Icma.az
close
up
RU
Türkiyənin Rusiyanın təsiri altına düşməsi xam xəyala bənzəyir Politoloq

Türkiyənin Rusiyanın təsiri altına düşməsi xam xəyala bənzəyir Politoloq

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Nüfuzlu “Newsweek” dərgisi dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünəcəyini əks etdirən xəritə dərc edib. Dərgi bu 3 ölkə arasında şahmat oyununa bənzər mübarizə getdiyini yazıb. Dərginin bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ “Monro doktrinasına” görə Şimal Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. Dərginin Rusiyaya verdiyi “pay” da maraqlıdır. Dərginin məntiqinə görə, Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq. Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Donald Tramp da Hindistan və Yaponiyanın Pekinin təsiri altına düşməsinə imkan verməz:

"“Newsweek” kimi ciddi dərginin dünyanı 3 ölkə arasında bölüşdürüləcəyini ehtiva edən məqaləsi ABŞ-dan çox Rusiya və Çinin maraqlarına cavab verir. Çin və Rusiya dərgidə onlara aid edilən ölkələri “pay” almağı məmnuniyyətlə qəbul edərdilər. Ancaq Yaponiya və Hindistan heç zaman öz istəkləri ilə Çinin təsir dairəsinə düşməzlər, əksinə Tokio və Dehli Çinin regonda möhkəmlənməsi təşəbbüslərinə qarşı müqavimətlərini davam etdirirlər. Təsadüfi deyil ki, ABŞ Hindistan və Yaponiyanın iştirakı ilə müxtəlif əməkdaşlıq formatları təsis edib. Çinin iqtisadi gücü ilə mübarizə aparan ABŞ-ın hazırki Prezidenti Donald Tramp da Hindistan və Yaponiyanın Pekinin təsiri altına düşməsinə imkan verməz.

Avropanın tamamını, Türkiyəni və Cənubi Qafqazı Rusiyaya “pay” verən ABŞ dərgisinun bu “məntiqi” də mübahisə predmetidir. Əlbəttə, Rusiya Ukrayna müharibəsini öz xeyrinə bitirərsə, başqa planlarını həyata keçirməyə çalışacaq. Bu sırada Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda möhkəmlənməsi istəyi dayanacaq. Ancaq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Rusiya ilə normal münasibətlərin tərəfdarı olsalar da, keçmiş imperiyanın hər hansı başqa formada qayıtmasına razılaşmazlar. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri məhz elə buna görə, Rusiya və Çinlə yanaşı digər nüfuzlu ölkələrlə də sıx əlaqələr qurublar. Avropaya qaldıqda, köhnə qitə bu gün Ukraynanı məhz ona görə dəstəkləyir ki, Rusiyanın qələbəsi rəsmiləşməsin və Kreml bu bataqlıqdan çıxa bilməsin. Avrasiya bölgəsinin aparıcı ölkələrindən birinə çevrilən Türkiyənin Rusiyanın təsiri altına düşməsi isə xam xəyala bənzəyir".

Vasif 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri