“Türkiyəyə və Ərdoğana dərin təşəkkürlərimizi bildiririk” Nazir canlı yayımda göz yaşlarını saxlaya bilmədi + VİDEO
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Orta Şərq səfərinin ilk dayanacağı olan Səudiyyə Ərəbistanında Suriya ilə bağlı mühüm qərar verdiyini açıqlayıb. Belə ki, Tramp Suriyaya qarşı illərdir davam edən sanksiyaların ləğv olunduğunu bəyan edib. O, bu qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqlardan sonra verdiyini xüsusi vurğulayıb.
“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ Prezidentinin bu açıqlamasının ardından Suriya iqtisadiyyat naziri Nidal al-Shar canlı yayıma qatılıb və göz yaşlarını saxlaya bilməyib.
Nazir çıxışında "Türkiyəyə və Prezident Ərdoğana dərin təşəkkürlərimizi bildiririk”,- deyərək duyğularına hakim ola bilməyib.
“Təşəkkürlər Qətərə, təşəkkürlər Türkiyə Cümhuriyyətinə, təşəkkürlər Suriya rəhbərliyinə və diplomatiyasına. Ən böyük təşəkkür isə bu qərarın verilməsində fəal şəkildə rol oynayan Suriya xalqınadır. Və sonda təşəkkürlər cənab Donald Trampa”, -deyə nazir bildirib.
Xatırladaq ki, Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi və 61 illik BAAS rejimi 8 dekabr tarixində sona çatmışdı. Türkiyə müharibənin ilk günlərindən etibarən həm Suriya xalqına yardım etmiş, həm də yeni Suriya rəhbərliyi ilə əlaqələrini davam etdirmişdi.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 14 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















