Icma.az
close
up
RU
Türkiyənin müdafiə nazirinin rəhbərlik etdiyi heyət azərbaycanlı rəssamın fərdi sərgisini ziyarət edib

Türkiyənin müdafiə nazirinin rəhbərlik etdiyi heyət azərbaycanlı rəssamın fərdi sərgisini ziyarət edib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti Çanaqqala Dəniz Muzeyində Azərbaycanın Əməkdar incəsənət xadimi, Yedditəpə Universitetinin professoru, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin baş rəssamı Rafiq Əzizin fərdi sərgisini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir Gülərlə bərabər Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı admiral Ərcümənt Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlunun da daxil olduğu heyət Çanaqqalada Barbaros Şəhidliyini ziyarət edib.

Daha sonra nazir Gülər və onu müşayiət edən Türkiyə Silahlı Qüvvələrinin komandanları Çanaqqala Dəniz Muzeyinə gələrək azərbaycanlı rəssamın sərgisi ilə yaxından tanış olublar.

Sərgi Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı və Çanaqqala Dəniz Muzeyinin birgə təşəbbüsü ilə açılıb. Burada Rafiq Əzizin Türkiyənin Hərbi Dəniz Qüvvələrinin İstanbul, Çanaqqala, Mersin, Hatay-İskenderun Dəniz muzeylərində, o cümlədən 15 il bundan əvvəl Çanaqqalanın tarixi Gelibolu rayonunda açılmış Piri Rəis muzeyində sərgilənən, eləcə də Türkiyənin Milli Müdafiə Nazirliyinin kolleksiyasında yer alan yağlı boya ilə çəkilmiş 37 əsəri nümayiş olunur.

Əsərlər arasında 1081-ci ildən günümüzə qədər Türkiyənin şanlı Dəniz Qüvvələrinin, eləcə də Çaka bəydən Oruc Barbaros və ya Oruc rəis kimi tanınan əfsanəvi komandanların, dünya dəniz xəritəsini hazırlayan ilk türk admiral Piri Rəisin, eləcə də məşhur türk admirallarının portretləri və onların iştirak etdikləri dəniz müharibələrinin təsvir olunduğu tablolar yer alıb. Sərgidə Rafiq Əzizin Mustafa Kamal Atatürkə həsr olunan əsərləri də nümayiş etdirilir.

Aprelin 25-dək davam edəcək sərginin açılışında Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının Amfibiya Korpusunun komandanı, vitse-admiral Serhat Sözbir, Çanaqqala Boğazı və Qarnizon komandanı, kontr-admiral Mustafa Biçen, Çanaqqala Dəniz Muzeyinin komandanı, 1-ci dərəcəli kapitan Serhan Aras iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri