Icma.az
close
up
RU
TÜRKİYƏYƏ QARŞI ABŞ İSRAİL İRAN İŞBİRLİYİ... Tom Barakın “Yeni Dəhliz” çağırışları reallaşacaqmı?

TÜRKİYƏYƏ QARŞI ABŞ İSRAİL İRAN İŞBİRLİYİ... Tom Barakın “Yeni Dəhliz” çağırışları reallaşacaqmı?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Namiq Bilal

ABŞ-ın Türkiyə səfiri və D. Trampın Suriya təmsilçisi Tom Barak yeni sensasiyalı bəyanatla çıxış edib. O, İsraildən İrana quru yolu dəhlizinin açılması təklifini irəli sürüb. Barakın qısa müddət ərzində səsləndirdiyi və daban-dabana zidd olan iki mühüm bəyanat Birləşmiş Ştatların Böyük Orta Şərq siyasətinin mahiyyətini açır.

Barak səfir vəzifəsinə təsdiq olunan zaman Senatdakı çıxışında "Bizim İrana qarşı siyasətimizdə əsas müttəfiqimiz Türkiyədir" fikirlərini səsləndirmişdi. Yada salaq ki, həmin dövrdə Ağ Ev üçün ən əhəmiyyətli məsələlərdən biri İsrail-ABŞ tandeminin İrana qarşı hücumu idi. Birləşmiş Ştatlar bu hərbi kampaniyada Türkiyənin də dəstəyini qazanmağa cəhd etdi, amma alınmadı. Türkiyə bu kampaniyaya qoşulmadı və tam əksinə, İran rəsmilərinin də açıq etiraflarına görə Tehrana müəyyən dəstək verdi.


İndi oyun tərsinə oynanır. Ağ Ev T. Barakın dili ilə indi də Ankaraya qarşı İsrail-İran işbirliyini gündəmə gətirir. Quru sərhədləri olmayan İranla İsrail arasındakı yeni dəhliz ideyasının detallarına baxaq. Dəhliz Suriya və İraq ərazisindən keçməlidir. Əsas intriqa bu xəyali dəhlizin Suriyadan keçən hissəsi ilə bağlıdır. Həmin hissə İsrail tərəfinin illərdir qurmağa çalışdığı və "Davud koridoru" adlandırdığı quru yoludur. Bu yol İsrailin nəzarətində olan Qolan təpələrindən başlamalı, İsrailin dəstəklədiyi və druzların yaşadığı Suveyda bölgəsindən keçməli, kürd separatçılarının nəzarətində olan Fərat çayının cənub tərəfi ilə birləşməlidir. Həm druzlar, həm də separatçı kürd qrupları İsrailə arxalanır. "Davud koridorunu" açmaqla İsrail kürd separatçıları ilə birləşməyi və Suriyanı parçalamağı planlayır.

Suriyanın parçalanması və cənubunda oyuncaq kürd dövlətciyinin qurulması Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. İsrail buna çalışır, Türkiyə isə planın qarşısını almaqda son dərəcə qərarlıdır. Sirr deyil ki, son dövrlərə qədər Fəratın cənubundakı kürd separatçılarını dəstəkləyən əsas güc ABŞ olub. Lakin Trampın gəlişindən sonra Ağ Ev addım-addım bu projedən çəkilir.

Tom Barakın İsrail-İran dəhlizi haqda açıqlaması onu deməyə əsas verir ki, Ağ Ev dolayısı ilə Tehranı kürd separatçılarını dəstəkləməyə çağırır. İran buna hazırdır. Aylar öncə fars rejiminin nəzarətində olan rəsmi dövlət telekanallarında belə bəyanatlar səslənmişdi: "Türkiyəni zəiflətmək üçün İran dövləti ABŞ və İsraillə birgə Fəratın cənubundakı kürd separatçılarını dəstəkləməlidir."

O zaman ABŞ və İsraildən səs çıxmamışdı. Çünki İran vurulmaq üçün hazırlanan düşmən obrazında idi. İranı vurdular, nəyəsə nail oldular, nəyəsə nail ola bilmədilər. İndi rollar dəyişdirilir. İrana qarşı ABŞ-İsrail-Türkiyə birliyini qura bilmədilər. Hazırda isə yeni dəhliz adı altında ABŞ-İsrail-İran işbirliyi planlaşdırılır. Belə ki, İsrail-İran dəhlizinin qurulması üçün ana şərt "Davud koridorunun" açılması və Fəratın cənubundakı ərazilərin kürd separatçılarının nəzarətində qalmasıdır. İrana təklif olunur ki, yeni dəhliz vasitəsilə Aralıq dənizinə çıxış istəyirsənsə, kürd separatizmini və "Davud koridoru”nun qurulmasını dəstəkləməlisən. Tehran rejiminin Suriya və Livandakı imkanları xeyli zəifləmiş olsa da, müəyyən təsir gücü qalmaqdadır. Tehranın nəzarətində olan Livan “Hizbullah”ı Suriya hökumətinə qarşı vuruşan Suveyda druzlarına dəstək verə bilər. Digər tərəfdən, Ağ Evin rəsmi çağırışından sonra fars rejimi İraq üzərindən Fəratın cənubundakı kürd separatçılarına dəstəyi ciddi şəkildə artıra bilər. Bu işdə ABŞ və İsrail strukturlarının gizli-aşkar yardımları da molla rejiminin yanında olacaq.

İran rejiminin Türkiyəyə və bütövlükdə türk faktoruna olan münasibəti məlumdur. Heç şübhə etməyək, Ağ Ev öz təklifinin arxasında duracaqsa, İran həvəslə anti-türk oyununa gedəcək. Çünki bu kampaniyaya qoşulmaqla fars rejimi bir tərəfdən Türkiyəni zəiflədir, digər tərəfdən isə başı üzərindən asılmış yeni ABŞ-İsrail zərbələrini arxa plana ötürür.

Tərəflər həmlələrini edirlər. Hadisələrin gedişatı ilə bağlı əsas sual isə belədir: Ağ Evin yeni həmləsi "Davud koridorunun" açılmasına və Suriyanın parçalanmasına gətirəcəkmi?

İndiyə qədər baş verən proseslərin nəzərdən keçirilməsi onu söyləməyə əsas verir ki, bu yeni gedişin İsrail üçün uğurla nəticələnmə ehtimalı xeyli zəifdir. Gəlin baxaq, T. Barakın yeni səsləndirdiyi həmlə nəyi dəyişib?


Son dövrlərə qədər kürd separatçılarını ABŞ-ın özü Sentkom vasitəsilə dəstəkləyirdi. Suriyanın parçalanması və "Davud koridorunun" qurulması işlərində də Birləşmiş Ştatların bilavasitə özü çaba göstərirdi. Nəticə – sıfır. İndi Ağ Ev bu oyunlardan çəkilir və öz yerini, belə demək mümkünsə, İrana verir. Ağ Evin, Pentaqonun, Sentkomun görə bilmədiyi işi İsrail-İran birliyinin reallaşdıra biləcəyi isə heç ağlabatan məsələ deyil.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Avqust 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see159

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see125

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see122

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri