Icma.az
close
up
RU
Türkiyənin vasitəçiliyi YENİDƏN GÜNDƏMDƏ Ukraynada sülh bu yolla TƏMİN OLUNACAQ

Türkiyənin vasitəçiliyi YENİDƏN GÜNDƏMDƏ Ukraynada sülh bu yolla TƏMİN OLUNACAQ

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlərdə Ukrayna münaqişəsində sülhün əldə olunması üçün diplomatik addımlar intensivləşib. Belə ki, artıq ABŞ və Rusiya nümayəndə heyətləri arasında ilkin müzakirələr baş tutub. Görüşdə iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların uğurlu keçdiyini bildirib. Üstəlik, yaxın vaxtlarda ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında görüşün baş tutacağı gözlənilir.
Sülhü sülhməramlılar təmin edəcək?
Digər tərəfdən, Ukrayna ilə bağlı müvafiq razılaşma əldə olunacağı təqdirdə, atəşkəsin sülhməramlılar tərəfindən qorunması məsələsi də gündəmdədir. “Washington Post” nəşrinin məlumatına görə, Avropa ölkələri Ukrayna ərazisinə 25-30 min hərbçi yerləşdirmək təklifini nəzərdən keçirir.
Eyni zamanda, Polşa xarici işlər naziri Radoslav Sikorski də Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bəyan edib ki, Avropa ölkələri gec-tez Ukraynaya qoşun yeritmək məcburiyyətində qalacaqlar.
“ABŞ prezidenti Donald Tramp razılaşmanın bir hissəsi kimi Avropa qoşunlarının Ukraynada olmasını deyirsə və bizdən bunu təmin etməyi tələb edirsə, gec-tez bu həyata keçiriləcək”, - deyə Radoslav Sikorski bildirib.
Bu arada Böyük Britaniya baş naziri Keyr Starmer də anoloji açıqlama verib. O da bildirib ki, istənilən sülh sazişinin icrasına nəzarət etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır. Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol bütün Avropanın təhlükəsizliyini gücləndirməyə kömək edəcək”, - o bildirib.
Türkiyənin rolu
Baş verən proseslər fonunda ən diqqətçəkən məqamlardan biri isə Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfər etməsi oldu. Fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb. Müzakirələrdən sonra mətbuat konfransında görüşlə bağlı açıqlama verən Türkiyə lideri rəsmi Ankaranın vasitəçilik imkanlarından söz açıb:
“Böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir. Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq”.
Bundan əlavə, Ukraynada sülhməramlı missiyanın tərkibində Türkiyə hərbçilərinin olması məsələsi də diqqət mərkəzindədir.
Görəsən, atəşkəsdən sonra Ukraynada hansı ölkələrin sülhməramlıları yerləşəcək
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Ukraynada atəşkəs elan olunduqdan sonra ərazidə müxtəlif ölkələrin sülhməramlıları yerləşə bilər:

“Bu prosesə Avropa İttifaqə ölkələri də qatıla bilər. Burada hansısa bir problem yoxdur. Amma onların orada olması bütün hallarda nominal xarakter daşıyacaq. İndiki mərhələdə görünən odur ki, nə Rusiya, nə də Ukrayna müharibənin davam etməsində o qədər də maraqlı deyillər. Güc nisbəti isə imkan vermir ki, tərəflərdən hansısa biri bu razılaşmanı pozsun. Müşahidçilərin rolu isə ancaq müşahidə funksiyasından ibarət olacaq.
Kiyev tələb edir ki, vasitəçilik edən ölkələr Ukraynaya təminat verməli və ölkə ərazisində qoşun yerləşdirməlidirlər. Amma bu real deyil. Deməli, yalnız silahsız müşahidəçilər olacaq. Onlar da sadəcə olaraq, gördükləri barədə raport hazırlayacaqlar”.
Həmsöhbətimiz prosesdə Türkiyənin iştirakını da mümkün hesab edib:
“Ola bilsin, Türkiyə də müşahidəçi qismində prosesə qatılsın. Postkonflikt əlaqələrdə Türkiyənin imkanları çoxdur. Bilirik ki, Ukrayna və Rusiya öz siyasi mövqelərində qalacaqlar. Türkiyə isə unikal vəziyyətdə olaraq həm Ukrayna, həm də Rusiya ilə geniş münasibətlər qurub. Ona görə də rəsmi Ankaranın rolu əvəzsizdir”.  
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri