“Türkiyənin təşkilatı gücləndirəcək təkliflər hazırladığını ehtimal etmək olar”
Icma.az, Adelet.az saytına istinadən bildirir.
“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin ildönümü münasibətilə Azərbaycanı təbrik edib. “Dost və qardaş Azərbaycanımızın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümü münasibətilə təbriklərimi çatdırıram. Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə yad edirəm”, - deyə Ərdoğan paylaşımında qeyd edib. Ərdoğan bu paylaşımı edərkən, xarici işlər naziri Hakan Fidan Bakıda müzakirələr aparıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Eyni gündə Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin təşkilatçılığı ilə “Türk Dünyası Dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı tədbir keçirilib. Bunlar təsadüf deyil, Ankara strateji müttəfiqliyin dərinləşdirilməsini müzakirə etmək üçün uyğun tarix seçib. Bu gün Bakıda Türkiyə günüdür. Türk Dövlətləri Təşkilatının zirvə toplantısı oktyabrın 30-da Ankarada keçiriləcək. Türkiyənin təşkilatı gücləndirəcək təkliflər hazırladığını ehtimal etmək olar. Yeni təkliflərin müəllifi olan Hakan Fidanın Azərbaycana səfərini və eyni gündə Bakıda “Türk Dünyası Dialoqları” tədbirini məhz bu amillə izah etmək olar”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 16 Sentyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















