Icma.az
close
up
RU
Türkiyənin ən böyük körpəsi: 6 kilo 150 qram çəkidə dünyaya gəldi

Türkiyənin ən böyük körpəsi: 6 kilo 150 qram çəkidə dünyaya gəldi

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bursanın İnegöl rayonunda dünyaya gələn oğlan uşağı çəkisi və boyu ilə hər kəsi təəccübləndirib.


Sherg.az xəbər verir ki, 32 yaşlı vəkil Murat Tunç Bircan və 28 yaşlı özəl tibb mərkəzinin müdiri Ece Bircan cütlüyünün ikinci övladı olan Əli Atilla, 6 kilo 150 qram çəkidə və 59 santimetr uzunluqda doğularaq həm ailəsini, həm də tibb işçilərini heyrətə salıb.

Keysəriyyə üsulu ilə 37 həftəlik olaraq dünyaya gələn körpənin doğumu zamanı həkim və tibb heyəti xüsusi diqqət göstərib. Normal doğulan körpələrin orta çəkisi 3–3,5 kiloqram arasında dəyişsə də, Əli Atillanın çəkisi bu göstəricidən demək olar iki dəfə artıq olub. Doğuşdan sonra aparılan müayinələrdə körpənin səhhətinin yaxşı olduğu müəyyən edilib.


Qadın doğum mütəxəssisi Dr. İbrahim Yaşa deyib:


“Bir neçə gün öncə doğuş baş verdi. Hamiləlik gedişatı bir qədər riskli idi, çünki körpə çox sürətlə çəki toplayırdı. 6 kilo 150 qramlıq oğlan uşağı doğuldu. 2024-2025 illərinin göstəricilərinə əsasən, bu, Türkiyədə qeydə alınan ən böyük körpədir. Keçən il İspaniyada 6 kiloluq körpə Avropada gündəm olmuşdu. Bir neçə ay əvvəl də ölkəmizin şərqində 5 kilo 250 qram çəkidə doğulan körpə səs-küy yaratmışdı. Bizim körpəmiz həm də 37 həftəlik idi. Bu, tibbi ədəbiyyata düşməyə namizəd bir hadisədir. Ananı bir-iki gün xəstəxanada saxladıq, lakin ağrılar artdığından, normal doğuş vaxtından 3 həftə əvvəl keysəriyyə uşağı dünyaya gətirməyə qərar verdik.”


Ata Murat Bircan deyib:

“Çox təşəkkür edirik. Xoşbəxtik. Bütün uşaq həkimlərimizə, qadın-doğum mütəxəssisi İbrahim müəllimə, uşaq həkimi Kahraman müəllimə minnətdarıq. Sevindik, çox şükür, hər şey yaxşıdır.”


Ana Ece Bircan isə bildirib:

“Əslində, biz bunu gözləyirdik. Çünki hər ay, hər həftə ultrasəs müayinəsində körpənin çəkisinin normadan artıq olduğu görünürdü. İbrahim müəllim də bunu deyirdi, amma biz təxminən 5 kilo civarında doğulacağını düşünürdük. Birdən 6 kilo 150 qram gəlməsi bizi də təəccübləndirdi. Ən önəmlisi, sağlam olmasıdır. Şükür, bu, çox gözəl hissdir. İnşallah, hər şey belə də davam edər.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri