Türkiyənin müdafiə sirlərini xarici ölkələrə satan casus şəbəkəsi ifşa olundu On nəfər saxlanıldı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Türkiyənin müdafiə sənayesinə aid məxfi məlumatların xarici şirkətlərə satıldığı aşkarlanıb.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, ASELSAN da daxil olmaqla bir sıra müdafiə sənayesi qurumlarına aid ixrac-idxal məlumatları sosial şəbəkə və "Telegram" qrupları vasitəsilə yayılıb.
Faktı ilk olaraq şirkətlərin özləri müəyyən edərək Ticarət Nazirliyinə məlumat verib. Nazirlik xüsusi əməliyyat həyata keçirərək 2023-2025-ci illəri əhatə edən casusluq fəaliyyətini ifşa edib. İstintaq nəticəsində məlumatların gömrük əməkdaşları tərəfindən sızdırıldığı, daha sonra isə Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərə satıldığı məlum olub.
Əməliyyat zamanı dördü gömrük işçisi olmaqla 10 nəfər saxlanılıb. Onlardan yeddisi dövlətin təhlükəsizliyinə dair gizli məlumatları yaymaqda təqsirləndirilərək həbs olunub, üç nəfər isə məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.
İstintaq davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Sentyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















