Icma.az
close
up
RU
Türkiyənin özəl sektorda hazırlanmış ilk böyük peyki kosmosa buraxılıb

Türkiyənin özəl sektorda hazırlanmış ilk böyük peyki kosmosa buraxılıb

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tamamilə milli resurslarla hazırlanmış Türkiyənin ən böyük özəl peyki olan FGN-100-d2 kosmik səyahətini uğurla həyata keçirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “Baykar” şirkətindən verilən açıqlamaya görə, Selçuk Bayraktar tərəfindən qurulan “Fergani Space Technologies” startapı milli mühəndislik imkanları ilə hazırlanmış FGN-100-d2 peykini oktyabrın 2-də Türkiyə vaxtı ilə saat 08:09-da ABŞ-ın Kanaveral burnundakı SLC-40 bazasından kosmosa göndərib. Beləliklə, startapın “Mövqe təyinatı bürcləri” layihəsinin ikinci mərhələsi uğurla başa çatıb.

Türkiyənin ən böyük özəl peyki olan 104 kiloqramlıq FGN-100-d2 aparatı İlon Maskın “SpaceX” şirkətinin “Bandwagon-4” missiyasının bir hissəsi olaraq kosmosa buraxılıb. Buraxılışdan təxminən 74 dəqiqə sonra, Türkiyə vaxtı ilə saat 09:23-də bu peyk buraxılış vasitəsindən ayrılıb və hədəf orbitinə uğurla daxil olub. O, daha sonra ilk telemetriya məlumatlarını ötürməklə rəsmi olaraq öz missiyasına başlayıb.

Buraxılış prosesini “Fergani Space” şirkətinin baş direktoru Selçuk Bayraktar və Özdemir Bayraktar Milli Texnologiya Mərkəzinin Kosmik Müşahidə və İdarəetmə Mərkəzindən canlı izləyiblər.

“Fergani Space” bu layihənin birinci mərhələsini 2025-ci il yanvarın 14-də uğurla başa vurub. İlk peyk - 102 kiloqramlıq FGN-100-d1 “Transporter-12” missiyasının bir hissəsi olaraq ABŞ-ın Vandenberq kosmik qüvvələr bazasından buraxılıb. Buraxılışdan təxminən 62 dəqiqə sonra peyk uğurla orbitə daxil olub və telemetriya məlumatlarını ötürməyə başlayıb.

Bəyanatda şərhləri yer alan Selçuk Bayraktar ikinci peykin də kosmosa uğurla çatdığını bildirib. O, bu peykin quracağı Uluğ Bəy Qlobal Mövqeləndirmə Sisteminin 100 kiloqramlıq sinfində sınaq peyki olduğunu əlavə edib.

Bayraktar, 2022-ci ildə fəaliyyətə başlayan “Fergani Space” şirkətinin 135 komanda üzvü ilə səyahətinə davam etdiyini vurğulayıb. O, peyklərin mühəndisliyinin, sistemlərinin və dizaynlarının tamamilə yerli komanda tərəfindən öz resurslarından istifadə edilərək hazırlandığını və missiya müddətinin təxminən 5-7 il olacağını deyib. Bayraktar əlavə edib: “Məqsədimiz 5 il ərzində 100-dən çox peykə çatmaq, Uluğ Bəy Qlobal Mövqeləndirmə Sistemimizi müstəqil şəkildə xidmətə buraxmaq, həmçinin onu Türkiyəyə, habelə bütün dost və qardaş coğrafiyalarımıza təqdim etməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Noyabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri