Icma.az
close
up
RU
Türküstan diyarının aydınları və azadlıq mücahidləri: Məmun Akademiyası VI yazı

Türküstan diyarının aydınları və azadlıq mücahidləri: Məmun Akademiyası VI yazı

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Xəzər dənizinin şərq sahillərindən Qobu səhrasına və Sarı çayının mənsəbinədək intəhasız coğrafi məkanları (Qıpçaq və Kəbirli çölləri, Aral dənizi, Amu-Dərya və Sır-Dərya... çaylarının hövzəsi, Balxaş, Abu-Nur gölü... ətrafı, Tanrı dağlarının əhatəsi, Qoşqar düzü/Tarim çayını vadisi....) tutan Türküstan diyarı (Doğu və Batı hissələri daxil) Asiya qitəsinin bir neçə Təbəddülat mərhələsinin (e.ə. II-I minilliklər, Orta əsrlərin VIII-XV yüzillikləri...) əsas mərkəzlərindən biri olmuşdur, o cümlədən, Türkmənistan coğrafiyası-Qaraqum səhrası... Turan düzü, Mərv vadisi... Təcən çayı hövzəsi...

Qızılqum vadisinin Amu-Dərya çayının aşağı axarlarında, Turan düzənliyinin Ürgənc və Şorca şəhərləri ətrafındakı vahələri, Türkmən/Oğuz, Cığatay/Uyğur, Qarapapaq, Sak-Massaget, Dəşti-Qıpçaq....soyluların qədim məskunlaşma ərazisi e.ə. II minilliyin və eramızın I minilliyinə aid İntibah mədəniyyəti-Tərəqqi mərhələsi kimi tarixə qovuşsa da, sonrakı yüzilliklərdə milli-mədəniyyət təbəddülatı yeni məzmun kəsb etmiş, sərhədləri xeyli miqyasda genişlənmişdir.

Xarəzm hakimi Əbu Həsən Əli ibn Məmun-II Məmunun (962-1008) himayəsi ilə görkəmli alim Əbu Reyhan əl-Biruninin rəhbərliyi altında 1000-1004-cü illərdə bu əski İntibah mədəniyyəti ocağında, DışOğuz bölgəsində-Ürgənc şəhərində Akademiyanın-“Dar-ül Hikmət”/“Hikmət evi”nin yaradılması təsadüfi səciyyə daşımamışdır. Bütünlüklə kökənli və gəlmə (Misirdən, Suriyadan, Əfqanıstandan...) Türk-Müsəlman alimlərinin çalışdığı, tədqiqat apardığı və elmin müxtəlif sahələrinə dair (fiqh, dinşünaslıq, ədəbiyyat, riyaziyyat, astronomiya, fəlsəfə, tibb...) qiymətli bilgiləri üzə çıxaran, və  Orta əsr tarixşünaslığında “Məmnun Akademiyası” kimi məşhur olan bu Ocaq XIII əsrə qədər, yəni, dağıdıcı Monqol hücumlarınadək fəaliyyət göstərmişdir.

Türküstan diyarında/Türkmən bölgəsində fəaliyyət göstərən, Türk əsilli alimləri sırasında/yanaşı əl-Biruni ilə yanaşı Əbu Nəsr əl-Mənsur (960-1036), Əbül Vəfa Muhammad (940-998), Əbu Səhl Gürqani (970-1011), Əbu Xeyir Hamar, Əbu Mənsur as-Salibi....də elm, fəlsəfə, ədəbiyyat...sahələrində Şərq dünyasınmda məşhurlaşmışlar.

E.ə. II-I minilliklərin Bəşəri, Qədim Dünya İntibah mərhələsini (Misir, Roma-Yunan, Babil-Şumer, Çin, Hind...) növbəti səhifəsi Avrasiya materikində Türk-İslam Təbəddülat/Elm-Mədəıniyyət sivilizasiyası (I minillik) əvəz etmiş, nəinki əski dini-dünyəvi dəyərləri zənginləşdirmiş, həm də, Dünya məıdəniyyətinin inkişafında yeni dövr yaratmış, sonrakı minilliyin nəinki, Elmi, eləcə də, ictimai-siyasi istiqamətini müəyyən etmiş, elmi-mədəni kəşflərin təməlini yaratmışdır. Bu mənada Məmun Akademiyası xüsusi yer tutmuşdur. Belə ki, Akademiyanın nüfuzlu alimləri-tədqiqatçıları  dəqiq və ictimai, təbiət və tibb, fəlsəfə və dini, incəsənət və ədəbiyyat...elmləri sahəsində qazandıqları uğurlar hələ əsrlər boyunca dövrün öyrənilən, əxz edilən hikmət mənbələri olmuşdur.

II minilliyin I əsri “Əl-Biruni əsri” adlanmışdır, bu məşhur alimin müəllimi Əbu Nəsrin müəllimi Əbül Vəfa “Həndəsə elminin Atası” sayılmışdır. Əl-Biruni “Ulduzlar elminin əsasları”  əsərində Yerin günəş ətrafında dövr etməsinin mərhələləri, Ulduzlu göyün təsviri, Yerin hərəkət istiqaməti, məsafə, vaxt, ölçü...rəqəmlərinin hesablanması ilə bağlı mülahizələrini polşalı alman mənşəli astronom, riyaziyyatçı N.Kopernikdən (1473-1543, “Göy örtüyünün fırlanması haqqında” (1535) əsəri) və italiyalı riyaziyyatçı, fizik, astronom Q.Qalileydən (1564-1642) 500-600 il əvvəl dünya elminə bildirmişdir, ümumiyyətlə, o, Curcan şəhərində bu istiqamətdə apadığı tədqiqatlar (astranomiya və metorologiya  tarixi sahəsində) X cildlik əsərlərində öz izahını tapmışdır. Onun 1035-1036-cı illərdə yazdığı 113 əsərin 70-i astronomiyaya aid olub.

  Dünya elminin K.Ptolomey (100-170) nəzəriyyəsinin (“Günəş sistemində Yer kürəsinin mərkəzliyi”nin) dürüstləşdirilməsi və dəqiqləşdirilməsi (özünü icad etdiyi teleskopla apardığı səma/göy müşahidələri əsasında) əl-Biruni və onun alim həmkarlarının zəhməti, Məmun Akademiyasının fundamental yönümü hesabına olmuşdur.

Haşiyə. Azərbaycanın bir çox  qədim və iri yaşayış məntəqələrinin, o cümlədən, Təbriz, Naxçıvan, Gəncə, Bərdə, Qəbələ, Şamaxı, Dərbənd...şəhərlərinin  coğrafi enlik və uzunluq göstəriciləri, koordinat sistemi, coğrafi məkan mövqeyi əl-Biruninin xəritələrində dəqiqliyi ilə göstərilmişdir.

Alimin təbiət elmləri və mexanika sahəsində  apardığı elmi-nəzəri tədqiqatlar yerin cazibə qüvvəsinin yaranması səbəblərini riyazi hesablamlarla üzə çıxarmışdır, bu elmi kəşf ingilis riyaziyyatçısı və mexaniki, Qərbi Avropa alimləri tərəfindən “Klassik fizika və riyazi təhlil nəzəriyyəsi”nin banilərindən hesab edilən İ.Nyutonun (1642-1727) adına çıxılan məşhur Qanundan 700 il əvvəl olmuşdur...

Dünya tibb elminin təşəkkülü və yüksəlişində Orta əsrlər dövrü  Əl-Biruninin elmdaşı, həmin Məbədin alimi, “Şərqin Aristoteli” adlanan, filosof-həkim Əbu Əli ibn Sinanın (980-1037) adı ilə bağlıdir. Onun “Təbabət elminin qanunu” adlı V cildlik əsəri XX yüzillikdə latın dilinə çevrilərə Avropa ölkələrində XVIII əsrədək istifadə olunmuşdur.

Onunla birlikdə Əbu Səhl Gürqani də Tibb elminin zənginləşməsi istiqamətində 995-ci ildən Akademiyada çalışmış, “Tibbin incəsənətinə aid yüz kitab” əsərini yazmışdır.

Məmun Akademiyası Orta əsrlər dövrü Türk-Müsəlman dünyasının Elmi Təbəddülat mərhələsinin Dini-Dünyəvi mərkəzi kimi bir sıra elmi istiqamətləri dünya miqyasına çıxarmışdır. Nəinki, Türküstan diyarında, Mərkəzi Asiyada, eləcə də, Yaxın və Orta Şərq ölkələrində elmi-tədqiqat mərkəzlərinin yaranması, formalaşması və təşəkkül tapması bu Elm Məbədinin adı ilə bağlı olmuşdur.

Türküstan diyarının/Türkmənistan bölgəsinin XII-XV əsrlər memarlıq və heykəltaraşlıq, milli/mənəvi və incəsənət, şəhərsalma və əkinçilik mədəniyyəti, dövlət quruculuğu və siyasi idarəetmə sistemi...sahəsində inkişafın təməlində məhz həmin Akademiyanın təhsil, təlim və bilik xəzinəsi mühüm rol oynamışdır. Belə ki, Turan düzənliyinin cənub-şərq hissəsində, Murqab vadisində, əski Türkmən/Təkləli tayfalarının kökənli məskəni kimi məşhurlaşan, e.ə. I minillikdə salınmış Mərv şəhəri Murqab çayı sahilində yerləşmişdir (indiki Mərv şəhərindən 30 km uzaqlıqda). Qədim qala (Abdulla xan qalası, Ərk qala, Sultan qala, Qız qalası...) tikililəri ilə ad çıxarmış və 2500 illik tarixə malikdir. XII-XIII əsrlərdə Səcuq və Xarəzm dövlətlərinin paytaxtı və mühüm mərkəzi olmuşdur.

Məşhur İslam yazıçısı, səyyahı, tarixçisi, coğrafiyaşünası Şahabəddin Yaqut əl-Həməvi (1178-1229) 1210-cu illərdə Mərv şəhərində 3 il yaşamış, “Şəhərlərin lüğəti” əsərini yazmış, gələcək əsərlərinin yazılması üçün kitabxanalarından zəngin məlumatlar toplamış, şəhərin 10 kitabxanasında 12000 kitabın saxlanılması barədə məlumat vermişdir.

Şərq memarlığı üslubunda inşa edilən mühəndis-istehkam tikililəri hənbdəsi ölçülərinin relyef-landşaft strukturuna uyğunluğu  mükəmməl riyazi hesablamalar əsasında aparılmışdır. Bu cür Qalalar başqa şəhərlərdə (qədim Xarəzm, Türkmənabad, Ürgənc...) də tikilmiş, minarələr, mavzoleylər, türbələr...ucaldılmışdır.

Turan ovalığının elm ocaqlarının geniş şəbəkəsi əsrlər boyunca Türk-Müsəlman dünyası xalqlarının dini-dünyəvi təlim və tədris mərkəzlərinin yaranmasına səbə olmuş, dinin elmi təvsiriinə diqqət yetirilmiş, dünyanın ayrı-ayrı elm mərkəzləri, ilahiyyat ocaqları ilə əlaqələr yaradılmış, tarixçilərin, coğrafiyaçıların, səyyahların diqqətini cəlb etmişdir (bu həm də, qədim “İpək yolu”nun və şimaldan Hindistana gedən ticarət karvanının həmin ərazidən keçməsi ilə bağlı idi).

Mərkəzi Asiya İntibah mədəniyyətinin sonra mərhələləri də Məmun Akademiyasının elmi irsinin zənginliyi və dünyəviliyi, bəşəri dəyər əhəmiyyəti ilə sıx bağlı olmuşdur.

P.S. Şorca şəhərinin yerində inşa edilən şəhərin adı sonralar-“Nukus”, Tanrı dağı-“Tyan-Şan”, Mərv şəhəri 1937-ci ildən - “Marı”....adlanır.                                      

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050 372-60-08)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see215

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see197

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see179

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see142

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see142

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see134

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see131

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see129

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see128

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see122

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see122

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri