Icma.az
close
up
RU
Türkiyəli professor: Zərərli həşəratlar bütün dünya üçün problemə çevrilib

Türkiyəli professor: Zərərli həşəratlar bütün dünya üçün problemə çevrilib

Aznews.az-dan alınan məlumata görə, Icma.az bildirir Türkiyəli professor: Zərərli həşəratlar bütün dünya üçün problemə çevrilib.

Son illər zərərli həşərat yayılmaqdadır ki, bu da təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün dünya üçün problemə çevrilib.

Bunu Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinin professoru, bitki mühafizəsi üzrə mütəxəssis İsmayıl Karaca “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində Bakıda keçirilən "İnteqrir Bitki Mühafizəsi çərçivəsində Azərbaycanda Dayanıqlı kənd təsərrüfatı və bitki istehsalı" mövzusunda təlimdə bildirib.

Onun sözlərinə görə, zərərvericilərin aktivliyi qlobal istiləşmə fonunda artmaqdadır: "İqlim dəyişikliyi bu gün bəşəriyyətin üzləşdiyi ən mühüm ekoloji problemlərdən biridir. Araşdırmalara görə zərərvericilər 10 ildən bir 6,1 km şimala doğru hərəkət edir. Temperaturun artması həşəratlara təsir edir, onların fəallığı və zərərvericiliyi daha da artır. Bir sıra ölkələr buna hazır deyil. Odur ki, bütün ölkələr həşəratlarla mübarizədə birgə çalışmalı, ortaq təşəbbüslər həyata keçirməlidirlər. Bu həşəratlar bitki sağlamlığını zədələyir".

Professor əlavə edib ki, Türkiyə dünyada pomidor istehsalına görə 4-cü, ixracına görə isə 3-cü yerdə qərarlaşsa da, ötən il zərərvericilər bu sahədə əhəmiyyətli problemlərə səbəb olublar, istehsala zərər veriblər.

"Kənd təsərrüfatı sektoru insanları qida ilə təmin edir. Bu sahə ölkəyə valyuta gətirir. Buna görə də zərərvericilərlə aktiv mübarizə aparmaq lazımdır. Bu sahədə İspaniya önəmli mübarizə mexanizmlərindən istifadə edir. Bu, bioloji mübarizə üsuludur. Bununla həm zərərvericilər məhv edilir, həm də bitkilərin sağlamlığı qorunur. Avropada bu, geniş yayılmağa başlayıb. Bunun da əsas səbəbi istehlakçıların tələbləridir. Onların sağlam qida tələbləri istehsalçıları daha sağlam mübarizə yolunu seçməyi təşviq edir", - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see172

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see167

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see115

Aİ ölkələri Rusiyadan nə qədər qaz alır? RƏQƏMLƏR KONKRET

21 Fevral 2025 17:47see114

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see114

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see113

Zoğal bu infeksiyanın qarşısını alır

21 Fevral 2025 20:14see113

Tramp elan etdi: Rusiya ilə ikinci raund bu tarixdə bşlayır

23 Fevral 2025 01:37see112

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see112

“Milan”da Sarri səsləri

21 Fevral 2025 18:46see111

Qvardiola: “İstənilən komanda ilə rəqabət apara bilərik“

21 Fevral 2025 20:20see111

Su borusu partladı, maşınlar buz bağladı VİDEO

21 Fevral 2025 16:51see111

Əkrəm İmamoğluna qarşı diplom araşdırması

22 Fevral 2025 16:48see110

Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı: Bunu hamıdan gizlədirlər”

23 Fevral 2025 01:39see110

Xəbərdarlıq edildi: Yollarda GİZLİ BUZLAŞMA olacaq Bu gün gecədən...

21 Fevral 2025 16:53see109

BMT nin Rusiya işğalını pisləyən qətnamənsini dəstəkləyəcəkmi? ABŞ hələ də qərar verməyib

21 Fevral 2025 19:01see109

Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşır

21 Fevral 2025 17:18see108

Vaşinqton Kiyevə resurs gəlirlərini ABŞ nin nəzarətində olan fonda köçürməyi təklif edib

23 Fevral 2025 01:31see108

Yer yaşayış üçün yararsız olacaq

22 Fevral 2025 12:34see108

Global Media Group bağlı olan saytlar fəaliyyətini DAYANDIRDI

22 Fevral 2025 22:18see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri