Türkiyənin futbol komandalarının avrokubok matçlarının hakimləri bəlli olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Türkiyə təmsilçiləri "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Başakşehir"in avrokuboklarda bu həftə keçirəcəyi matçlar üçün hakim təyinatları açıqlanıb.
"Qalatasaray" - "Tottenhem" görüşünün referisi Laurens Visser olacaq. Ona Rien Venizer, Tibo Neyssen və Saymon Burdoui (dördüncü hakim) kömək edəcəklər. Adıçəkilən ədalət təmsilçiləri Belçikadandır.
"AZ Alkmaar" - "Fənərbaxça" qarşılaşması şotlandiyalılara tapşırılıb. Baş hakim Con Bitona Daniel Makferlen, Devid Makqiçi və Kalum Skoot (dördüncü hakim) kömək edəcək.
"Beşiktaş" - "Malmö" matçında almaniyalılar iş başında olacaq. Referi kimi Sven Yablonski, laynsnman kimi Lasse Koslovski və Eduard Beytinqer, dördüncü hakim kimi isə Tobias Rişel fəaliyyət göstərəcək.
"Kopenhagen" - "Başakşehir" oyununa niderlandlı hakimlər təyin olunub. Referi Joy Koija Yost van Zuilen, Patrik İnia və Aleks Bos (dördüncü hakim) kömək edəcək.
Qeyd edək ki, Avroliqanın Liqa mərhələsinin 4-cü turunda "Qalatasaray" evdə "Tottenhem"lə, "Fənərbaxça" səfərdə "AZ Alkmaar"la, "Beşiktaş" öz meydanında "Malmö" ilə üz-üzə gələcək. Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda isə "Başakşehir" "Kopenhagen"in qonağı olacaq.
///apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Noyabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















