Türkiyənin OnlyFans ulduzlarını 10 ilədək həbs gözləyir 27 müttəhim var
Icma.az bildirir, Bizim media portalına istinadən.
İstanbul Respublika Baş Prokurorluğu "OnlyFans" platformasında pornoqrafik xarakterli foto və video materiallar paylaşaraq gəlir əldə edən sosial şəbəkə fenomenləri və influenserlərə qarşı apardığı genişmiqyaslı istintaqı yekunlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məhkəməyə təqdim olunan rəsmi ittihamnamədə prokurorluq 27 müttəhimin hər biri üçün 10 ilədək real həbs cəzası tələb edib. Müttəhimlər kürsüsündə hazırda xaricdə gizlənən model Merve Taşkın da daxil olmaqla, Türkiyə internet məkanının ən tanınmış simaları yer alıb. Onlar mütəşəkkil şəkildə "qadağan olunan kontent yayma" və "çirkli pulların yuyulması"nda ittiham olunurlar.
Dindirilmə zamanı müttəhimlərin əksəriyyəti "Mən sadəcə paylaşımlar edib gəlir qazanırdım, bunun ölkəmizdə cinayət olduğunu bilmirdim" deyərək özlərini müdafiə etməyə çalışıblar. Lakin bloqerlərin mobil telefonlarının texniki ekspertizası zamanı onların şəxsi yazışmaları ortaya çıxıb. Mesajlardan aydın olur ki, onlar törətdikləri əməlin qanunsuz olduğunu yaxşı dərk edib, hüquqi riskləri ətraflı müzakirə edib və qanundan yayınma yollarını axtarıblar.
İstintaqın iqtisadi tərəfi və qazanılan gəlirlərin həcmi ictimaiyyətdə böyük rezonans doğurub. Maliyyə yoxlamalarına əsasən, iş üzrə fiqurantlardan yalnız birinin bank hesabındakı son 3 illik dövriyyə astronomik rəqəmə — 73 milyon lirəyə ($1,58 milyon) çatıb. İstintaqın qənaətinə görə, bu vəsaitlər qadağan olunmuş kontentlərin abunə satışından əldə edilib və bank sistemi vasitəsilə leqallaşdırılıb.
Sənədlər baxılması üçün İstanbul Məhkəməsinə göndərilib. Yaxın günlərdə başlayacaq ilk məhkəmə iclasları Türkiyənin "OnlyFans" ulduzlarının gələcək taleyinə aydınlıq gətirəcək.
Bizim.Media
Baxış sayı:186
Bu xəbər 11 İyun 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















