Icma.az
close
up
RU
“Türkoloji Qurultaya həsr olunan xüsusi dinləmələr təşkil edə bilərik” Günay Əfəndiyeva

“Türkoloji Qurultaya həsr olunan xüsusi dinləmələr təşkil edə bilərik” Günay Əfəndiyeva

525.az saytına istinadən Icma.az xəbər verir.

“Ötən dövr ərzində kitabxana və muzeylərin işindən inklüziv təhsilə qədər bir sıra müxtəlif qanun layihələri nəzərdən keçirilmiş, onlara düzəlişlər olunub. Həmçinin, tarixi-mədəni irs abidələrinin qorunması, mühafizəsi, passportlaşdırılması ilə bağlı böyük bir dinləmə keçirilib. Düşünürəm ki, bunları gələcək sessiyada da davam etdirmək lazımdır. Biz komitənin səmərəli fəaliyyətini təşkil edərək, dövlətimizin daha da inkişafına, beynəlxalq siyasətinin, mədəni diplomatiyasının gücləndirilməsinə töhfə verə bilərik. Növbəti sessiya ərzində mütəmadi olaraq, muzey və kitabxana işçilərini bir araya toplayaraq görüşlər keçirə bilərik. Eyni zamanda digər yaradıcı müəssisələrin rəhbər və nümayəndələri ilə görüşərək onların problemlərini dinləyə və bu məsələlərin həlli istiqamətində iş apara bilərik”.
 

Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva komitənin 2025-ci ilin payız sessiyasının ilk iclasındakı çıxışı zamanı deyib.
Millət vəkili Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin prioritetlərinə diqqəti çəkərək, Türk Dünyası ilə əlaqələrin gücləndirilməsindən bəhs edib:

“Bilirsiniz ki, bu il Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrinin qurulmasının 30 iliyi qeyd olunur. Bu çərçivədə müxtəlif tədbirlər keçirilib və keçiriləcəkdir. Eyni zamanda cari ilin 22 avqust tarixində Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının yüksəksəviyyəli görüş keçirildi. Görüş çərçivəsində mühüm qərarlardan biri Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlıq münasibətlərinin qurulması oldu. İyul ayında Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlərlə Sumqayıt şəhəri Daşkənd vilayəti, Qəbələ isə Nəvai şəhəri ilə qardaşlaşdı. Hesab edirəm ki, bununla bağlı həmin şəhərlərdə aktiv mədəni fəaliyyətlər həyata keçirə bilərik. Xüsusilə də ölkələrimizin millət vəkillərinin iştirakı ilə müxtəlif layihələr təşkil etməklə xalqlarımız arasındakı körpüləri daha da möhkəmləndirə bilərik”.

Günay Əfəndiyeva vurğulayıb ki, gələn il Türk Dünyası üçün əlamətdar bir yubiley –Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq:

“Bu Qurultay XX əsrdə Türk xalqlarının mədəni həyatında ən nəhəng hadisələrdən biri kimi tarixə yazılıb. Qurultay həm əhatə etdiyi məsələlərin zənginliyi, həm də qəbul edilən qərarların əhəmiyyəti baxımından çox önəmli bir platforma idi. Əlbəttə ki, bununla bağlı tədbirlər dövlət səviyyəsində həyata keçiriləcək. Düşünürəm ki, Mədəniyyət komitəsi olaraq, Türkoloji Qurultaya və onun ayrı-ayrı mövzularına həsr olunmuş xüsusi dinləmələr təşkil edə bilərik. Biz digər ölkələrin nümayəndələrini dəvət edərək, həmçinin, beynəlxalq təşkilatların dəstəyi ilə bu tədbirləri daha geniş miqyasda reallaşdıra bilərik”.

Millət vəkili dini-mədəni abidələrin qorunmasının əhəmiyyətindən də söz açıb: “Bu yaxınlarda təmsil etdiyim Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən qədim Cümə Məscidini ziyarət etdim. Tarixi orta əsrlərə gedib çıxan bu ibadətgah 2016-cı ildə hörmətli Mehriban Əliyevanın dəstəyi ilə əsaslı şəkildə inşa edilərək istifadəyə verilmişdir. Hazırda məscidin fondunda bir çox tarixi əşyalar da yer alır. Üzərindən müəyyən vaxt keçdiyi üçün burada qismən təmir işlərinin aparılmasına ehtiyac yaranıb. Hesab edirəm ki, bu kimi dini ocaqlar ibadət məkanı olmaqla yanaşı, həm də tarixi-mənəvi irsimizi əks etdirməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri