Icma.az
close
up
RU
Türklük məfkurəsinin Köprülü körpüsü

Türklük məfkurəsinin Köprülü körpüsü

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tarixdə elə işıqlı ziyalılar var ki, onlar mənsub olduğu xalqların başını böyük əzm və zəkaları ilə uca edirlər. Qardaş Türkiyədə ötən əsrdə belə parlaq, dəyərli şəxsiyyətlərdən biri də görkəmli türkoloq, ədəbiyyatşünas, tarixçi, sosioloq, diplomat Məhməd Fuad Köprülü olub! Bu günlərdə Türk dünyası 60 il əvvəl əbədiyyətə qovuşmuş unudulmaz türkoloqun xatirəsini ehtiramla yad edir.

İşıqlı zəka sahibinin özünün qeyd etdiyi kimi, o, “əziz və uca millətinə təmənnasız xidmətdən sonsuz zövq” alıb! Bu yolda əzm və dözüm göstərib, heç vaxt yoruldum, usandım deməyib!

Xatırladaq ki, XX əsrin əvvəllərində Osmanlı imperiyası ağır xəstə qocaya bənzəyirdi. İctimai-siyasi həyatın, demək olar ki, bütün sahələri, eləcə də təhsil sistemi bərbad vəziyyətə düşmüşdü. Bəzi “ziyalılar” elm və tədris sahəsində yaranmış acı həqiqəti dilə gətirmək, milləti gözləyən bəlalardan xilas etmək əvəzinə “öz qəhrəman babalarının şücaətlərini öyməklə” məşğul idilər. Elm və təhsil dairələrindəki saxta, savadsız “alimlər”in mənasız fəaliyyətləri nəticəsində fikir və düşüncələri süstlük və ətalət bürümüşdü.

Tanınmış türkoloq, Bakı Slavyan Universitetinin professoru Şahbaz Şamıoğlu o ağır illər barədə danışarkən acı təəssüf hissilə qeyd etdi ki, Osmanlı, həqiqətən, elm və təhsildə Qərbə kəskin şəkildə uduzurdu. Avropanın elmi dairələrində türkiyəli alimlərin əsərlərini nəinki dəqiq elmlər, hətta humanitar sahələrdə belə ciddiyə almırdılar. Bu ürək ağrıdan durumu nəyin bahasına olursa-olsun dəyişmək lazım idi!

Xoşbəxtlikdən belə bir ağır durumda millətin içindən işıqlı zəkaları ilə qaranlıqları yaran aydınlar meydana çıxdı. Onlardan biri, bəlkə də birincisi yeni fikir və düşüncə sahibi olan Məhməd Fuad Köprülü idi! Bu dərin təfəkkür adamı ədəbiyyatşünaslıq, tarix, sosiologiya, siyasət və başqa humanitar sahələrdə yeni metodoloji yanaşmalara əsasında bir-birindən parlaq əsərlər yazdı. Qərb və bütün dünya onun fikrinin, düşüncəsinin məntiqinə, pozitivliyinə və genişliyinə heyran qaldı.

Qeyd etmək lazımdır ki, Köprülünün çox qəribə taleyi olub. Qədim alban əsilli əsilzadələrdən olan kiçik Məhməd 1907-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub və bir neçə ildən sonra oranı könüllü surətdə tərk edib. O, “niyə ali təhsil ocağını bitirmədiniz?” sualına belə cavab verib: “Ankarada 3 il hüquq təhsili aldım. İmtahanları böyük uğurla verdim, amma hüquq sahəsində çox məyus oldum. Təhsil çox zəif idi. Tələbəsi olduğum 1907-ci il darülfünunu həyatdan bir dünya uzaqda idi. İslam şəriətindən dərs deyən professorlardan faydalanmadığımı deyə bilmərəm. Ancaq yeni Avropa elmlərini öyrədənlər dili bilmirdilər”.

Məhməd bəy çox enerjili, ambisiyalı gənc idi, elmi mənbələri və bədii ədəbiyyatı orijinaldan oxumağa üstünlük verirdi. Qısa müddət ərzində bir çox əcnəbi dilləri mükəmməl şəkildə öyrənə bilmişdi. Xüsusilə fransız dilini və ədəbiyyatını ona dərs deyən professorlardan qat-qat yaxşı bilirdi. Gənc tədqiqatçı 1919-cu ildə nəşr olunmuş “Türk ədəbiyyatında ilk sufilər” əsərində təsəvvüf ədəbiyyatının mahiyyətini açaraq o vaxtadək Qərbdə çətin anlaşılan bu düşüncə tərzini dünya elmi ictimaiyyətinə yeni nöqteyi-nəzərdən təqdim etdi.

Bundan başqa, 1921-ci ildə yazdığı “Türk ədəbiyyatı tarixi” əsəri ilə ədəbiyyatşünaslıq tarixinə “pozitivizm” adlandırılan yeni baxış bucağı, mütərəqqi yanaşma sərgilədi. Köprülünün elmi, nəzəri fikirləri Türkiyəni, bütövlükdə Şərqi öyrənmək arzusunda olan Qərb tədqiqatçıları üçün mötəbər elmi mənbəyə çevrildi.

O, hələ 1913-cü ildə, 23 yaşında İstanbul Universitetində türk ədəbiyyatı üzrə professoru təyin olundu və 1941-ci ilə qədər burada müəllimlik etdi. Ali təhsil alması barədə diplomu olmadığı halda belə, dünyanın ən nüfuzlu universitetləri aktual mövzularda mühazirələr oxumaq üçün ona dəvətlər göndərirdilər. 1927-ci ildə Heydelberq (Almaniya) Universitetinin, 1937-ci ildə Afina (Yunanıstan) Universitetinin fəxri doktoru adına layiq görüldü. 1939-cu ildə Sorbon (Fransa) Universitetinin fəxri doktoru seçildi. Həmin il Macarıstan Elmlər Akademiyasının, 1947-ci ildə isə Amerika Şərq Cəmiyyətinin fəxri üzvü seçildi. Öz parlaq məruzələrilə Harvard Universitetinin (ABŞ) elmi dairələrini heyran qoydu.

Yeri gəlmişkən, Köprülü bəy 1926-cı ildə Bakıda ilk dəfə keçirilən I Türkoloji qurultayın işində fəal iştirak edib. O, bura türkçülüyün böyük ideoloqu Əli bəy Hüseynzadə ilə birlikdə gəlmişdi. Türkiyəli professor Əli bəy Hüseynzadənin Böyük Turançılıqla bağlı ideyalarına sayğı ilə yanaşırdı və bu böyük mütəfəkkiri həyatda özünün ustadı sayırdı. Köprülünün I Türkoloji Qurultaydakı parlaq çıxışı tədbir iştirakçılarının dərin marağına səbəb olmuşdu.

M.F.Köprülü Türkiyədə Osmanlıdan sonrakı cümhuriyyət quruculuğu illərində ölkənin ictimai-siyasi həyatında fəal rol oynadı. O, siyasi həyatda çoxpartiyalı sistemin qurulmasının qızğın tərəfdarlarından idi. Cümhuriyyətin yarandığı ilk illərdə Qarsdan millət vəkili seçildi. Sonra 3 əqidə dostu ilə birlikdə Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq, Demokrat Partiyasını qurdu. 1950-ci ildən 1954-cü ilə qədər İstanbuldan millət vəkili oldu.

Türk xalqının böyük ziyalısı, eyni zamanda, bacarıqlı diplomat kimi də tarixdə dərin iz qoyub. Bir neçə il Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb, ölkəsinin Şimali Atlantika Alyansı – NATO-ya üzv olması üçün ciddi səylər ortaya qoyub. Xatırladaq ki, o dövrdə şimal qonşusu Sovet İttifaqından qaynaqlanan kəskin təhdidlərlə üzləşən Türkiyənin milli təhlükəsizliyi üçün bu addım son dərəcə vacib idi! Qardaş ölkə 1952-ci ildə alyansa üzv qəbul edilib.

Sonda bildirək ki, Məhməd Fuad Köprülü 1966-cı ilin iyununda Ankarada avtomobil qəzasında ağır yaralanaraq həyatını itirib. Bu böyük zəka sahibinin işıqlı arzu və əməlləri bu gün Qərbin və Şərqin elm dünyası tərəfindən dərin hörmətlə anılır, təqdir və təbliğ olunur.

M.HACIXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri