Icma.az
close
up
RU
Türkiyənin xalq ozanı Esat Kabaklı: Düşünürəm ki, meyxanaçılara önəm verməlisiniz

Türkiyənin xalq ozanı Esat Kabaklı: Düşünürəm ki, meyxanaçılara önəm verməlisiniz

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin xalq ozanı, ömrünü musiqiyə həsr etmiş, təvazökarlığı ilə hər kəsə nümunə olmuş Esat Kabaklı bütün türk dünyasında çox sevilir.

Oxu.Az ustad sənətçi ilə müsahibəni təqdim edir:

- Salam, Esat bəy. Necəsiniz?

- Çox şükür, yaxşıyam.

- Azərbaycanda çox sevilirsiniz. Mahnılarınız dillər əzbəridir. "Bil oğlum" adlı mahnınızı çox bəyənirlər.

- Minnətdaram!

- Azərbaycan musiqisi ilə bağlı düşüncələrinizi bilmək istəyərdik.

- Əvvəlcə bütün Azərbaycan xalqını, qardaşlarımızı, bacılarımızı salamlayıram.

Mənə elə gəlir ki, Azərbaycanın qədim musiqisi olan muğam nəyə görəsə arxa plana keçib, pop musiqiləri daha çox sevilməyə başlanıb. Düşünürəm ki, bu, Azərbaycan musiqisi üçün təhlükədir. Anlayıram, pop musiqisi müasir dövrdə hər yerdə sevilir, fəqət xalqımız anlamalıdır ki, bu iki janrı yarışdırmaq olmaz. Pop musiqisinin ayağı yerə dəymir, kökü yoxdur. Öz mədəniyyətimizi önə çıxardıb, qədim musiqi sənətlərimizin davamlılığını təmin etməliyik. Azərbaycan bu vaxta qədər bu xüsusda çox iş görüb. Məncə, Sovet İttifaqı dönəmində Azərbaycan dilini, mədəniyyətini xalqa unutdurmayan elə musiqisi olub. Mən evimdə Azərbaycanın televiziya kanallarına baxıram. Son zamanlar muğam ustalarının ekranlarda çox görünməməsi məni narahat edir. Ancaq bunu da bilirəm ki, xalq var olduqca muğam da var olacaq.

- Esat bəy, bəs bu xüsusda Türkiyədə vəziyyət necədir?

- Yenə deyirəm, nə qədər ki bu xalq var, öz musiqisini, sənət dəyərlərini unutmayacaq. Siz Türkiyədəki musiqiyə yox, xalqın içindəki musiqiyə baxın. Əsl sənət mediada görünə də bilər, görünməyə də, xalqın içində yaşayan musiqi başqadır. Başa düşürəm, gənclər hərəkətli olmasına görə pop musiqisini sevirlər. Düşünürəm ki, indiki gənclik də bir az yaşlandıqdan sonra öz musiqimizə qayıdacaq.

- Azərbaycanın hansı muğam sənətçisini dinləyirsiniz?

- Muğamı qaydalara uyğun şəkildə oxuyanlar da var, oxumayanlar da. Rəhmətlik Baba Mahmudoğluya qulaq asırdım. Onun "Uca-uca dağ başında"nı oxumağı məni dəli edirdi. Böyük muğam ustadı Xan Şuşinskinin sənətinə vurğunam.

Düşünürəm ki, muğamda absurd şeylər etmək lazım deyil. Şeirin gedişatını, ritmini pozmaq çox pis bir şeydir. Bu muğamlar bizə atalarımızın mirasıdır. Bu miras üzərində "mən belə oxuyuram, mən elə oxuyuram" kimi haqqımız yoxdur. Muğamın gedişatını, rəngini dəyişdirməyə haqqımız yoxdur. Ustadlar necə oxuyublarsa, Üzeyir Hacıbəyov necə təqdim edibsə, Əlibaba Məmmədov necə oxuyubsa, bunları musiqiçilərin incələyib oxumağı lazımdır. Bir də baxırsan ki, gənc biri deyir ki, "bu mənim tərzimdir". Belə olmaz, haqqı yoxdur bunu etməyə. "Getdiyin Hələbdir, yediyin tut bəhməzi". Sən kimsən ki, qocaman muğamla oyun oynayırsan? Belələri həddini bilməlidirlər. Bizim musiqilərimiz atadan, babadan gələn musiqilərdir, hörmət etmək lazımdır.

- Alim Qasımovun oxuduğu muğamlara qulaq asırsınızmı?

- Alim Qasımovu tanıyıram. Dedim axı, muğamı qaydasına görə oxumayanlar var. Alim bəy qaydalara görə oxumur, amma çox gözəl oxuyur. Mən, məsələn, Əlibaba Məmmədovun, Arif Babayevin oxuduqları muğamları çox sevirəm. Azərbaycanın aşıq musiqisini də çox sevirəm. Bir dəfə rəhmətlik Zəlimxan Yaqub Elazığa gəlmişdi. Məni Zəlimxan Yaquba təqdim edəndə dedi ki: "Esat Kabaklını tanımamaq olar? Heydər Əliyev Sarayındakı konsertdə xalq onu ayaq üstə alqışlamışdı". Mənə görə, aşıq sənəti muğamın təməl daşlarıdır. Muğamın ayağını basdığı torpaqlar aşıq musiqisidir.

Bunu da deyim ki, mən meyxana sənətini də çox sevirəm. Bizim Qara dəniz tərəflərdə, "atma" deyə bir sənət var. Biri-birinə söz atırlar. Meyxana buna bənzəyir. Düşünürəm ki, meyxanaçılara önəm verməlisiniz. Meyxanaçıların daha keyfiyyətli meyxanalar səsləndirməsi üçün təşviq etməlisiniz. Məncə, Mədəniyyət Nazirliyiniz bu sənətə xüsusi diqqət yetirməlidir.

- Hansı meyxanaçının meyxanalarından xoşunuz gəlir?

- Oktay adlı bir meyxanaçı var. Çox hazırcavabdır. O, bir qızla deyişirdi, əladır (gülür).

- Esat bəy, 2020-ci ildə Azərbaycan Qarabağı erməni işğalından azad etdi. Torpaqlarımız işğaldan azad edilərkən nə hiss edirdiniz?

- Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətini izləmişdim. Gözlərim doldu, uşaq kimi sevinirdim. İlham Əliyev "Şuşa Azərbaycandır" deyib hayqırarkən sevincimdən yerə-göyə sığmırdım. Qarabağ müharibəsi başlayanda "Qarabağ dastanı" adlı mahnı oxumuşdum. "YouTube"da var. Mən hələ Şuşa azad olunanda Prezident İlham Əliyevə və Şuşaya şeir də həsr etmişəm.

Türkiyənin xalq ozanı Esat Kabaklı: "Şuşaya dəvət etsələr, qaça-qaça gələrəm"

- Şuşa işğaldan azad olunduqdan sonra oraya getmisiniz?

- Ən böyük arzumdur. Dəvət etsələr, böyük məmnuniyyətlə gələrəm. Mən bir az bu məsələdə sizdən inciyəm. Könül umduğu yerdən küsər. Şuşada keçirilən o şənliklərdə olmaq istəyirdim, amma məni dəvət edən olmadı.

- Bu müsahibədən sonra dəvət edərlər, yəqin.

- Ürəyim Qarabağla döyünür. Dəvət etsələr, qaça-qaça gələrəm. TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi - red.) bir tədbiri olacaq Azərbaycanda, bəlkə, mən də o tədbirdə iştirak etdim.

- Səmimi müsahibə üçün çox təşəkkür edirəm.

- Oxu.Az-a mən təşəkkür edirəm.

Elçin Aslangil

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri