Icma.az
close
up
RU
Türkiyənin məşhur serialının aktrisası sevgilisinin dostunu hədələdi: Səni körpüdən asaram

Türkiyənin məşhur serialının aktrisası sevgilisinin dostunu hədələdi: Səni körpüdən asaram

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Türkiyənin məşhur "Kızılcık şerbeti" serialında Nilay obrazı ilə tanınan aktrisa, daha əvvəl narkotik ittihamları ilə gündəmə gələn Feyza Çiveleklə bağlı növbəti qalmaqal baş verib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Feyza Çivelek keçmiş sevgilisi Alican Kurtun münasibətləri ilə bağlı etdiyi paylaşıma yazılan şərhə qəzəblənib.

Belə ki, aktrisanın bir müddət əvvəl sevgilisi olan Alican Kurt sosial şəbəkə hesabında münasibətlərinə dair hekayə paylaşıb. Kurtun dostu Mert Vanq paylaşılan hekayəyə - "Gülünc olma", - deyə şərh yazıb.

Şərhi görən Çivelek özündən çıxıb, Vanqa qarşı ağır sözlər işlədərək onu təhqir və təhdid edib.

"Həyatında heç vaxt məni görməmisən, bilmirsən, münasibətimə qarışmaq haqqını özündə necə görürsən? Türkiyənin ən tanınmış aktrisalarından biriyəm, gülməlisən, məni də özün kimi gecəqondu sakini zənn etdin deyəsən. Alican sənin kimi yararsız birinin şərhi iləmi hərəkət edəcək? Nömrəni götürdüm, sənin dərsini verəcəyəm, bir daha mənim barəmdə danışdığını eşitsəm, səni körpüdən asaram, gələn-gedən də üzünə tüpürər", - deyə Feyza Çivelek şərhə cavabında təhdid edərək yazıb.

Mesajı görən Mert Vanq məhkəməyə müraciət edib və aktrisadan şikayətçi olub.

Vanq şikayət ərizəsində Çivelekin onu təhqir etdiyini, həyatına təhdid yağdırdığını, şərəf və ləyaqətinə xələl gətirdiyini bildirib.

Məsələ ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see234

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see171

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see156

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see143

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see134

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see130

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see130

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see130

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see126

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see125

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see123

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see121

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see119

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see116

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see114

Kobud məşhurların siyahısı yayıldı

24 Sentyabr 2025 21:55see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri