Icma.az
close
up
RU
TÜRKİYƏYƏ QARŞI ABŞ İSRAİL İRAN İŞBİRLİYİ... Tom Barakın yeni dəhliz çağırışları reallaşacaqmı?

TÜRKİYƏYƏ QARŞI ABŞ İSRAİL İRAN İŞBİRLİYİ... Tom Barakın yeni dəhliz çağırışları reallaşacaqmı?

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Namiq Bilal

ABŞ-ın Türkiyə səfiri və D. Trampın Suriya təmsilçisi Tom Barak yeni sensasiyalı bəyanatla çıxış edib. O, İsraildən İrana quru yolu dəhlizinin açılması təklifini irəli sürüb. Barakın qısa müddət ərzində səsləndirdiyi və daban-dabana zidd olan iki mühüm bəyanat Birləşmiş Ştatların Böyük Orta Şərq siyasətinin mahiyyətini açır.

Barak səfir vəzifəsinə təsdiq olunan zaman Senatdakı çıxışında "Bizim İrana qarşı siyasətimizdə əsas müttəfiqimiz Türkiyədir" fikirlərini səsləndirmişdi. Yada salaq ki, həmin dövrdə Ağ Ev üçün ən əhəmiyyətli məsələlərdən biri İsrail-ABŞ tandeminin İrana qarşı hücumu idi. Birləşmiş Ştatlar bu hərbi kampaniyada Türkiyənin də dəstəyini qazanmağa cəhd etdi, amma alınmadı. Türkiyə bu kampaniyaya qoşulmadı və tam əksinə, İran rəsmilərinin də açıq etiraflarına görə Tehrana müəyyən dəstək verdi.

İndi oyun tərsinə oynanır. Ağ Ev T. Barakın dili ilə indi də Ankaraya qarşı İsrail-İran işbirliyini gündəmə gətirir. Quru sərhədləri olmayan İranla İsrail arasındakı yeni dəhliz ideyasının detallarına baxaq. Dəhliz Suriya və İraq ərazisindən keçməlidir. Əsas intriqa bu xəyali dəhlizin Suriyadan keçən hissəsi ilə bağlıdır. Həmin hissə İsrail tərəfinin illərdir qurmağa çalışdığı və "Davud koridoru" adlandırdığı quru yoludur. Bu yol İsrailin nəzarətində olan Qolan təpələrindən başlamalı, İsrailin dəstəklədiyi və druzların yaşadığı Suveyda bölgəsindən keçməli, kürd separatçılarının nəzarətində olan Fərat çayının cənub tərəfi ilə birləşməlidir. Həm druzlar, həm də separatçı kürd qrupları İsrailə arxalanır. "Davud koridorunu" açmaqla İsrail kürd separatçıları ilə birləşməyi və Suriyanı parçalamağı planlayır.

Suriyanın parçalanması və cənubunda oyuncaq kürd dövlətciyinin qurulması Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. İsrail buna çalışır, Türkiyə isə planın qarşısını almaqda son dərəcə qərarlıdır. Sirr deyil ki, son dövrlərə qədər Fəratın cənubundakı kürd separatçılarını dəstəkləyən əsas güc ABŞ olub. Lakin Trampın gəlişindən sonra Ağ Ev addım-addım bu projedən çəkilir.

Tom Barakın İsrail-İran dəhlizi haqda açıqlaması onu deməyə əsas verir ki, Ağ Ev dolayısı ilə Tehranı kürd separatçılarını dəstəkləməyə çağırır. İran buna hazırdır. Aylar öncə fars rejiminin nəzarətində olan rəsmi dövlət telekanallarında belə bəyanatlar səslənmişdi: "Türkiyəni zəiflətmək üçün İran dövləti ABŞ və İsraillə birgə Fəratın cənubundakı kürd separatçılarını dəstəkləməlidir."

O zaman ABŞ və İsraildən səs çıxmamışdı. Çünki İran vurulmaq üçün hazırlanan düşmən obrazında idi. İranı vurdular, nəyəsə nail oldular, nəyəsə nail ola bilmədilər. İndi rollar dəyişdirilir. İrana qarşı ABŞ-İsrail-Türkiyə birliyini qura bilmədilər. Hazırda isə yeni dəhliz adı altında ABŞ-İsrail-İran işbirliyi planlaşdırılır. Belə ki, İsrail-İran dəhlizinin qurulması üçün ana şərt "Davud koridorunun" açılması və Fəratın cənubundakı ərazilərin kürd separatçılarının nəzarətində qalmasıdır. İrana təklif olunur ki, yeni dəhliz vasitəsilə Aralıq dənizinə çıxış istəyirsənsə, kürd separatizmini və "Davud koridoru”nun qurulmasını dəstəkləməlisən. Tehran rejiminin Suriya və Livandakı imkanları xeyli zəifləmiş olsa da, müəyyən təsir gücü qalmaqdadır. Tehranın nəzarətində olan Livan “Hizbullah”ı Suriya hökumətinə qarşı vuruşan Suveyda druzlarına dəstək verə bilər. Digər tərəfdən, Ağ Evin rəsmi çağırışından sonra fars rejimi İraq üzərindən Fəratın cənubundakı kürd separatçılarına dəstəyi ciddi şəkildə artıra bilər. Bu işdə ABŞ və İsrail strukturlarının gizli-aşkar yardımları da molla rejiminin yanında olacaq.

İran rejiminin Türkiyəyə və bütövlükdə türk faktoruna olan münasibəti məlumdur. Heç şübhə etməyək, Ağ Ev öz təklifinin arxasında duracaqsa, İran həvəslə anti-türk oyununa gedəcək. Çünki bu kampaniyaya qoşulmaqla fars rejimi bir tərəfdən Türkiyəni zəiflədir, digər tərəfdən isə başı üzərindən asılmış yeni ABŞ-İsrail zərbələrini arxa plana ötürür.

Tərəflər həmlələrini edirlər. Hadisələrin gedişatı ilə bağlı əsas sual isə belədir: Ağ Evin yeni həmləsi "Davud koridorunun" açılmasına və Suriyanın parçalanmasına gətirəcəkmi?

İndiyə qədər baş verən proseslərin nəzərdən keçirilməsi onu söyləməyə əsas verir ki, bu yeni gedişin İsrail üçün uğurla nəticələnmə ehtimalı xeyli zəifdir. Gəlin baxaq, T. Barakın yeni səsləndirdiyi həmlə nəyi dəyişib?

Son dövrlərə qədər kürd separatçılarını ABŞ-ın özü Sentkom vasitəsilə dəstəkləyirdi. Suriyanın parçalanması və "Davud koridorunun" qurulması işlərində də Birləşmiş Ştatların bilavasitə özü çaba göstərirdi. Nəticə – sıfır. İndi Ağ Ev bu oyunlardan çəkilir və öz yerini, belə demək mümkünsə, İrana verir. Ağ Evin, Pentaqonun, Sentkomun görə bilmədiyi işi İsrail-İran birliyinin reallaşdıra biləcəyi isə heç ağlabatan məsələ deyil.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Avqust 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri