Icma.az
close
up
RU
Türkiyəli hakimin idarə etdiyi oyunda yenə aləm bir birinə dəydi!

Türkiyəli hakimin idarə etdiyi oyunda yenə aləm bir birinə dəydi!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Məlum olduğu kimi Çempionlar Liqasının pley-offunda ''Brügge'' ''Atalanta''nı öz meydanında 2:1 məğlub edərək cavab oyunu ərəfəsində bir topluq üstünlük yaxaladı.

''Football-plus.az'' xəbər verir ki, bu qarşılaşmanı türkiyəli Xəlil Umut Meler idarə etdi. Türkiyəli hakimlər onsuz da Türkiyə çempionatında aləmi bir-birinə qatırlar.
Görünür, onlar tək bununla kifayətlənmək istəmirlər. Meler Belçikadakı oyundan sonra ciddi tənqid hədəfinə çevrildi.
Əslində bu hakim son anlara qədər oyunu pis idarə etmirdi. Amma onun əsas vaxtın 1-ci dəqiqəsində meydan sahiblərinin lehinə təyin etdiyi penalti çox böyük söz-söhbətlərə səbəb oldu. ''Atalanta''nın müdafiəçisi İsak Hien əli ilə meydan sahiblərinin üzvü Qustaf Nilssonun üzünə azacıq toxundu. Nilssonun özünü yerə atması isə Melerin ''nöqtə''ni göstərməsi ilə nəticələndi. VAR da epizoda qarışmayaraq qərarı qüvvədə saxladı. ''Zərərçəkmiş'' fürsəti əldən vermədi və Belçika çempionu bu şübhəli qolla qalib gəldi.
''Atalanta''nın baş məşqçisi Canpyero Qasperini o qədər əsəbləşdi ki, penaltidən vurulan qolun ardından gödəkçəsini yerə atdı və final fitini gözləmədən içəri yollandı. Qasperini oyunsonrası mətbuat konfransında təbii ki, ilk növbədə penalti ilə bağlı etirazını dilə gətirdi:

''Futbol artıq futbol olmaqdan çıxıb və başqa bir yerə doğru irəliləyir. Futbolçular az qala hər təmasdan sonra qışqır-bağır salaraq özlərini yerə atırlar. Bu, futbol deyil. Mən artıq bu oyunun qaydalarını anlaya bilmirəm. Hər halda bundan sonra oyunçularımdan rəqibə toxunmamaları üçün meydanda pinqvin kimi qaçmalarını tələb edəcəm. Futbolu kimlərin idarə etdiyini və bu oyunun hansı tərəfə yönəldiyini anlamaq olmur. Oyunçuların özlərini yerə atması futbol sayılmır''.


''Atalanta''nın ulduzu Şarls De Ketelare də tənqidi fikir səsləndirib:

''Hakim bizə qarşı haqsız mövqe tutdu. Epizodu 100 nəfərə göstərsən, onlardan heç biri penalti olduğunu deməz''.


Təbii ki, İtaliya mətbuatı da Xəlil Umut Meleri yıxıb-sürüdü. ''Qazetto dello Sport'' nəşrində ''hakim dəhşəti'' başlıqlı yazıda Melerin yaxın keçmişdə ''Ankaragücü'' prezidenti tərəfindən döyülməsi, eləcə də Səudiyyə Ərəbistanı çempionatında idarə etdiyi qarşılaşmada da kobud səhvlərə yol verilməsi xatırladıldı.
Həqiqətən də 38 yaşlı bu ədalət təmsilçisi noyabrın 30-da dəvət aldığı ''Əl-Şabab'' - ''Əl-Hilal'' oyununu o qədər bərbad idarə etmişdi ki, Səudiyyə Ərəbistanı Futbol Krallığı bir daha ona dəvət göndərməyəcəyini açıqlamışdı. Elə sabiq tanınmış hakimlər də Melerin təyin etdiyi penaltinin yanlış olduğunu bildiriblər.
2021-ci ildə ÇL-in finalını idarə etmiş ispaniyalı Mateo Laos bunları deyib:

''Müdafiəçinin əli rəqibin üzünə təmas etsə də, onun niyyəti topla oynamaq idi. Ümumiyyətlə, bu cür kiçik təmasların penalti ilə nəticələnməsi futbolun gələcəyi üçün çox təhlükəli bir haldı. Futbolu idarə edənlər bu məqamın üzərində düşünməlidi''. Sabiq italiyalı hakim Nikola Ritsolinin fikrincə isə VAR mütləq epizoda müdaxilə etməli idi: ''Bu epizod bir daha göstərir ki, futbolda VAR-ın nəyə müdaxilə edib-etməməli olması mövzusu hələ də tam dəqiqləşməyib. VAR mütləq hakimi epizodu izləməyə dəvət etməli idi. Bəli, üzə azacıq toxunuş oldu. Amma oyunçu özünü nümayişkaranə şəkildə yerə atdı. VAR bu cür futbolun ruhuna zidd olan epizodlara mütləq müdaxilə etməlidi. Bizim dönəmimizdə, yəni VAR-ın olmadığı vaxtlarda belə, buna penalti verilmirdi''.


ƏLİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Fevral 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri