Icma.az
close
up
RU
Türkiyənin 13 ildir gözlədiyi gün: Qardaş ölkə Suriyada rəqiblərinə necə qalib gəldi?

Türkiyənin 13 ildir gözlədiyi gün: Qardaş ölkə Suriyada rəqiblərinə necə qalib gəldi?

Icma.az bildirir, Sitat.info portalına istinadən.

"Suriyada hazırda baş verən proseslərin hələ ki, bir qalib tərəfi var, o da Türkiyədir".

Bu sözləri AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Sitat.info-ya açıqlamasında deyib.

O bildirib ki, Türkiyə bütün bunlara heç də asan nail olmayıb: "Könül istərdi ki, bu uğur sona qədər davam etsin. Çünki, qardaş ölkənin qələbəsi həm də Azərbaycanın qələbəsidir. Türkiyə bu uğura asanmı çatdı? Xeyr. Çox çətin mərhələlərdən keçildi, uzun yol qət edildi. Deyərdim ki, rəsmi Ankara səbrlə, sərhədlərində təhlükələr hiss edə-edə 13 il gözlədi. Nəhayət istədiyinə bu günlərdə çatmaqdadır".

C.Abbaslının sözlərinə görə, hazırki geosiyasi vəziyyət də Türkiyə üçün əlverişli imkanlar açdı: "Təbii ki, burada Rusiyanın Ukraynada apardığı ölüm-dirim savaşının, eləcə də, İran ətrafında yaşanan hadisələr, xüsusilə, İsraillə son aylarda baş verən qarşıdurmalar az rol oynamadı. Eyni zamanda, unutmayaq ki, Rusiya və İran son 10 ildə Qərbin ağır sanksiyaları altındadır. Ona görə də, Türkiyə kimi güclü və etibarlı tərəfdaşla iqtisadi əməkdaşlığa həm şimal, həm də cənub qonşumuzun böyük ehtiyacı var. Bir növ Türkiyədən daha çox bu iki ölkənin qardaş dövlətə böyük ehtiyacı var. Onun üçün də  demək olar  ki, Rusiya və İran Türkiyənin Suriyadakı qələbəsinə göz yumdu. Zatən başqa çarələri də yox idi".

Siyasi şərhçi Türkiyənin hərbi qüdrətinin də nəzərə alınmalı olduğunu bildirib: "Bir də unutmayaq ki, onlarla yaxın münasibətləri qoruyub-saxlayan, iqtisadi əlaqələri ən üst səviyyədə saxlayan bir ölkə NATO-nun əsas aparıcı dövlətlərindən biri, ordusuna görə ikinci ölkəsidir. Digər tərəfdən hesab edirəm ki, Əsəd limiti bitmiş bir lider idi. Ona görə də, onun üstündən asanlıqla, bir gözqırpımında xətt çəkdilər".

C.Abbaslı onu da əlavə etdi ki, bu iki ölkə Suriyadakı mövqelərindən tamamilə imtina etməyiblər: Rusiya və İranın nüfuzu, təsir riçaqları Suriyada tamamilə bitdimi? Xeyr. Bundan sonra da Rusiya və İran bu ölkədə nüfuz dairələrini saxlamaq üçün rəqabətin əsas mərkəzində yer alacaqlar, onları bu ərazidən vurub çıxarmaq mümkün olmayacaq. Sadəcə qardaş Türkiyə onlardan daha əlverişli durumda görünəcək. Suriyanın taleyi ilə bağlı müzakirələr isə, bundan sonra da daha çox Rusiya, İran və Türkiyə arasında baş tutacaq. Son baş verən hadisələrdən dərhal sonra hər üç ölkənin XİN rəhbərlərinin Dohada görüş keçirmələri dediklərimizi əyani göstərir. Suriyanın bölünə biləcəyi güclər arasında Amerika və İsrailin də adı çəkilir. Amma bu tərəflər  heç zaman  Türkiyə, İran və Rusiya kimi Suriyada söz sahibi olmayacaqlar".

Siyasi şərhçi Suriyanın gələcək taleyinə də aydınlıq gətirdi: "Sonda Suriyanın gələcək taleyi barədə qısaca onu deyə bilərəm ki, bu ölkədə hakimiyyət sadəcə əl dəyişdirəcək, yəni yeni hakimiyyət Əsəd rejimi kimi Suriyanın nüfuz dairələrinə bölündüyü ölkələrlə bu günkü siyasi xətti davam etdirməyə məcbur olacaq. Sadəcə ölkə daxilində müsbət istiqamətdə xeyli dəyişikliklərin şahidi ola bilərik...”.

Fatimə Zeynal,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sitat.info
archiveBu xəbər 09 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri