Icma.az
close
up
RU
Türkiyənin 2025ci ildəki prioriteti Ukraynada müharibənin sona çatdırılmasıdır Ərdoğan

Türkiyənin 2025ci ildəki prioriteti Ukraynada müharibənin sona çatdırılmasıdır Ərdoğan

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Türkiyə prezidenti ölkənin şimalında "yeni bir dövrün" başlanmasına ümid edir..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı müharibənin sona çatmasını 2025-ci il üçün siyasətinin prioriteti adlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə o, videomüraciətində bəyan edib. Məlumatı "svoboda.org" nəşri yayıb.

Ərdoğan öz müraciətində şimalda yeni bir dövrün başlayacağına ümid etdiyini vurğulayıb: "Qara dəniz üzrə qonşularımız Rusiya və Ukrayna arasında ədalətli sülh yolu ilə müharibənin bitirilməsi əsas prioritetimizdir. Biz ümid edirik ki, 2025-ci ildə bizim şimalda yeni bir dövr başlayacaq”, - deyə Ərdoğan qeyd edib.

Ərdoğan və Ukraynada müharibə

Bundan öncə Ərdoğan ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirmək üçün icazə verməsini tənqid edib. Onun fikrincə, belə addımlar münaqişəni daha da alovlandıracaq. Bu cür icazə Rusiyanın daha sərt cavab tədbirlərinə səbəb olacaq.

Ərdoğan həmçinin Rusiyanın yeni nüvə doktrinasını qəbul etməsini şərh edib. Türkiyə lideri Kremlin addımını "adi silahlara qarşı yönəlmiş bir tədbir" adlandırıb. O, NATO rəhbərliyinin Rusiyanın doktrinasında baş verən dəyişiklikləri nəzərdən keçirməli olduğunu bildirib.

Bundan öncə "Bloomberg" nəşri Ərdoğanın noyabrın 18-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək “İyirmilər Qrupu” sammitində Rusiya-Ukrayna müharibəsinin dondurulması planını elan etmək niyyətində olduğunu bildirib.

Türkiyə prezidentinin təklifi Donbasda demilitarizasiya zonasının yaradılması və orada beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Ərdoğanın planına görə, Ukraynanın NATO-ya üzvlüyünün müzakirəsi ən azı 10 il təxirə salınmalıdır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq daha öncə Ukrayna və Rusiyanın artıq sülh danışıqlarına hazır olduğunu söyləyib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov dekabrın 6-da Ukraynada sülhün yalnız NATO-ya üzvlükdən imtinası və Ukraynanın bəzi ərazilərinin itirilməsi şərti ilə mümkün olduğunu bildirib.

Dekabrın sonunda Lavrov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynanın Şimal Atlantika Alyansına üzvlüyünü 20 illiyə təxirə salmaq və onun ərazisinə Avropa İttifaqı və Böyük Britaniyanın sülhməramlılarını yerləşdirmək təklifinin Rusiyanı qane etmədiyini bəyan edib.

Ərdoğan həmçinin ölkəsinin həm Ukrayna, həm də Rusiya ilə ikitərəfli münasibətləri qorumalı olduğunu vurğulayıb. O, atəşkəsin tezliklə təmin ediləcəyinə və sülhün əldə olunacağına ümid etdiyini ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:739
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Yanvar 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri