Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Pendirin beyinə faydası

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

TÜRKPA nın Baş katibi: Bizə qarşı bəyanatlar verən təşkilatlardan qaçmamalı, əksinə onlarla işləməliyik MÜSAHİBƏ

TÜRKPA nın Baş katibi: Bizə qarşı bəyanatlar verən təşkilatlardan qaçmamalı, əksinə onlarla işləməliyik MÜSAHİBƏ

Icma.az bildirir, Apa.az portalına istinadən.

Türk Dövlətləri Parlament Assambleyasının yeni Baş katibi Ramil Həsənin APA-ya müsahibəsi

Ölkələrimizin milli maraqlarının ortaq istiqamətdə nəticə verməsinə çalışırıq

- Bir müddət əvvəl yeni Baş katib kimi vəzifə səlahiyyətlərinizin icrasına başlamısınız. Qarşıda duran hədəfləriniz, yeni planlarınız nədən ibarətdir?

- Bilirsiniz ki, Türk Dövlətləri Parlament Assambleyası 2008-ci ildə İstanbulda, Dolmabağça sarayında yaradılıb. Bununla qardaş ölkələrin parlamentlərini bir araya gətirən tarixi bir missiyanın təməli qoyulub. Hər birimizə məlumdur ki, dünyada parlamentarlariləri bir araya gətirən bir çox birlik və assambleya mövcuddur. Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqının ayrılmaz tərkib hissəsi olan Avropa Parlamenti, ATƏT Parlament Assambleyası və bunun kimi bir çox quruluşlar var. Türk Dövlətləri Parlament Assambleyası adından da göründüyü kimi, üzv ölkələr arasındakı parlamentlərarası əməkdaşlığı yeni səviyyəyə çıxarmaq, xarici siyasətdəki parlament diplomatiyasının milli maraqlar kontekstində birgə həyata keçirilməsini koordinasiya etmək və şübhəsiz ki, beynəlxalq hökumətlərarası qurum olan Türk Dövlətləri Təşkilatı ilə birgə hərəkət edərək, Türk dövlət başçılarının sammitlərdə verdikləri tarixi qərarların parlamentlərimiz tərəfindən ratifikasiya olunub qanun şəklini alması ilə bağlı prosesləri idarə etmək və koordinasiya etmək səlahiyyətinə malikdir. Ona görə də, bizə qardaş ölkələr arasında parlamentlərarası qurum olaraq verilən səlahiyyətlər çərçivəsində ölkələrimizin əlaqələrinin inkişaf etməsi, qanunların yaxınlaşdırılması və ortaq qanunların ölkələrimizdə qəbul edilməsi, eyni zamanda, ortaq məqsədlərimizə və maraqlarımıza xidmət edən xarici siyasət, hərbi-siyasi əməkdaşlıq, iqtisadi əlaqələr və infrastruktur layihələri kimi bir çox sahələrdə fəaliyyət göstərmək prioritetlərimiz sırasındadır. Bu kimi layihələr hökumətlər tərəfindən qəbul olunsa da, bunların ətrafında qanunvericilik bazasının formalaşdırılması parlamentlərin üzərinə düşür. Bu prosesdə isə koordinativ körpü rolunu Türk Dövlətləri Parlament Assambleyası oynayır. Əslində, biz yenidən yeni bir Amerika kəşf etmirik, sadəcə olaraq mövcud imkanlardan maksimal istifadə edərək ölkələrimizin milli maraqlarının ortaq istiqamətdə nəticə verməsinə çalışırıq. Bu baxımdan həyata keçirdiyim görüşlərdə Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyəti geniş müzakirə olunub. Həm Milli Məclisin sədri Sahibə xanım Qafarova, həm hörmətli xarici işlər nazirimiz Ceyhun Bayramovla görüşlərim, həm də Qazaxıstan parlamentinin hər iki palatasının sədri, Qazaxıstan xarici işlər naziri, Türkiyə parlamentinin sədri, xarici işlər naziri və vitse-prezidenti, siyasi partiya rəhbərləri, Qırğızıstan parlamentinin sədri və xarici işlər naziri ilə görüşlərimiz əhəmiyyətli olub. Eyni zamanda, beynəlxalq parlamentlərarası təşkilatlarla görüşlərimiz də bu nöqteyi-nəzərdən vacib idi. Diqqət yetirmisinizsə, Türk Dövlətləri Parlament Assambleyası olaraq biz yeni bir prosesə başlamışıq. Bu da vacib faktorlardan biridir ki, biz üzv ölkələrin xarici işlər nazirləri və nazirliklərlə sıx əməkdaşlıq içərisində çalışmalıyıq. Çünki parlament assambleyaları parlamentlərarası əlaqə qurmaqla bərabər, hökumətlə parlament arasında ikitərəfli koordinasiyanı təmin edir. Bu baxımdan Xarici İşlər nazirlikləri Türk Dövlətləri Təşkilatının Naçxıvan sazişi çərçivəsində koordinativ hökumətlərarası əlaqəni saxlayan dövlət qurumları kimi çıxış edir. Ona görə də, Xarici İşlər nazirlikləri ilə fəaliyyətimizi yeni mərhələyə daşımaq vacibdir və bu məsələ nazirlərimiz və sədrlərimiz tərəfindən yüksək qiymətləndirilib.

Keçirdiyim görüşlərlə bağlı çox vacib bir neçə nüansı sizlərlə bölüşə bilərəm. Müzakirə etdiyimiz məsələlər konkret təkliflər üzərində dayanır və bunlar Türk Dövlətləri Parlament Assambleyasının funksiyalarına aid olan məsələlərdir.

Burada isə TÜRKPA-nın vacibliyi ön plana çıxır

Türk Dövlətləri Təşkilatı tərəfindən çoxtərəfli əməkdaşlıq çərçivəsində qəbul olunan bir çox bəyanatın və hökumət sazişinin ratifikasiyası, paraflanması və qanuni bazasının formalaşdırılmasında TÜRKPA-nın koordinativ rolu və üzv ölkələrinin parlamentlərində bu qanun layihələrinin müvafiq komitələrdən keçərək səsverməyə çıxarılması ən vacib nüanslardan biridir. Bu, üzv ölkələrimizdə tətbiq olunmalıdır. Bilirsiniz ki, ikitərəfli razılaşmalar belə ratifikasiya üçün parlamentə gəlməsə, qanun şəklini ala bilməz. Məqsədimiz görüşlər vasitəsilə bu prosesi sürətləndirməkdir. Qəbələdə dövlət başçılarımız özündə bir çox tarixi müddəaları əks etdirən deklarasiyanın altına qol çəkdilər. Nəticədə bu deklarasiyada qeyd olunan məsələlər hökumətlər tərəfindən qanun layihəsi formasında parlamentlərə göndəriləcək. Bunlar parlamentdə müzakirəyə çıxarılacaq və ratifikasiya ediləcək. Daxili prosedura görə, TDT beynəlxalq və hökumətlərarası bir təşkilat olduğu üçün burada da üç ölkənin parlamentində ratifikasiya olunmadan qanun bütün ölkələrdə tətbiq oluna bilmir. Burada isə TÜRKPA-nın vacibliyi ön plana çıxır. Bu prosesin parlamentlərlə sürətli şəkildə koordinasiya olunması, hökumətlər və parlamentlər arasında ikitərəfli yox, çoxtərəfli əməkdaşlığın təmin edilməsi TÜRKPA-nın görə biləcəyi işlər sırasındadır.

TÜRKPA varkən biz niyə bu qədər koordinativ boşluq buraxırıq?

İkinci vacib nüansı qeyd edim. Parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında, məsələn, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Qoşulmama Hərəkatı Parlament Assambleyası və NATO Parlament Assambleyası kimi bir çox qurumlarda nümayəndə heyətləri mövcuddur. Bəzən bu nümayəndə heyətləri assambleyaların toplantılarda bir araya gəlirlər. Bəzən Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və ya Özbəkistanın milli maraqlarına xidmət edən məsələlər müzakirə olunan zaman qardaş ölkələrin nümayəndəlikləri ya zalda olmur, ya da səsvermədə iştirak etmir. Bu da öz növbəsində ölkələrimizin milli maraqlarına zərər verən nəticələrə gətirib çıxarır. Biz bunu yaşamışıq və şahidi olmuşuq. Bu zaman bir sual ortaya çıxır: TÜRKPA varkən biz niyə bu qədər koordinativ boşluq buraxırıq? Ona görə təklif etdik ki, TÜRKPA üzərindən koordinativ bir qurum formalaşsın və nümayəndəlik rəhbərləri ilə TÜRKPA katibliyi mütamadi əlaqədə olsun. Məsələn, ATƏT-də Qazaxıstanın milli maraqlarına xidmət edən bir məsələ müzakirəyə çıxarılırsa, bu öncədən bizimlə paylaşılsın, biz də bunu üzv ölkələrə çatdıraq. Beləcə, üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri öz heyətlərinə tapşırıq verəcəklər ki, zalda olub səsvermədə iştirak etsinlər və dəstək versinlər. Bundan əlavə, öncədən bu informasiyanın paylaşılması üzv ölkələrin əlaqələrinin yaxşı olduğu və bu işə lobbiçilik edəcək ölkələrin də prosesə cəlb edilməsinə imkan verir.

Buna görə də üzv ölkələrin parlament sədrləri və xarici işlər nazirlərinə təklifimizi verdik və onlar bunu məmnunluqla qarşıladılar. Biz artıq bu prosesin təməlini atırıq. Üzv ölkələrə məsələ ilə bağlı nota göndərilib. İlk koordinativ toplantımızın 16-19 noyabr tarixlərində İstanbulda keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasında, TÜRKPA çərçivəsində təşkil olunmasına qərar verildi. Bu, ilk koordinativ toplantı olacaq və daha sonra digər parlament təşkilatlarındakı milli nümayəndə heyətlərimizə də sirayət edəcək. Həmçinin bu proses dialoq qurmaq və müzakirələr apararaq bir çox məsələləri ortaq şəkildə həll etmək və müştərək maraqları müdafiə etmək üçün bizə yeni bir platforma verəcək.

- Başqa hansı təklifləriniz oldu?

- Bəli, bizim başqa bir təklifimiz də oldu və bu da qəbul olundu. Bu da Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyətdə olan sədrliyi çərçivəsində rutin bir sistemlə, yəni pərakəndə yox, davamlı sistemlə xarici parlamentlərin xarici əlaqələr komitələrinin, müdafiə və təhlükəsizlik komitələrinin, eləcə də ölkələrimizin milli maraqlarına uyğun digər komitələrin ortaq komitə sədrlərinin toplantılarını keçirə bilmək təklifi idi. Burada Özbəkistan, Macarıstan və Şimali Kipr də var. Bu proses gələcək əməkdaşlığın imkanlarını asanlaşdırır.

Çünki bir müddətdən sonra Ramil Həsən və ya başqa birisi getsə də, bu sistem işləməyə davam etsin

Prezident İlham Əliyev Qəbələ Samitində gələcəkdə Türk dövlətləri çərçivəsində hərbi əməkdaşlığın həyata keçirilməsini vurğuladı. Bu, çox vacib bir məsələdir. Milli müdafiə sənayesi üzrə bir çox iş birliyi platformaları mövcuddur və biz bu komitələrin toplantılarını şəxslərə yox, sistemə birləşdirməliyik. Çünki bir müddətdən sonra Ramil Həsən və ya başqa birisi getsə də, bu sistem işləməyə davam etsin.

Bu səbəbdən biz bu məsələni fəaliyyətdə olan sədrlik mexanizminin içərisinə qoymağı təklif etdik. Bizim tərkibimizdə qadın parlamentarilər və gənc parlamentarilər qrupları da mövcuddur. Bu, beynəlxalq praktika baxımından çox vacibdir və mesajlarımızın, mövqelərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına imkan yaradır. Eyni zamanda, Türk dövlət başçılarının artıq bir neçə ildir tətbiq etdiyi bir modelin parlament sədrləri arasında da həyata keçirilməsini təklif etdik və hər kəs bunu qəbul edib məmnun qaldı. Bilirsiniz ki, TÜRKPA ildə bir dəfə Assambleya Şurasını və parlament sədrlərinin plenar sessiyasını toplayır. Biz təklif etdik ki, TÜRKPA parlament sədrlərinin ildə bir dəfə qeyri-rəsmi zirvələri keçirilsin. Bu qeyri-rəsmi zirvələr fəaliyyətimizin daha da sürətlə həyata keçməsinə böyük töhfə verəcək. Türk Dövlətləri Təşkilatında ildə iki sammit keçirilir. Sammitlərdən biri qeyri-rəsmi, digəri isə rəsmi olur. Biz burada bir çox vacib sənədlərin qəbul edilməsi üçün bir il gözləməməyi, bu sənədlərin daha tez qəbul edilməsini təmin edə bilərik. Sədrlərin ortaq platformada mövcudluğundan istifadə etməklə, qarşıdakı bir çox məsələlərin müzakirəsini aparmaq üçün inanılmaz imkanlar yaranır. Parlament sədrləri buna dəstək verir və artıq qərar da alınıb. 2026-cı ilin aprel ayında İstanbulda Beynəlxalq Parlamentlərarası İttifaqının 152-ci plenar sessiyası keçiriləcək. Ev sahibi Türkiyə parlamentinin sədri Numan Kurtulmuş olacaq. Beynəlxalq Parlamentlərarası İttifaq 190-dan çox ölkəni birləşdirir və buna diplomatiyada “parlamentarilərin birləşmiş millətləri” deyilir. Çünki 190-dan çox ölkənin parlamenti burada təmsil olunur və bütün parlament assambleyalarını özündə birləşdirir. Bu, inanılmaz bir platformadır, bundan böyük platforma yoxdur. Ona görə də bizim təklifimiz və sədrlərimizin qəbul etməsi ilə parlament sədrlərinin TÜRKPA çərçivəsində ilk qeyri-rəsmi görüşünün aprel ayında İstanbuldakı bu sessiya çərçivəsində keçirilməsi təsdiqləndi. Biz hazırlıqlara başlayacağıq və aprel ayında bu görüş yəqin ki, yüksək səviyyədə keçiriləcək. Xarici əlaqələr komitələrinin sədrlərinin toplantısı fevral ayında Qazaxıstanda, TÜRKPA çərçivəsində ortaq şəkildə nəzərdə tutulub. Daha sonra digər komitələr olacaq. Qırğızıstanda isə 2026-cı ildə TÜRKPA-nın növbəti plenar sessiyası keçiriləcək. Biz o dövrə qədər bir çox məsələlərdə irəliləyiş əldə etməliyik ki, sədrlərin qarşısına konkret nəticə qoya bilək.

- TÜRKPA-nın regional və beynəlxalq təşkilatlarla əlaqələrinin səviyyəsi qaneedicidir?

- Bilirsiniz, biz heç vaxt yerimizdə qalmamalıyıq. Bir neçə il əvvəl bəlkə qane ola bilərdik, amma bu gün olmamalıyıq. Niyə? Çünki zamanla yarışırıq və beynəlxalq təşkilatlar, parlament diplomatiyası bu gün çox mühüm rol oynayır. Regionlarda sülhün təsis edilməsi, dialoq, konfliktlərin həlli və digər məsələlərdə parlament diplomatiyası önəmli bir alətdir. Məsələn, bizim ATƏT Parlament Assambleyası ilə əməkdaşlığımız var və bu münasibəti inkişaf etdirməyi düşünürük.

Bilirik ki, Avropa Parlamenti bəzən Azərbaycan, Türkiyən və Qazaxıstanın mövqelərinə qarşı qərəzli bəyanatlar verir. Deməli, biz Avropa Parlamenti ilə çox sıx işləməliyik ki, əleyhimizə olan məsələlərdə ölkələrimizin müştərək mövqeyini ortaya qoyaq, doğru məlumatların formalaşmasına və əleyhimizə lobbiçilik edən ölkələr və strukturlara qarşı güc birliyi yaradaq. Nəticə etibarilə, parlament diplomatiyası buna imkan verir. Türk Dövlətləri Parlament Assambleyası burada çox vacib rol oynaya bilər və oynamalıdır. Qəbul olunan qərarlar və siyasi iradə də elə bunu göstərir. Şəxsi düşüncəm bundan ibarətdir ki, bizə qarşı bəyanatlar verən təşkilatlardan qaçmamalıyıq, əksinə, onlarla işləməliyik. Mövqeyimizin qətiyyətini, haqlılığını və ədalətliliyini ortaq mövqedən nümayiş etdirməliyik. Biz Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Türkiyəni və Özbəkistanı dəstəkləyirik və bu ölkələrin mövqelərini ortaya qoymalıyıq. Bu bizim vəzifə borcumuzdur. Mən bunu həmişə vurğulamışam. Bir il əvvələ qədər çox gərgin olan Fransa-Türkiyə və Fransa-Azərbaycan münasibətləri buna nümunədir. Azərbaycan Prezidentinin qəti iradəsi, diplomatik yanaşması və əldə etdiyi uğurlar bu gün Azərbaycan-Fransa münasibətlərində yeni bir səhifə açır. Eyni vəziyyət cənab Ərdoğan və Fransa Prezidentinin münasibətlərində də görünür. Burada Azərbaycan və Türkiyə bərabər hərəkət edir. Biz də bunu parlamentlər səviyyəsində tətbiq etməliyik ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentariləri bərabər hərəkət etsin, qarşı tərəfdəki mövqelərin yumşaldılmasına və normallaşma prosesinə töhfə versin. Liderlər liderlik səviyyəsində bunu edirsə, biz də bunu parlament diplomatiyası səviyyəsində tətbiq etməliyik. Bu baxımdan, biz Beynəlxalq Parlamentlərarası İttifaq ilə sıx əməkdaşlıq edirik, orada rəsmi müşahidəçiyik. ATƏT Parlament Assambleyasında qonaq statusundayıq, Qoşulmama Hərəkatı Parlament Assambleyasında müşahidəçiyik, Asiya Parlament Assambleyasında varıq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında mövcuduq, Asiya və Avropanın bir çox ölkələrini bir araya gətirən CİCA kimi beynəlxalq strukturlarda da rəsmi müşahidəçiyik. Bir çox institutları saymaq olar, Avropa və Asiya institutları çoxdur. Amma əlbəttə ki, bu, yetərli deyil. Mən düşünürəm ki, eyni zamanda, Körfəz ölkələrinin Parlament Assambleyası ilə əlaqələrimizi yeni səviyyəyə daşımalıyıq. Çünki Ərəb ölkələri - xüsusilə də Qətər, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri həm Azərbaycan, həm Türkiyə, həm Qazaxıstan, həm də Qırğızıstanla sıx əlaqədədir və biz onlarla da münasibətlərimizi gücləndirməliyik. ASEAN Parlament Assambleyası ilə də sıx əməkdaşlıq etməliyik. Bu, fəaliyyət mexanizmimizi və əhatə dairəmizi genişləndirməyə böyük töhfə verir. Beləcə, ölkələrimizin milli maraqlarının ortaq qorunması üçün parlament institutundan maksimum şəkildə faydalanmış oluruq.

“TÜRKPA Plus Avropa Parlamenti”, “TÜRKPA Plus ATƏT PA” kimi əməkdaşlıq formatlarını tətbiq edə bilərik

- TÜRKPA-nın müşahidəçi və ya tərəfdaş şəbəkəsini genişləndirməsini, məsələn, Macarıstan, Şimali Kipr və ya digər dost ölkələrlə daha dərin əməkdaşlıq qurmasını planlaşdırırsınız?

- Qəbələ deklarasiyasında da göstərildiyi kimi, Türk Dövlətləri Təşkilatı bu il yeni bir əməkdaşlıq formatı qəbul etdi. Bu “Türk Dövlətləri Təşkilatı Plus” adlandırdığımız əməkdaşlıq modelidir. Biz eyni modelin “Türk Dövlətləri Parlament Assambleyası Plus” olaraq qəbul olunmasını təklif etmişik. Türkiyənin xarici işlər naziri cənab Hakan Fidan bunu yüksək qiymətləndirdi və qeyd etdi ki, “TÜRKPA Plus Avropa Parlamenti”, “TÜRKPA Plus ATƏT PA” kimi əməkdaşlıq formatlarını tətbiq edə bilərik. Bu, fəaliyyətimizə böyük töhfə verir və beynəlxalq parlamentlərin daha səmərəli əməkdaşlığını təmin edir. Həmçinin, dezinformasiyaların aradan qaldırılmasına və parlamentarilər vasitəsilə ölkələrimizin milli maraqlarının müdafiəsi ilə bağlı lazım olan mesajların sürətli şəkildə çatdırılmasına imkan yaradır. Bu mexanizm üzərində artıq işləyirik. Noyabr ayında ATƏT PA çərçivəsində koordinasiya toplantısı keçiriləcək. Fevral ayında xarici əlaqələr komitələrinin sədrlərinin toplantısı nəzərdə tutulub. Digər layihələr üzərində də işləyirik və yaxın gələcəkdə bunlar da həyata keçiriləcək.

Eyni zamanda, bilirsiniz ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq hökumətlərarası qurum olduğu üçün orada işçi qruplarının iclasları keçirilir. Bu iclaslarda müvafiq komissiyaların katibləri iştirak edir və beynəlxalq ekspertlərlə əməkdaşlığı davam etdirirlər. Bu, hökumət və parlament arasında əlaqələrin güclənməsinə töhfə verir.

TÜRKPA-nın rəsmi saytında Türk Dövlətləri Parlament Assambleyasının Beynəlxalq Katibliyində 4 yeni iş yerinin açıldığı elan edilib

- TÜRKPA-nın tanınırlığı Türk Dövlətləri Təşkilatı ilə müqayisədə nisbətən məhduddur. Bu vəziyyəti necə dəyişməyi planlaşdırırsınız?

- TÜRKPA-nın nüfuzu və reputasiyası Türk Dövlətləri Təşkilatına nisbətən məhduddur. Ancaq bu addımlar TÜRKPA-nın nüfuzunu genişləndirəcək. Vacib məqam nüfuzun genişlənməsindən çox bizim nə qədər effektiv olacağımızdan ibarətdir. Biz qeyri-hökumət təşkilatı və ya yalnız bir ölkənin təşkilatı deyilik. Bu, diplomatik korpusdur və beynəlxalq parlamentlərarası birlikdir. Türk Dövlətləri Təşkilatı isə beynəlxalq hökumətlərarası birlikdir. Birisi interparlamentar, digəri interhökumət təşkilatıdır, beləcə bir-birimizi tamamlayırıq, rəqib deyilik. Bir-birimizi tamamlamağımız ölkələrimizin milli maraqlarının təmin olunmasına böyük töhfə verir. Türk Dövlətləri Təşkilatının hökumətlər səviyyəsində atdığı addımları biz də dəstəkləyirik və TÜRKPA olaraq bu səyləri yeni mərhələyə yüksəldəcəyimiz təqdirdə, TÜRKPA-nın nüfuzu öz-özlüyündə yeni mərhələyə keçəcək. Tanınma, vizyon və görünürlük məsələləri öz-özünə həll olunacaq, amma bu bizim əsas hədəfimiz deyil. Tanınırlıq və görünürlülük görülən işin nəticəsində ortaya çıxmalıdır. Yəni, biz hər hansı bir piar işi ilə məşğul olmuruq. Faktiki olaraq, az öncə qeyd etdiyimiz istiqamətlərdə atdığımız addımlar nəticəsində bu, Türk dövlətləri və Türk dünyasının faydasına xidmət edəcək. Bu, çox vacibdir. Həmçinin, burada bir başqa məqam da qeyd edilməlidir. Hazırda Beynəlxalq Parlamentlərarası İttifaqının Katibliyi ilə razılığa gəlmişik ki, TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları Cenevrədə Inter-Parliament Union Ofisində təcrübə keçsinlər. Bu səbəbdən iki qrup olaraq əməkdaşlarımızı qısa müddətli təcrübələr üçün göndərəcəyik. Bu təcrübələr çox faydalıdır, çünki Beynəlxalq Parlamentlərarası İttifaqın Katibliyinin praktiki biliklərini paylaşması əməkdaşlarımızın təcrübəsini və bacarıqlarını artıracaq. Eyni zamanda, bu təcrübələri ATƏT Parlament Assambleyası ilə də əlaqələndirmişik. ATƏT Parlament Assambleyasının Baş katibi ilə 16-17 noyabr tarixlərində İstanbulda ayrıca ikitərəfli görüşümüz olacaq. Bu görüşdə gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcəyik. Bir də əlavə olaraq media vasitəsilə qeyd etmək istəyirəm ki, TÜRKPA-nın rəsmi saytında Türk Dövlətləri Parlament Assambleyasının Beynəlxalq Katibliyində 4 yeni iş yerinin açıldığı elan edilib. Bu yerlər diplomatik korpus əməkdaşı olmaq istəyənlər üçün nəzərdə tutulub, orada imtahanlar keçiriləcək və müraciət edənlər uyğun olacaqları halda işləyə biləcəklər. Yüksək məsuliyyət hissi olan, tələblərə cavab verən şəxslər – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan vətəndaşları müraciət edə bilər. İki mərhələli imtahandan keçərək işə qəbul oluna bilərlər. Bu imkanları media vasitəsilə də yaymağınızı tövsiyə edirəm.

- TÜRKPA fəaliyyətində neytrallıqla təşəbbüskarlıq arasında balans necə olmalıdır - qurum siyasi mövqe tuta bilərmi, yoxsa tam məsləhətçi xarakterdə qalmalıdır?

- TÜRKPA məsləhətçi statusda qala bilməz. Çünki bu qərar bazası olan bir orqandır. Ortaq və siyasi bir qurumdur, mədəni bir qurum deyil. Eyni zamanda, TÜRKPA elm və təhsil bazasına da malikdir. Yəni, beynəlxalq parlamentlərarası bir birlikdir və əsas fəaliyyəti xarici siyasət, parlament diplomatiyası, parlamentlərarası əməkdaşlıq və qanunvericilik bazalarının yaxşılaşdırılması yox, məhz yaxınlaşdırılmasıdır. Təşkilat həm də hökumət qurumları ilə, yəni Türk Dövlətləri Təşkilatı vasitəsilə hökumət və parlamentin birgə fəaliyyətini dəstəkləyir. Bu, qəbul olunan hökumət razılaşmalarının və ortaya çıxan bəyanatların qanun formasına salınması və ratifikasiya olunması prosesinə dəstək verməyi ehtiva edir. Nəticə etibarilə, Türk Dövlətləri Parlament Assambleyası çox vacib bir quruluşdur.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see302

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see205

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see179

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see146

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see133

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see127

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see123

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see122

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see122

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see120

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see120

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see118

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see118

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see117

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see116

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see115

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see115

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see115

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see115

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri