Icma.az
close
up
RU
“TÜRKPA üzv dövlətlərində qanunvericiliyin uyğunlaşdırılması zəruridir” FOTO

“TÜRKPA üzv dövlətlərində qanunvericiliyin uyğunlaşdırılması zəruridir” FOTO

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

12 iyun 2025-ci il tarixində Astanada Qazaxıstan Respublikası  Parlamentinin ev sahibliyində TÜRKPA-nın “Türk əsri: Parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçirilib. 

"Unikal" xəbər verir ki, tədbir üzv və müşahidəçi parlamentlərini, eləcə də Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının nümayəndə heyətlərinin, Türk Dövlətləri Təşkilatı, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, İƏT üzv dövlətlərinin Parlament İttifaqı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans, MDB Parlamentlərarası Assambleyası, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı, Qazax-Türk Ahmet Yesevi Universiteti, Qırğız-Türk Manas Universiteti və MDB PAA-nın Demokratiyanın, kimi türk əməkdaşlıq təşkilatlarının, müşahidəçi təşkilatların və digər qurumların rəhbər və nümayəndələrini bir araya gətirib. Üzv parlamentlərin rəhbərləri - Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Senatının Sədri Maulen Aşimbayev, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, habelə müşahidəçi qismində Şimali Kipr Türk Respublikası Cümhuriyyətinin Sədri Ziya Öztürkler, qonaq qismində isə Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının Sədri Nuriddin İsmoilov Plenar iclasda çıxış ediblər.

14-cü plenar iclasın gündəliyinə daimi komissiyaların hesabat məruzələri və tövsiyə qərarlarının, bir neçə Model Qanunun, TÜRKPA-nın seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarının qəbul edilməsi, TÜRKPA daimi komissiyalarının sədr müavinlərinin və komissiya katiblərinin, eləcə də növbəti TÜRKPA Baş katibinin seçilməsi məsələləri daxil edilib. Assambleya Plenar iclasa təqdim olunan Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun hesabat məruzələrini və tövsiyə qərarlarını nəzərə alıb. 

İclasda TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Sədri, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin Sədri Əhliman Əmiraslanov "TÜRKPA üzv dövlətlərinin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji dayanıqlılıq və yaşıl dünya üzrə əməkdaşlıq" üzrə tövsiyə qərarını təqdim edib. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, tövsiyə qərarı TÜRKPA üzv dövlətlərinin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji dayanıqlılıq və yaşıl dünya üzrə əməkdaşlığına yönəlmişdir.  TÜRKPA üzv dövlətləri arasında digər sahələrdə olduğu kimi, bu sahədə də əlaqələrin daha da inkişaf etdirilməsinin və bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılması və yaxınlaşdırılmasını  zəruri edir. Həmçinin Əhliman Əmiraslanov sənəddə əks olunmuş tövsiyələrin TÜRKPA üzv dövlətlərinin müvafiq sahədəki qarşılıqlı əməkdaşlıqlarının daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. 

Beləliklə, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Qırğız Respublikasında keçirilmiş 10-cu iclasının sənədləri Plenar iclasda qəbul edilib. 15-ci plenar iclasın 2026-ci ildə Qırğız Respublikasında keçirilməsi ilə bağlı qərar qəbul edilib. 14- cü Plenar iclas Astana Bəyannaməsinin qəbulu ilə yekunlaşıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri