“Tramp marşrutunun ABŞ ın nəzarəti altında həyata keçirilməsi həm İranın, həm də Rusiyanın regiondakı mövqelərini zəiflədir” ŞƏRH
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Son vaxtlara qədər həm İranın, həm də Rusiyanın diqqəti əsasən öz daxili və xarici problemlərinə yönəlmişdi. Rusiyanın əsas gündəmi Ukrayna müharibəsi idi və ölkənin resursları, eləcə də siyasi-diplomatik diqqəti məhz bu münaqişəyə cəmlənmişdi. İran isə ötən müddətdə İsraillə, qismən də ABŞ-la açıq konfrontasiya mərhələsi yaşadı – faktiki olaraq 12 günlük müharibə baş verdi”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Şahin Cəfərli deyib:
“Bu səbəbdən İranın diqqəti daha çox öz təhlükəsizliyinin təmin olunmasına, müdafiə məsələlərinə yönəlmişdi və regional, xüsusilə də Cənubi Qafqazla bağlı proseslərə lazımi səviyyədə fokuslana bilmirdi. Lakin son dövrlərdə Yaxın Şərqdə müəyyən stabilləşmə müşahidə olunur. İran–İsrail qarşıdurmasının qaynar mərhələsi arxada qalıb, Qəzza məsələsində də nisbi sakitlik yaranıb. Bu, regionda ümumi sabitliyə gətirib çıxarıb və İranın, sadə desək, manevr imkanlarını genişləndirib. Nəticədə Tehran yenidən diqqətini Cənubi Qafqaz regionuna yönəltməyə başlayıb.
Eyni zamanda Ukrayna müharibəsinin həlli ilə bağlı diplomatik fəallıq artıb və münaqişənin nizamlanması ilə bağlı müəyyən ümidlər formalaşıb. Hərçənd, bunun yaxın zamanda baş verəcəyinə tam əminlik yoxdur, lakin görünür, Rusiya rəhbərliyi bu problemin həll mərhələsinə yaxınlaşdığını düşünür və bu səbəbdən postsovet məkanının digər regionlarına, o cümlədən Cənubi Qafqaza yenidən diqqət ayırmağa başlayıb”.
Siyasi şərhçinin fikrincə, həm İranın, həm də Rusiyanın regiona marağının yenidən artmasının əsas səbəbi onların əsas problemləri ilə bağlı nisbi sabitliyin yaranması və resurslarının bir hissəsini bu istiqamətə yönəldə bilmələridir:
“Bununla yanaşı, bu iki dövlət arasında müəyyən sinxronluq da müşahidə olunur. Çünki onları birləşdirən ortaq maraq mövcuddur: ABŞ və ümumilikdə Qərbin bu regiona müdaxiləsinin qarşısını almaq. Zəngəzur nəqliyyat kommunikasiyasının “Tramp marşrutu” və ya “Tramp yolu” formatında, yəni ABŞ-ın nəzarəti altında həyata keçirilməsi həm İranın, həm də Rusiyanın regiondakı mövqelərini zəiflədir. Bu səbəbdən düşünürəm ki, hər iki dövlət Cənubi Qafqazda öz təsir imkanlarını artırmaq üçün daha koordinasiyalı və fəal şəkildə hərəkət etməyə başlayıb”.
Qeyd edək ki, İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Velayəti bildirib ki, Qafqaz üçün nəzərdə tutulan “Tramp proqramı” mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsi ilə eynidir.
Vilayəti bu barədə Tehranda Ermənistanın səfiri Qriqor Hakobyan ilə görüş zamanı bildirib.
O qeyd edib ki, Tehran buna qəti şəkildə qarşıdır.
Vilayəti xatırladıb ki, İran əvvəldən Zəngəzur dəhlizinə qarşı olub, çünki Tehran regiondakı sərhədlərin istənilən dəyişdirilməsini rədd edir və öz ətraf təhlükəsizlik mühitinə təhdid yarada biləcək risklərdən ehtiyatlanır.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Dekabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















