Icma.az
close
up
RU
Türkiyənin fəlakət zonasında bütün kəndlər ilin sonunadək bərpa ediləcək

Türkiyənin fəlakət zonasında bütün kəndlər ilin sonunadək bərpa ediləcək

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kahramanmaraş, 5 fevral, AZƏRTAC

Türkiyənin fəlakət zonasında bütün kəndlər ilin sonunadək bərpa ediləcək. Təkcə Kahramanmaraş vilayətində dağıdıcı zəlzələlərdən keçən iki il ərzində 345 kənd bərpa edilib, habelə burada 15 min ev tikilib. Onlardan sonuncusu bu ilin sonunadək zərərçəkmiş rayon sakinlərinə təhvil veriləcək.

Bu barədə AZƏRTAC-a Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi yanında Tikinti İşləri Departamentinin baş direktorunun müavini Murat Akınbingöl məlumat verib.

Bölgənin bərpasını sürətləndirmək üçün 67 fərqli şirkətə Kahramanmaraşın 11 kəndində tikinti işləri aparmaq hüququ verilib.

Akınbingöl qeyd edib ki, artıq 1100 ev Kahramanmaraşın evsiz qalmış kəndliləri arasında paylanıb.

Bundan başqa, daha 9 min evin sahibinin müəyyənləşdirilməsi üçün püşkatma keçirilib. Qalan yaşayış binaları isə 2025-ci ildə istifadəyə veriləcək.

Akınbingöl bildirib ki, Kahramanmaraşda yeni mənzil fondunun bölüşdürülməsi ilə bağlı növbəti püşkatma mərasimi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə fevralın 6-da keçiriləcək.

Bir qrup jurnalist Kahramanmaraşın Türkoğlu rayonunda 2023-cü ildə baş verən zəlzələlər nəticəsində əksər evlərin dağıldığı kəndlərdən birinə baş çəkib. Bu gün Özbək kəndində sahəsi 105-108 kvadratmetr olan 55 ev artıq hazırdır. Səlahiyyətlilər Anadolunun bu hissəsinin xarakterik memarlıq xüsusiyyətlərini də nəzərə alırlar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri