Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 24 dekabr, Günel Karatepe, AZƏRTAC
Balıkesir şəhərində baş verən partlayışla bağlı Türkiyənin milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya və əmək və sosial müdafiə naziri Vedat İşıkhan mətbuata birgə açıqlama veriblər.
AZƏRTAC xəbər verir ki, Vedat İşıkhan partlayıcı vasitələr istehsal edilən fabrikdə meydana gələn hadisənin təsirindən tikilinin tavan hissəsinin çökdüyünü, başladılan axtarış-xilasetmə işləri nəticəsində 11 nəfərin həlak olduğu, 7 nəfərin isə yaralandığının müəyyən edildiyini bildirib.
Qeyd edilib ki, ümumilikdə 615 nəfərin işlədiyi fabrik fəaliyyət istiqamətinin təhlükə səviyyəsi nəzərə alınaraq mütəmadi nəzarət altında saxlanılıb. Son dəfə avqust ayında aparılan yoxlamalarda hansısa mənfi hal aşkarlanmayıb.
Ali Yerlikaya hadisənin ardından verilən ilkin açıqlamada 12 nəfərin həlak olması ilə bağlı xəbərin yeniləndiyini və partlayış nəticəsində 11 nəfərin həyatını itirdiyini deyib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Baxış sayı:137
Bu xəbər 24 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















