Türkiyəlilər Qarabağ ın qələbəsi ilə coşdu: Çox qısqandım, yaxşı ki, Qalatasaray la düşməyib VİDEO
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli gənclər ötən axşam baş tutan “Benfika”-“Qarabağ” matçını izləyərək həmin anları yutub kanalında paylaşıblar.
Ölkə.Az xəbər verir ki, 42 min abunəsi olan “Maç Vvakti” yutub kanalında yayımlanan görüntülərdə gənclər “Qarabağ”ın oyunçularına, eləcə də baş məşqçi Qurban Qurbanova təriflər yağdırıblar.
Yutuberlər bina evində yaşadıqlarını deyərək, atılan qollara yüksək səslə sevinə bilmədiklərinə görə, digər azarkeşlərdən üzr istəyiblər.
“Joze Mourinyo Qurbanovun gətir-götürünü etsin”,- deyə onlar söyləyib.
“Qalatasaray” azarkeşi olan şəxs püşkatmada “Qarabağ”la bir qrupa düşmədikləri üçün sevindiyini söyləyiblər.
Yutuberlər “Qarabağ”ın oyunçularını Ronaldo və Messi ilə müqayisə ediblər.
“Qarabağı çox qısqandım, Superliqada olsa, çempionluğa oynaya bilər”, “Allah Benfika”ya mərhəmət etsin, çünki “Qarabağ” etməyəcək”, deyə onlar söyləyib.
Xatırladaq ki, dünən Portuqaliyada Ağdamın "Qarabağ" klubunu qəbul edən "Benfika" 2:0 hesabı ilə öndə olsa da, təmsilçimiz 2:3 hesabı ilə qalib gəlib.
Billurə
Ölkə.az - Xəbər və informasiya agentliyi (@olke_az)'in paylaştığı bir gönderi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Sentyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















