Türkiyənin milli müdafiə naziri Liviya xalqına başsağlığı verib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ankara, 24 dekabr, AZƏRTAC
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Liviya Müdafiə Nazirliyinin nümayəndə heyətinin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı Liviya xalqına başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, türk və ərəb dillərindəki başsağlığı mətni dekabrın 24-də Türkiyənin Müdafiə Nazirliyinin sosial media səhifəsində yerləşdirilib.
Liviyanın Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti olan şəxsi təyyarə dünən axşam Ankaradan Tripoliyə yola düşdükdən qısa müddət sonra qəzaya uğrayıb.
Təyyarə qəza siqnalı göndərib, lakin tezliklə radarlardan itib. Liviya Müdafiə Nazirliyinin 5 nümayəndəsi və 3 heyət üzvü həlak olub. Təyyarənin qalıqları Ankaradan təxminən 100 kilometr cənubda - Haymana rayonunun Kesikkavak kəndi yaxınlığında aşkar edilib. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya dünən yerli vaxtla saat 20:52-də radarlardan itən təyyarənin qara qutusunun tapıldığını açıqlayıb.
Hadisə ilə bağlı Liviyada üçgünlük matəm elan olunub. Ölkə hökuməti faciənin səbəblərinin müəyyən edilməsi üçün işləri əlaqələndirmək məqsədilə Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət qrupu Türkiyəyə göndərib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Dekabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















