Türkmənistan Füzulidə məscid inşa edir
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Türkmənistanın Füzuli şəhərində inşa etdiyi məscidin açılışının 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Bakıda Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Səfir Arkadağ və Füzuli şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasını qeyd edərək, birgə təşəbbüslərin və irimiqyaslı layihələrin iki xalq arasındakı dostluğun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
“Hazırda daha bir mühüm layihə – Füzuli şəhərində məscid tikintisi həyata keçirilir. Məscidin açılış mərasiminin bu ilin sonunda və ya gələn ilin əvvəlində keçirilməsi planlaşdırılır”, – o qeyd edib.
Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, digər dövlət və hökumət başçıları Türkmənistanın Füzulidə inşa edəcəyi məscidin təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Oktyabr 2026 01:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















