Türkiyənin dörd böyük komandasının yanvar transfer dövrü üçün xərcləmə limitləri açıqlanıb
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin “Qalatasaray”, “Trabzonspor”, “Fənərbağça” və “Beşiktaş” klublarının yanvar transfer dövrü üçün xərcləmə limitləri bəlli olub.
İdman.Biz xəbər verir ki, Türkiyə Futbol Federasiyasının açıqlamasına əsasən, ən yüksək xərcləmə limiti “Qalatasaray” klubuna məxsusdur.
Məlumata görə, İstanbul təmsilçisinin yanvar transfer pəncərəsində xərcləyə biləcəyi maksimum məbləğ 12 867 502 920 TL (təxminən 514 milyon AZN) təşkil edir.
Siyahıda ikinci yerdə 7 856 638 973 TL (təxminən 314 milyon AZN) ilə “Trabzonspor” qərarlaşıb.
Üçüncü pillədə 6 222 490 850 TL (təxminən 249 milyon AZN) ilə “Fənərbağça” yer alıb.
Dördüncü yerdə isə 5 830 441 031 TL (təxminən 233 milyon AZN) xərcləmə limiti ilə “Beşiktaş” olub.
Beləliklə, TFF-nin qərarına əsasən, yanvar transfer dövründə dörd böyük klubun büdcə imkanları arasında ciddi fərqlər formalaşıb və bu da transfer bazarındakı aktivliyə birbaşa təsir göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Dekabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















