Icma.az
close
up
RU
Hatay valisi: COP29 Türkiyənin fəlakət zonasında bərpa layihələrini təqdim etməyə imkan verdi

Hatay valisi: COP29 Türkiyənin fəlakət zonasında bərpa layihələrini təqdim etməyə imkan verdi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Hatay, 5 fevral, AZƏRTAC

Türkiyədə baş verən dağıdıcı zəlzələlərin ilk dəqiqələrində Azərbaycan təbii fəlakət zonasının sakinlərinə yardım əlini uzadıb. Bölgəyə xilasedici qruplar və humanitar yardım gəlib, maliyyə vəsaitləri köçürülüb. Biz buna görə qardaş ölkənin rəhbərliyinə və xalqına dərin minnətdarlığımızı bildiririk.

Bu barədə AZƏRTAC-a Türkiyənin Hatay vilayətinin valisi Mustafa Masatlı bildirib.

Türkiyə vilayətinin valisi təbii fəlakət bölgəsində aparılan işlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün platforma yaratdığına görə Azərbaycana təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Hatayda zəlzələdən zərərçəkmiş evlərdən toplanan tikinti materiallarının təkrar emalı və istifadəsi prosesi Bakıda keçirilən COP29 iqlim konfransında təqdim olunub.

“COP29 iqlim konfransı həm də Türkiyədə fəlakət zonasının bərpası üçün layihələr təqdim etməyə imkan verdi. Mən dağılmış binaların dağıntılarından toplanan materialların təkrar emalı layihəsini təqdim etmək üçün Azərbaycanda səfərdə olmuşam”, - deyə Masatlı bildirib.

O qeyd edib ki, bu tipli layihələr dünyanın yalnız bir neçə ölkəsində həyata keçirilir. “Dəmir və taxta daxil olmaqla, dağılmış və sökülən evlərdə olan bütün qiymətli materiallar təkrar emal olunur. Yığılmış betonun təkrar istifadə üçün əzilməsi imkanları da öyrənilir”, -deyə vali əlavə edib.

O qeyd edib ki, bu istiqamətdə ilk sınaqlar iyul ayında keçirilib və müsbət nəticə əldə edilib. Masatlı əlavə edib: “Yığılmış betondan müəyyən qatqılar əlavə olunmaqla təkrar istifadə oluna bilər”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Hatay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri