Icma.az
close
up
RU
Sərhat Kabaklı imzası

Sərhat Kabaklı imzası

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Faiq BALABƏYLİ

Poeziya ilə nəfəs almaq, söz demək, tanış olmaq elə bir ünsiyyət formasıdır ki, zənnimcə, bundan doğması, bundan isti olanı yoxdur. Şeirlə ən ülvü hissləri, dünyaya, insanlığa bağlılığı, Vətənə sevgini, lirik duyğuları çatdıra bilənlərə, elə bunu dərk edənlərə də nə xoş! Bu dəfə tanınmış bir söz adamından, onun poeziyasından bir neçə yarpaq nümunə göstərməklə fikrimi bölüşmək istəyirəm.

Son illər dilimdən düşməyən, ürəyimdə dövr edən bu misralarla:

"Vətəninə göz dikəni əz oğlum,

dostun kimdir, düşmənin kim, sez, oğlum!"

- Sərhat Kabaklı imzasını tanıdım desəm, düz olmaz. Şairi çoxdan tanıyır, təsadüf etdikcə oxuyurdum. Amma onu qeyd etdiyim bu misralarla davam edən şeiri ilə daha çox sevdim, desəm, əlbəttə, yanlış olmaz.

Bu şeirdə dünya görmüş, Vətənin işğalında yaşamış, basqılar görmüş bir xalqın ahılının, müdrikinin nəsihəti, öyüdü var.

Gün gidende, ay gelende gel, oğlum,

Cihan yanar sen gülende gül, oğlum,

Bir yol var ki, Hak yoludur bul, oğlum,

Yeri bilmek, göğü bilmek bil, oğlum.

Heç yanlışlıq yox, bu, bir öyüddür, Vətən, el-oba, ulus dardadır, gəl oğlum, gəl. Gəl ki gəlişindən gülüşündən dünya lərzəyə gəlsin, haqq yolunu, həqiqəti tap, ona sığın, mübariz ol və Yerin yer, Göyün göylüyünü bil, tanı və tanıt.

Sərhat bəyin digər könül oxşayan şeirlərinin də təsir dairəsindən qurtulmaq olmur, şairin hansı duyğularla yaşamasından, milli ruhun ənginliklərdə pərvazlanmasından qürurlanırsan. Bir şeirində deyir:

Üfüqlər küsməsin qeyri günəşə

Qaranlığın arxasından dan gəlir.

Təbii ki, belədir, Günəş hər batdıqda yenidən doğmaq, dan yerini al şəfəqlərlə boyamaq üçün qeyb olur.

Suya həsrət könüldə dəfnə budağı

Yaşıl yaşıl göyərəcək an gəlir, -

deyən şairin yuxarıda bəhs etdiyim, "Bil, oğlum" şeirinin bu misrarlarıyla da həmahəngdir:

Çabuk büyü, çabuk yetiş tez, oğlum,

Çakal gezen şu dağlarda gez, oğlum,

Vatanıma göz dikeni ez, oğlum,

Tarihini şerefinle yaz, oğlum.

Və zaman gəldi, dünən çocuq bildiyimiz oğullarımız illəri qabaqladılar sanki, tez böyüdülər. Çaqqalların, düşmənlərin gəzdikləri dağlara boy verdilər, sıralandılar, vətənimizə göz dikənləri əzdilər, tariximizin şanlı tarixini şərəflə yazdılar.

Sərhat Kabaklı şeirlərində tarixə güzar etmək, ötənləri xatırlamaq, yaddaşa hopdurmaq, unudulmamaq  əsas xətt kimi keçir. Ötənləri unudanlar bu günündə yanından səssiz ötüb keçər. Bu baxımdan, şairin şeirlərinin birində dediyi bu sözlər, xatırlatmalar necə də yerinə düşür:

Kor-sağır gecələrin bir də sabahı vardır,

Və qışdan sonra gələn, əlbəttə ki, bahardır.

Həm də "heç nə unudulmur, heç nə yaddan çıxmır" deyiminin müqabilində, düşünürsən ki, nə yaxşı ki, nələrsə bilinməmiş qalır?

Daşların dili olsa, desə dünü bu günə

Ağlayan nəyə ağlar, gülənin məramı nə?

- deyən şairimizə, əlbəttə, haqq vermək olar.

Və yenə də şairin həmin məşhur şeirinə dönürəm, oğlumuza, nəvəmizə, övladlarımıza üz tuturam, Sərhat bəyin bu misraları ilə ərklə, ötkəm səslə deyirəm:

Senden gider sonsuzluğa yol, oğlum,

Dört bir yana salmalısın kol, oğlum,

Ekmeğini aç olanla böl, oğlum,

Haram yeme, Hak yolunda öl, oğlum.

Və qayıdıram yuxarıda iki beytini misal göstərdiyim digər şeirə:

Bir əsrlik çinarın hər budağından

Hər yarrağından min ah ilə ün gəlir,

- deyən şair elə bu şeirin ilk misralarında deyirdi ki, bir eşqə düşdük ki, sevgilinin cigərindən qan gəlir. Bu sevgi, bu eşq sevgilərin ən böyüyü, ən alisi olan yurd-yuva, el-oba, VƏTƏN sevgisi ola bilər ki, şairin özü demiş, bu sevgini sübutlamaq, vətəni azad etmək üçün:

Bir fitrət sonrası, bir gülüş anı

Könlü buruk, dəmir yumruq xan gəlir,

- necə ki, gəldi, necə ki, 32 il işğal altında olan torpaqlarımızı azad etdi.

Və yenə də dönüş edirəm, öyüd, nəsihət, məsləhət və çağırış dolu "Bil, oğlum" şeirinə:

Zulüm dolu saltanattan in, oğlum,

Zalimlere duymalısın kin, oğlum,

Nefis ki bir mantık yutan dev, oğlum,

Mağrur olma, insanları sev, oğlum...

..Xəyanətə tasalanmaq yox, oğlum,

Qılıncını xain qəlbə sox, oğlum.

Türk dünyasının tanınmış söz adamı, şair Serhat Kabaklı poeziyasında özümüzü, soyumuzu, Vətənə sevgini, sözə vurğunluğu sezməmək olmur.

Şairin qəlb ağrıdan duyğularımızı titrədən, inlədən kövrək bir şeiri ilə fikrimi tamamlamaq istəyirəm. "Öncə göyərçinləri vurdular" şeirini sakit oxumaq, oxuyub da kövrəlməmək olmur:

Öncə yaşılı sildilər tablolardan

Siyaha yıkadılar pəmbə şəfəqi

Hüzün üstümüzdən getməsin, deyə

Viranəyə döndərdilər

Gözəlim çiçəklərlə bürünən

Bağçanı, bağı.

O qədər doğma, o qədər qəlbə yaxındır ki, əzbərimdə olan və misal olaraq göstərdiyim bu şeirləri Azərbaycan və Türkiyə türkcəsində ifadə etdim. Olsun, zatən bu poeziya nümunələri, şeirlər hər birimizindir, sənin, onun, mənim və əlbəttə ki, böyük söz adamı Serhat Kabaklının...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see303

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see288

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see265

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see261

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see256

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see249

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see247

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see245

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see229

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see222

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see213

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see212

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see209

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see208

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see207

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see206

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see204

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see188

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see173

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri