Türkiyənin şimalında hərbi aktivlik artdı Çoxsaylı insan tələfatı ola bilər
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a müsahibəsində Rusiya–Ukrayna müharibəsi fonunda Qara dəniz üzərində nəzarətdən çıxan PUA-ların Türkiyəyə təhlükəsi ilə bağlı danışıb.
Sözügedən müsahibəni təqdim edirik:
– Ədalət bəy, hazırda Qara dəniz üzərində idarəetmədən çıxmış PUA-ların olduğu bildirilir. Onlardan birinin bu yaxınlarda Türkiyəyə məxsus F-16 qırıcısını vurduğu iddia olunur. Bu cür PUA-lar mülki təyyarələr üçün təhlükələr yarada bilərmi?
– Rusiya–Ukrayna müharibəsi fonunda uçuşlara qadağan edilmiş ərazilərdə çoxsaylı pilotsuz uçuş aparatlarının fəaliyyəti müşahidə olunur. Bu PUA-ların bir qismi kəşfiyyat, digərləri isə zərbə məqsədləri üçün istifadə edilir. Mülki aviasiyanın müntəzəm reyslər həyata keçirdiyi bölgələrdə belə aparatların xaotik və nəzarətsiz istifadəsi mülki aviasiya üçün ciddi təhlükə mənbəyinə çevrilir.
– Qara dəniz beynəlxalq uçuşların həyata keçirildiyi əsas marşrutlardan biridir. Sərnişin təyyarələrinin bu koridorda PUA ilə toqquşması mümkündürmü?
– Əlbəttə, mülki təyyarələr üçün risklər var. Eyni zamanda, dövlətlərin təhlükəsizliyi təmin etmək məqsədilə PUA-lara qarşı tətbiq etdiyi radioelektron mübarizə vasitələri, hava hücumundan müdafiə sistemləri və döyüş sursatları da mülki aviasiya və dəniz nəqliyyatı üçün ciddi risklər yaradır. Radioelektron mübarizə sistemlərinin təsiri nəticəsində mülki təyyarələrin naviqasiya və peyk siqnalları sıradan çıxa, buraxılan sursatlar isə təsadüfən mülki obyektlərə ziyan vura bilər.
– Artıq beynəlxalq sərnişin daşımaları – istər dənizçilik, istərsə də hava nəqliyyatı – ciddi təhlükə altındadır. Qara dənizdə sualtı minalar və sualtı PUA-ların mövcudluğu davamlı partlayışlara və faciələrə yol aça bilərmi?
– Qara dəniz faktiki olaraq münaqişə zonasına çevrilməkdədir və burada mülki nəqliyyat vasitələrinin fəaliyyəti getdikcə daha təhlükəli mərhələyə daxil olur. Pilotsuz uçuş aparatlarının bir hissəsi döyüş sursatları ilə təchiz edilir. Bu isə mülki gəmilər və ya hava nəqliyyatı vasitələri ilə toqquşma zamanı partlayışlara, texniki sıradan çıxmalara və ağır fəsadlara səbəb ola bilər.
Hazırda PUA-ların bir qisminin səmada, digər qisminin isə suyun üzərində və ya su altında fəaliyyət göstərdiyini müşahidə edirik. Dəniz PUA-ları da mülki gəmilər üçün son dərəcə ciddi təhlükələr yaradır.
Kəşfiyyat məqsədli olsa belə, belə aparatlarla toqquşma hava və ya dəniz nəqliyyat vasitələrinin zədələnməsi ilə nəticələnə bilər. Bu isə çoxsaylı insan tələfatına, daşınan yüklərin məhv olmasına və irimiqyaslı humanitar fəsadlara yol açar.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 18 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















