Icma.az
close
up
RU
Türkiyəli general: TDT çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq koordinasiya olunmalıdır

Türkiyəli general: TDT çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq koordinasiya olunmalıdır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əks halda, gələcəkdə tarix yazılarkən bu istiqamətdə lazımi töhfəni verməyənlər və yanlış siyasət yürüdənlər tarix qarşısında məsuliyyət daşıyacaqlar


Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ortaq təhdidlərə cavab verilməsi, strateji maraqlarımız, regional təhlükəsizlik və sabitlik baxımından əlahiddə əhəmiyyətə malikdir.

Bunu Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er bildirib.

Mehmet Süreyya Er qeyd edib ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində dövlətlərimiz arasında birlik və həmrəyliyin daha da güclənməsi, hər sahədə əməkdaşlığın inkişafı mühüm rol oynayır: “Bu sahədə əməkdaşlığın institusionallaşmasında həm Türk Dövlətləri Təşkilatı, həm də türk əməkdaşlığının parlament ölçüsü olan TÜRKPA əsas platformalar kimi çıxış edirlər. Ölkələrimizin və ümumən bölgəmizin təhlükəsizliyi üçün atılan addımlarda parlament əməkdaşlığının özünəməxsus yerini bir daha qeyd etmək istərdim. Bundan sonra da davam edəcək parlamentlərin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclasının nəinki TÜRKPA çərçivəsində əməkdaşlığa, o cümlədən dövlətlərimizin və regionumuzun təhlükəsizliyinə mühüm töhfə verəcəyinə ürəkdən inanıram. Türk dövlətləri arasında ortaq soy-kökə, tarixə, mədəniyyətə, dilə və dəyərlərə söykənən əməkdaşlıq türk dünyasını yüksələn güc mərkəzinə çevirir. Bu gün əməkdaşlığımız bir çox sahələrdə həmrəylikdən strateji koordinasiyaya keçid edir desək, yanılmarıq”.

TÜRKPA-nın Baş katibi vurğulayıb ki, Türk dövlətləri geniş bir coğrafiyada, o cümlədən regiondan kənarda təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayırlar: “Avrasiyanın qəlbində yerləşən türk dünyasının üzləşdiyi çağırışlar da çox zaman ortaqdır. Terrorizm və transsərhəd problemlərə qarşı mübarizə, qonşu dövlətlərdə qeyri-sabitlik və digər təhdidlər bu çağırışlara bir örnəkdir. 

Təhlükəsizliyə təhdidlərin uğurla öhdəsindən gəlinməsində məhz müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımız həyati əhəmiyyət kəsb edir. Müdafiə sənayesində əməkdaşlıqdan ortaq hərbi təlimlərə, terrorizm və transsərhəd problemlərə qarşı mübarizədən kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizəyə qədər geniş sahələrdə əməkdaşlıq bu potensialın səmərəli reallaşdırılmasına imkan verə bilər. Bunun üçün isə institusional müstəvidə dialoq və sistemli qarşılıqlı fəaliyyət vacib əhəmiyyət kəsb edir. Bu baxımdan, TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclaslarının müntəzəm əsasda keçirilməyə davam edilməsinin əhəmiyyətini vurğulayır, bu platformanın ölkələrimiz arasında müvafiq sahədə ortaq gündəliyin və uzunmüddətli strategiyanın formalaşmasına töhfə verəcəyinə inanıram. Düşünürəm ki, bugünkü iclasımız bu yöndə önəmli pilləni təşkil edir”.


Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz "Sherg.az"a bildirib ki, dünya sürətlə risklərin, təhdidlərin artdığı, hibrid müharibənin tələblərinə uyğun savaş şəraitinə doğru sürüklənir:


"Bu prosesdə Türküstan coğrafiyasında, Cənubi Qafqazda və Anadoluda yerləşən türk dövlətlərinin, o cümlədən Aralıq dənizindəki Şimali Kipr Türk Cümhuriyyətinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq etməsi qaçılmazdır. Hazırda təhlükəsizliyini ABŞ-a və NATO-ya bağlayan Avropa Birliyinin Rusiya-Ukrayna müharibəsi fonunda yaşadığı panika və təşvişi, eləcə də təqribən 60 ildir qura bilmədiyi müdafiə və təhlükəsizlik mexanizmlərini sürətləndirdiyini müşahidə etmək mümkündür. 1992-ci ildən bəri formalaşdırılmağa çalışılan Türk Dövlətləri Təşkilatı (TDT), Azərbaycanın şanlı Qarabağ Zəfəri ilə, Şuşa Bəyannaməsi və İstanbulda keçirilən toplantı nəticəsində yeni bir mərhələyə qədəm qoyub. Hazırkı qlobal şərait nəzərə alındıqda, türk dövlətlərinin birliyi olduqca zəruridir. Bu dövlətlərdən bəzilərinin keçmişdə öz dövlətlərinə qarşı təhdidlərlə qarşılaşdığı və bu hallarda hansı vəziyyətdə qaldıqları da yaxşı məlumdur. Bu birlik könüllülük prinsipi əsasında qurulmalıdır. Artıq Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi və "bir millət, iki dövlət" fəlsəfəsi əsasında həyata keçirilən fəaliyyətlər dünya miqyasında ən nümunəvi ikitərəfli əməkdaşlığa çevrilmişdir. Türk dövlətləri də Azərbaycan-Türkiyə modelini əsas götürərək qarşılıqlı əlaqələrini inkişaf etdirməlidirlər".


Ekspertin fikrincə, yeni bir hərbi ittifaqdan danışmaq hələ tezdir:

"Çünki Türküstan coğrafiyasındakı bəzi dövlətlərin daxili balansları və qonşu ölkələrlə münasibətləri nəzərə alınmalıdır. Bu dövlətlər hələ də siyasi, iqtisadi və sosial baxımdan inkişaf mərhələsindədirlər. Lakin Azərbaycan artıq Cənubi Qafqazın güclü regional dövlətinə çevrilib. Müstəqil siyasət yürüdür və hər kəsə öz sözünü deyə bilir. Hərbi ittifaq ideyası üçün vaxt tez olsa da, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq qurulmazsa, hazırlıq aparılmazsa, baş verə biləcək gözlənilməz hadisələr qarşısında gecikmək ehtimalı yüksəkdir və tarixin bizi bağışlamayacağı bir həqiqətdir. Tarix hər dövlətə eyni fürsəti vermir. Bəzən belə fürsətlər yüz ildən bir yaranır. Bu fürsətdən düzgün istifadə edənlər strateji və coğrafi üstünlük əldə edirlər, əks halda başqalarının maliyyəsinə və yardımına möhtac qalırlar".


Yücel Karauz qeyd edib ki, nəticə olaraq, Azərbaycan-Türkiyə modelində olduğu kimi, ikitərəfli əlaqələr genişləndirilməli, TDT çərçivəsində hərbi təhsil, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq koordinasiya olunmalı və 2040 konsepsiyasına uyğun addımlar atılmalıdır:

"Əks halda, gələcəkdə tarix yazılarkən bu istiqamətdə lazımi töhfəni verməyənlər və yanlış siyasət yürüdənlər tarix qarşısında məsuliyyət daşıyacaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri