Hava şəraitinin yaratdığı çətinliklərə və risklər nəzərə alınmaqla yürüş iştirakçıları mümkün yüksəkliyə qədər irəliləyiblər.
Ənənəvi ekstrimal yürüşdə Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsi şəhidləri yad edilib, hər iki ölkənin Dövlət Himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqrımına aid şüarlar səsləndirilib.
Baxış sayı:49
Bu xəbər 22 Fevral 2025 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















