“Türkiyənin Suriyada olmasının 2 səbəbi var” Hakan Fidan AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəşər Əsəd rejiminin devrilməsindən sonra bölgədəki son vəziyyəti dəyərləndirən xarici işlər naziri Hakan Fidan Türkiyənin Suriyadakı hərbi varlığının iki səbəbi olduğunu açıqlayıb.
“Bunlardan birincisi Türkiyəyə daha çox kütləvi köçün qarşısını almaq, ikincisi isə terrorla mübarizədir. Bu iki məsələ həll olunarsa, orada olmağımıza heç bir səbəb qalmayacaq”, -deyə Hakan Fidan Qətər mərkəzli “Əl-Cəzirə” televiziyasına müsahibəsində bildirib.
Suriyadakı vəziyyətin gedişatını görmək üçün vaxt verilməsi lazım olduğuna işarə edən Fidan, yeni administrasiyanın qanuni həmsöhbət kimi göründüyünü və onlarla ünsiyyətin başladığını bildirib.
Türkiyədəki suriyalı qaçqınların ölkələrindəki yeni mühitdən yararlanaraq, könüllü və təhlükəsiz şəkildə geri dönmələrinin ümid edildiyini qeyd edən Fidan, “Təbii ki, onların geri qayıtmaq istəyi müsbət qarşılanır”, - deyə bildirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















