Icma.az
close
up
RU
Türkiyənin milli müdafiə naziri: Azərbaycanla inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir

Türkiyənin milli müdafiə naziri: Azərbaycanla inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir

Türkiyə daim Azərbaycanın yanındadır.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın 8 Noyabr – Zəfər günü ilə əlaqədar Ankarada keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Nazir “İki dövlət, tək millət” anlayışını xatırladaraq deyib ki, hər iki qardaş ölkə tarix boynca sevinc və kədərlərini birlikdə yaşayıb, çətin zamanlarda bir-birilərinə dəstək olub:

“Türkiyə və Azərbaycan arasında başda müdafiə və təhlükəsizlik olmaqla bütün sahələrdə iş birliyi və həmrəylik var. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Y.Gülər vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir.

Gununsesi.info

seeBaxış sayı:11
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri