Icma.az
close
up
RU
Türklər qərar verdi, Ankara qarışdı: Yeni prezident əlaqələri qoparır? Təcili çağırış

Türklər qərar verdi, Ankara qarışdı: Yeni prezident əlaqələri qoparır? Təcili çağırış

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 19-da Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkiləri keçirildi. Səsvermənin qalibi Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman oldu. ŞKTC Ali Seçki Şurasının rəhbəri Bertan Özərdağın məlumatına görə, Erhürman səslərin 62,80 faizini (84 630 səs), Ersin Tatar isə 35,77 faizini (48 208 səs) toplayıb.

Erhürmanın qalibiyyəti regionda maraqlı bir çox aktor üçün sürpriz oldu. Xüsusilə nəzərə almaq lazımdır ki, Ersin Tatarın Türkiyə, Azərbaycan və Türk dünyası ilə kifayət qədər yaxın əlaqələri vardı. Tatar, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlüyünü təmin etmiş, gələcəkdə ölkənin müstəqilliyin tanınması istiqamətində fəal işlər görmüşdü. Bu baxımdan yeni prezidentin kimliyi və hansı siyasi xətti izləyəcəyi haqlı suallar doğurur.

İlk növbədə qeyd etmək lazımdır ki, Tufan Erhürman intellektual, hüquqçu və daha çox diplomatik düşüncə tərzinə sahib bir liderdir. O, populist yanaşmalardan uzaq durur, sistemli və hüquqa əsaslanan mövqe tutur. Çıxışları və fəaliyyətləri göstərir ki, əsas məqsədi status-kvonu sarsıdan, lakin radikal olmayan dəyişikliklərə nail olmaqdır.

Onun başlıca hədəfi Kipr türklərinin beynəlxalq təcriddən çıxarılmasıdır. Bu məqsədə isə federasiya modelinin canlandırılması ilə nail olmağı düşünür. Yəni Erhürman, ŞKTC-nin müstəqil dövlət kimi tanınmasını prioritet hesab etmir. Çünki bu istiqamətdə beynəlxalq dəstəyin kifayət qədər zəif olduğunu anlayır. Əvəzində, Kiprin siyasi birliyini qoruyaraq türklərin hüquq və təhlükəsizliyini təmin edən birgə yaşam modelini dəstəkləyir.

Bu mövqe onu Ersin Tatardan fərqləndirən əsas nüansdır. Tatar açıq şəkildə “iki ayrı dövlət” modelini müdafiə edirdi. Onun fikrincə, federasiya artıq real deyil və adada faktiki olaraq iki xalq və iki dövlət mövcuddur. Tatar, bu reallığın beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını əsas hədəf sayırdı və siyasətində Türkiyə ilə tam sinxron şəkildə hərəkət edirdi.

Tufan Erhürman seçkilərdən dərhal sonra keçirilən mətbuat konfransında bildirdi: “Ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək. Kimsənin buna şübhəsi olmasın”.

Bu bəyanat Erhürmanın Türkiyə ilə əlaqələri davam etdirmək niyyətində olduğunu göstərir. Lakin o, Ersin Tatardan fərqli olaraq Türkiyəni siyasi xəttin diktəedici mərkəzi deyil, strateji tərəfdaş kimi görmək niyyətindədir. Bu yanaşma onu nə Ankara əleyhdarı, nə də tam Türkiyəyönlü etmir. O, Kipr türklərinin öz siyasi iradəsini sərbəst formalaşdırmasını önə çıxaran bir liderdir.

Türkiyənin yanaşması

Bununla belə, Türkiyədə Erhürmanın seçilməsini bəyənməyənlər də var. Məsələn, Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı seçkilərlə bağlı çıxışında bildirdi ki, səsvermədə çox az sayda vətəndaş iştirak edib və nəticə Kipr türklərinin iradəsini əks etdirmir. O, ŞKTC parlamentinin təcili toplanaraq seçki nəticələrini rədd etməsi və Türkiyə ilə birləşmə qərarının qəbulu təklifini irəli sürdü.

Fikrimcə, bu açıqlama olduqca radikal və sərtdir. Əvvəla, seçkilərdə iştirak göstəricisi yüksək olub və Tufan Erhürman səslərin böyük əksəriyyətini qazanıb. Müşahidəçilərin rəyləri də prosesin şəffaf və demokratik şəraitdə keçdiyini təsdiqləyir. İkincisi, Dövlət Baxçalının təklif etdiyi kimi birləşmə addımı nə Türkiyə dövlətinin rəsmi mövqeyidir, nə də Kipr türklərinin əksəriyyətinin istəyidir. Əgər Türkiyənin belə bir niyyəti olsaydı, bunu çoxdan həyata keçirməyə çalışardı. Ankara anlayır ki, bu, beynəlxalq hüquqa zidd olar və açıq şəkildə “işğal” kimi qiymətləndirilə bilər.

Kipr türklərinin əhəmiyyətli bir qismi nə Türkiyəyə birləşmək, nə də müstəqil qalmaq istəyir. Onlar Kiprin siyasi birliyini qoruyan, federasiya əsasında qurulan və öz hüquqlarının təmin edildiyi birgə yaşama modelini dəstəkləyirlər. Bu baxımdan Erhürmanın seçilməsi əslində Kipr türklərinin gələcəyi necə təsəvvür etdiklərini açıq şəkildə göstərir.

Tufan Erhürman islahatçı, lakin realist siyasətçidir. Onun nə romantik millətçilik, nə də ayrılıq meyilləri var. Əsas hədəfi Kipr türklərinin sabit, hüquqi baxımdan qorunan və beynəlxalq aləmdə tanınan bir mövqeyə sahib olmasıdır.

Kipr-Türkiyə münasibətləri

Əslində adanın birləşməsi Türkiyənin buradakı mövqeyini itirməsi mənasına gəlmir. Kiprin 1960-cı ildə, müstəqil respublika kimi yaradıldığı ilk dövrlərdə Türkiyə ilə münasibətləri pis deyildi. 1963-cü ilin sonlarına qədər Türkiyə ilə formal olaraq müttəfiq və zəmanətçi çərçivəsində əlaqələr qurulmuşdu. Çünki konstitusiyaya görə, dövlət iki icmanın ortaqlığına əsaslanırdı. Lakin yunan tərəfi bu modeli qəbul etmədi  və “Enosis” ideyasını, yəni Kiprin Yunanıstana birləşməsinə çalışdı. Xüsusi ilə 1963-cü ildə Prezident Makariosun konstitusiya dəyişiklikləri problemləri dahada böyütdü. Lakin həmin vaxtlarda belə Türkiyə Kiprə yalnız siyasi və mənəvi dəstək göstərdi. Hərbi müdaxilə isə 1974-cü ildə baş verdi.

Bütün bu tarixi təcrübələr göstərir ki, nə Türkiyə, nə də Kipr türkləri adanın bölünməsini arzulayıb. Problem əsasən Yunanıstanın və Kiprdəki radikal yunan millətçilərinin təşviq etdiyi “Enosis” ideyası ilə bağlı idi.

Bu gün isə vəziyyət dəyişib. Həm adadakı yunanlar, həm də türklər yeni reallıqları dərk edir. O baxımdan, Tufan Erhürman yeni dövrə uyğun demokratik və konstruktiv təkliflər verə, Kipr münaqişəsinin həlli istiqamətində ciddi addımlar ata bilər.


Turan Rzayev
Globalinfo.az
ın siyasət

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri