Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

FİDANDAN FARS REJİMİNƏ QIRMIZI VƏRƏQƏ Türkiyəyə qarşı İran İsrail işbirliyi nə vəd edir?

FİDANDAN FARS REJİMİNƏ QIRMIZI VƏRƏQƏ Türkiyəyə qarşı İran İsrail işbirliyi nə vəd edir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Türkiyə İrandakı böyük Türk qruplarını hərəkətə gətirə bilər və bu, bütün istiqamətlərdə küncə sıxışdırılmış fars rejiminin sonu olardı

Namiq Bilal

İran və Türkiyə arasında hər cür qarşıdurma üstüörtülü şəkildə həmişə olub. Qarşılıqlı ˝atışmalar˝ hər zaman vəkalət gücləri üzərindən olub və tərəflərdən heç biri qarşı tərəfi birbaşa dövlət olaraq hədəf taxtasına oturtmayıb. Lakin son bir neçə gündə vəziyyət kökündən dəyişir. İranın Suriyada sabitliyi pozma təhdidlərinə Türkiyə XİN rəhbəri Hakan Fidandan çox sərt və İranı dövlət olaraq hədəf alan açıqlama gəlib. 

Fidan ˝Əl Cəzirə˝ telekanalına verdiyi müsahibədə belə ifadələrə yer verib: ˝İran qonşu dövlətlərdə müxtəlif qrupları dəstəkləyərək həmin dövlətlərin içərisində qarşıdurma yaradır. Başqalarının pəncərələrini daşlamayın ki, sizin də pəncərənizi daşlamasınlar. Əgər siz başqa dövlətlərin içindəki qrupları hərəkətə gətirərək hüzursuzluq yaradacaqsınızsa, başqa dövlətlər də İranın içindəki qrupları hərəkətləndirib sizə problem yaradacaq˝.

Fidan birbaşa İranı hədəf alaraq başqa dövlətlərin İranı içəridən sarsıda biləcəyini ən yüksək pərdədən dilə gətirib.

Bu açıqlamadan sonra fars rejimi Türkiyənin Tehrandakı səfirini XİN-ə çağıraraq narahatlığını ifadə edib. Türkiyə XİN də İran səfirini çağıraraq eyni addımı atıb.

Hakan Fidanın bəyanatından sonra İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) yaxınlığı ilə tanınan ˝Mehr˝ informasiya agentliyi Suriya hakimiyyətinə qarşı ˝Suriya İslami Dirəniş Təşkilatı˝ adlı qurumun yarandığı barədə məlumat yayıb. Angentliyin yaydığı məlumatda diqqət çəkən məqamlardan biri adı çəkilən təşkilatın loqosu olub. Silahı yuxarıda tutan əl loqosu “Hizbullah” və İranın dəstəklədiyi digər hərbi qrupların loqosu ilə eynidir. Bu məqam ˝Suriya İslami Dirəniş Təşkilatı˝-nın da İİKK tərəfindən yaradıldığının altını cızır. Belə görünür ki, həm Türkiyə, həm də İran tərəfi açıq qarşıdurmaya getməkdən çəkinmirlər.

Fars rejimi özü üçün ən böyük təhlükəni Türk dünyasında görür. Bu, bilinən faktdır. Rəsmi Tehran həm Azərbaycana, həm də Türkiyəyə qarşı əlindən gələni hər zaman edib. Bakı və Ankara isə Tehranın bütün oyunlarına təmkinlə yanaşıblar. Lakin Hakan Fidanın İrana yönəlik bəyanatı hər təmkinin də bir sərhədinin olduğunu göstərir.

˝Başqa ölkələr də İranın daxilindəki qrupları hərəkətə gətirər˝ ifadəsi çoxsaylı informasiya vasitələrində ˝Türkiyə İranın daxilindəki böyük türk toplumlarını hərəkətə keçirəcək˝ kimi qiymətləndirildi. Etiraf edək ki, rəsmi Ankara bu günə qədər Tehrana qarşı belə sərt hücum etməyib. Bir qədər obrazlı şəkildə desək, bu bəyanat Hakan Fidanın fars rejiminə verdiyi ˝qırmızı vərəqədir˝.


