Türkiyənin ML də ev oyunlarını keçirəcəyi stadionlar bəlli oldu
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
DÇ-2026-da böyük bir fiaskoya uğrayaraq qrup mərhələsi səddini aşa bilməyən Türkiyə yığması üçün növbəti turnir Millətlər Liqasıdı.
Məlum olduğu kimi yeni mövsümdə qardaş ölkənin komandası bu turnirdə ilk dəfə A liqasında oynayacaq. ''Ay-ulduzlular'' Fransa, İtaliya və Belçika ilə eyni qrupda yer alacaqlar. Bu arada Türkiyənin ev oyunlarını keçirəcəyi stadionlar bəlli olub.
Bilindiyi kimi FİFA yığmalar üçün ayrılmış ''pəncərədə'' bir qədər dəyişiklik edib. Buna qədər sentyabrın və oktyabrın əvvəllərində iki ayrı ''pəncərə'' açılırdı. Amma indi bunlar birləşdirilib. Yəni yığma komandalar sentyabrın sonu və oktyabrın əvvəllərində olmaqla ardıcıl 4 oyun keçirəcəklər. Türkiyə həmin ''pəncərədə'' ilk iki oyunu evdə, sonrakı iki oyunu səfərdə keçirəcək.
Türkiyə Futbol Federasiyasından verilən məlumatda ev matçlarının Kocaeli və Bursada oynanılacağı açıqlanıb. Komanda ilk görüşünü sentyabrın 25-də ''Kocaeli Stadionu''nda Fransaya qarşı keçirəcək. Növbəti oyun sentyabrın 28-də ''Bursa Atatürk İdman Kompleksi''ndə İtaliyaya qarşı baş tutacaq. Vinçentso Montellanın kollektivi oktyabrın 2-də Lyej şəhərindəki ''Moris Dyufran'' stadionunda Belçika, oktyabrın 5-də Bolonya şəhərindəki ''Renato Dall'Ara'' stadionunda İtaliya ilə qarşılaşacaq. Bu oyunların hər biri Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.
Türkiyə həm Kocaeli, həm də Bursada yaxın tarixdə oyun keçirib. DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan üzərində 4:1-lik qələbə Kocaelidə, Bolqarıstan üzərində 2:0-lıq qələbə Bursada qazanılmışdı. Elə Bolonya şəhərinin mərkəzi stadionu da türklərə gözəl tanışdı. AÇ-2024-ə hazırlıq çərçivəsində həmin turnirin startına az qalmış Bolonyada Türkiyə ilə İtaliya arasındakı yoxlama oyunu qolsuz yekunlaşmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 01 İyul 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















