Türkiyənin vitse prezidenti: “Cinayətkar dəstələrin uşaqlardan istifadəsinə qarşı daha sərt tədbirlər görüləcək”
Icma.az bildirir, Apa.az portalına istinadən.
Türkiyədə cinayətkar dəstələrin uşaqlardan istifadəsinə qarşı daha sərt tədbirlər görüləcək.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
Onun sözlərinə görə, cinayətkar dəstələr uşaqlardan vasitə kimi istifadə edərək müxtəlif cinayətlər törətməyə çalışırlar.
“Bu mövzuda yeni yanaşmalara ehtiyac var. Cənab Prezidentimizin tapşırığı ilə ədliyyə naziri artıq bir işə start verib. Daha çəkindirici proqramlar gündəmimizdə olacaq,” – deyə Yılmaz vurğulayıb.
Qeyd edək ki, Türkiyədə 16 yaşa qədər uşaqların cinayət törətdikdə məsuliyyət daşıması məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Qanun layihəsi uşaqların cinayət fəaliyyətində iştirakının qarşısını almaq və cinayətkar dəstələrin uşaqlardan vasitə kimi istifadə etməsinə qarşı daha effektiv tədbirlər görmək məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 Sentyabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















