Türkmənistan Prezidentinin kitabının təqdimatı
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın bitərəfliyi – sülhün və etimadın işıqlı yoludur” adlı kitabının Azərbaycan dilinə tərcümə edilmiş nəşrinin təqdimat mərasimi keçirilib.
Azərbaycanın Türkmənistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Qismət Gözəlov kitabın Azərbaycan dilində nəşrinin Türkmənistanın daimi tərəfsizlik siyasətinin mahiyyəti və beynəlxalq əhəmiyyətini Azərbaycan oxucularına çatdırılmasında əhəmiyyətli addım olduğunu vurğulayıb.
Azərbaycanın Türkmənistanın daimi tərəfsizlik siyasətinə hörmətlə yanaşdığını bildirən Qismət Gözəlov ölkəmizin Türkmənistanın BMT çərçivəsində irəli sürdüyü sülh və əməkdaşlıqyönümlü təşəbbüsləri dəstəklədiyini qeyd edib. Bu xüsusda Azərbaycanın Türkmənistanın BMT tərəfindən tanınan daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını və 1995-2026-cı illərdə qəbul edilən qətnamələrə həmmüəllif qismində qoşulduğu bildirilib. Eyni zamanda, Azərbaycanın 2026-cı ildə Türkmənistanın əsas müəllifliyi ilə irəli sürülən “Beynəlxalq sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın qorunmasında və gücləndirilməsində tərəfsizlik siyasətinin rolu və əhəmiyyəti” adlı qətnaməyə həmmüəllif qismində qoşulmasının əhəmiyyəti vurğulanıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Oktyabr 2026 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