Həmin bəyanatı İranda yaşayan 40-45 milyonluq Türk toplumlarına yönəlik hərəkətlənmə siqnalı kimi dəyərləndirənlərin sayı da yetərincə çoxdur. Türkiyə həqiqətən də İrandakı böyük Türk qruplarını hərəkətə gətirə bilər və bu, bütün istiqamətlərdə küncə sıxışdırılmış fars rejiminin sonu olardı.

Hadisələrin inkişafı göstərir ki, bizim coğrafiyamızda böyük Türk-fars hesablaşması qaçılmazdır. Prezident İlham Əliyevin ˝İranda 40 milyon Türkün hüquqları tapdanır˝ təpkisi, prezident R.T.Ərdoğanın ˝Arazı ayırdılar...˝ çıxışı, indi də H.Fidanın ˝Daxilinizdəki qruplar hərəkətə gətirilə bilər˝ bəyanatı bu hesablaşmanı hər keçən gün daha da yaxınlaşdırır.

Azərbaycan Qarabağ problemini həll etdi. Türkiyə də PKK terrorunu və cənubundakı kürd separatizmini sonlandırır. Fars rejimi isə çox böyük əndişə içindədir ki, problemlərdən qurtulan Azərbaycan və Türkiyə türkləri İran türklərinin azadlığı məsələsini də qərarlı şəkildə gündəmə gətirəcəklər.

Türk faktoru sürətlə güclənir, fars rejimi isə tükənir. Ən müxtəlif mənbələr tərəfindən dəfələrlə qeyd olunub ki, fars rejimini ayaqda saxlayan əsas faktorlardan biri bu rejimin Qərbdən, xüsusilə də ABŞ-dən aldığı üstü örtülü dəstəkdir. Lakin İranın nüvə silahı əldə etmək cəhdləri ABŞ-İsrail cütlüyü ilə İran arasındakı münasibətləri yetərincə gərginləşdirib. Son dövrlərə qədər İsrailin ən böyük hədəfi İranın nüvə təsislərini bombalamaq və Tehran rejimini devirmək idi. Suriyada Əsəd rejiminin devrilməsi hadisələrin inkişaf istiqamətini kökündən dəyişdi. İndi sanballı yəhudi düşüncə quruluşları İsrailin genişlənməsi yolundakı ən böyük təhdidin İran yox, Türkiyə olduğunu hesab edirlər.

İsrail Türkiyəni Suriyada zəiflətmək üçün druzları və PKK-SDQ terorçularını dəstəkləyir. İran da eyni məqsəd üçün Suriyadakı ələvi qruplara dəstək verir. Başqa sözlə, Türkiyəni zəiflətmək məsələsində İsrailin və fars rejiminin maraqları üst-üstə düşür.

Lakin həm İsrailin, həm də İranın çabaları gecikmiş çabalardır. Belə ki, Türkiyənin həmlələri qarşısında Əsədi hakimiyyətdə saxlaya bilməyən Təl-Əvivin və Tehranın bu dövrdən sonra Suriyada ciddi uğur əldə edəcəkləri müəmmalı məsələdir.

Nəticə göz önündədir. Fars rejimi Türkiyəni zəiflətmək üçün ˝Böyük şeytan˝ və ˝Kiçik şeytan˝ adlandırdığı ABŞ və İsraillə hər zaman qapalı işbirliyində olub. Lakin rəsmi Tehranın Türkiyə və Türklərə qarşı qurduğu bütün qurğular son nəticədə özünün əleyhinə çevrilib. Qüvvələr nisbəti elə sürətlə dəyişir ki, fars rejiminin Türklərə qarşı atdığı hər addım bu rejimlə böyük Türk dünyasının tək-təkə, baş-başa qalacağı günü daha da yaxınlaşdırır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Mart 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri