Icma.az
close
up
RU
Türküstan diyarının alimi və azadlıq mücahidi II YAZI

Türküstan diyarının alimi və azadlıq mücahidi II YAZI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sır-Dərya çayı hövzəsində yovşanlı çöllərin, şoran düzənlərin geniş üfüqlərə qovuşan obalarının birində-Ağməscid/Qızıl Orda şəhəri yaxınlığındakı yurdların birində 1890-cı ilin 25 dekabr tarixində doğulmuş nəhayətsiz Qıpçaq Çöllərinin və Türküstan diyarının gələcək Azadlıq mücadili Mustafa Şokayoğlu Xivə xanlığının və ziyallı nəslinin şəcərə qolu olmaqla, XX əsr Türkçülük ideologiyası və mübarizəsinin öncüllərindən biri olmuşdur. Zəngin ocaq kitabxanası ruhunda və ailə tərbiysəində böyüyən, Daşkənd şəhərində mükəmməl gimnaziya təhsili alan M.Şokayoğlu 1914-cü ildə Petroqrad Universitetinin hüquq fakültəsinin məzunu kimi Vətənə qayıtmış, Böyük Turan məsləkinə xidmət edən, Ural və Türküstan diyarının milli-siyasi müstəqilliyi, Türkdilli xalqların mədəni-mənəvi bütövlüyü...uğrunda mübarizə aparan  Ə.Z.Toğana (1890-1970) ilə bir sırada yer almışdır.

Avrasiya materiki hüdudlarında Türk dünyasına və 200 milyon nəfərə yaxın Türkdilli xalqlara qarşı dini-sakral, milli-etnodemoqrafik, mənəvi-mədəni...təcavüz siyasətini yürüdən Rusiya imperiyasının ilk siyasi təqibini Mustafa Şokayoğlu (Türküstan diyarı timsalında) Daşkənd şəhərində gimnaziya təhsilinin sonunda hiss etmişdir. Belə ki, 1910-cu ildə məktəbi qızıl medalla bitirməyə layiq olan M.Şokayoğluna bu təltifi Türküstan diyarının general-qubernatoru, çar Rusiyasının Türküstan ordusunun komandanı A.V.Samsonov (1859-1914) ona yox, slavyan mənşəli məzuna verməyi əmr edir.

Tarixi ədaləti silə bilməyən millətş, Türkdilli xalqlara nifrət edən bu rus zabitinə etiraz edən həmin məzun qızıl medalı qəbul etmir, nəticədə təltif əsl hala sahibinə çatır...

Çar Rusiyasının paytaxtında ali-hüquqi təhsilini fərqlənmə diplomu ilə sonuclayan M.Şokayoğlu (Universitet illərində onu şərqşünas-türkoloq kimi görmək istəyən müəllimi  F.V.Radlovun (1837-1918) təklifi məhz siyasi dünyagörüşü gücünə təslim olmuşdur) imperialist ideya daşıyıcısı olan Rusiya dövlətinin xarici və daxili siyasətinin əsl mahiyyətinə hüquqi qiymət verməyi bacardığından Türküstan diyarına qayıtdıqdan sonra (1914) fəal siyasi fəaliyyətə başlayır, diyarın, Volqaboyu və Ural hövzəsinin, Cənubi Sibirin... Türkdilli xalqarının Milli-Azadlıq mücadiləsi, milli özgürlüyü uğrunda mübarizə aparan öndərlər sırasında layiqli yer tutmuşdur. Bu həmin il idi ki, çar II Nikolay Mərkəzi Asiyanın və Sibirin Türkdilli xalqlarını seçki hüququndan mərhum edən xüsusi Fərman imzalamışdır.

I Dünya müharibəsində Rusiya hüdudlarında yaşayan Türk-Müsəlman xalqlarının hesabına arxa cəbhə təminatının gücləndirilməsi, ön cəbhədə müdafiə istehkamlarının tikintisi və hərbi sursatların daşınması, yol-nəqliyyat təchizatının ödənilməsi, ərzaq təminatı...kimi ağır məsələlərin həll edilməsi çar Rusiyasının məkrli, hiyləgər hərbi-siyasi məqsədi olmuşdur ki, bu niyyəti bilənlərdən biri də M.Şokayoğlunun adı çəkilir. Təsadüfi deyil ki, 1914-1916-cı illərdə Türküstan diyarında təşəkkül tapan xalq etirazları və Milli-Azadlıq mücadiləsinə səbəb olan əsas amil də bu hərbi-siyasi istiqamət idi.

1916-cı ilin noyabr ayında Rusiya Dövlət Dumasında Müsəlman fraksiyasının üzvü kimi Türküstan diyarının təmsil etmiş və Türk-Müsəlman xalqlarının hüquqlarının müdafiəsi ilə bağlı təkliflərini irəli sürmüşdür.

Mərkəzi Asiyanın siyasi, hərbi, iqtisadi, milli-mədəni...zənginliyinin mühafizəsi baxımından siyasi təbəddülatın gücləndirilməsi zəruriliyini düzgün qiymətləndirən M.Şokayoğlu və əqidə həmfikirləri olan Ə.N.Bukeyxanov (1866-1937), Ə.B..Bəydursunlu (1872-1937), M.Y.Dövlətli (1885-1935)... ilə birlikdə 1917-1918-ci illərdə  Örənbörk/Orenburq, Daşkənd və Kokand şəhərlərində Qazax və Türküstan Müsəlmanlarının qurultaylarını keçirirlər, Qazax-Alaş Milli Hərəkatını yaradırlar və Rusiya Federasiyasının tərkibində “Doğu Muxtar Müsəlman Ölkələri” yaratmağı qərara alırlar...

Təbii ki, XX əsrin əvvəllərində ümumiyyətlə, Türk-Müsəlman dünyası Xalqlarının bu özgür və milli müstəqillik niyyəti Rusiya Federasiyası dövlətinin imperialist siyasəti qarşısında tab gətirə bilməzdi...elə də olur...

1920-ci illərdə Mənqışlaq, Bakı və Tiflis şəhərlərində azadlıq məfkurəli və milli düşüncə aydınları ilə siyasi-ictimai əlaqələr yaratsa da, M.Şokayoğlu 1921-ci ildən İstanbul şəhərində olduqdan qısa müddət sonra, Paris şəhərlərində fəaliyyət göstərmişdir.

Sonuncu şəhərdə 1929-1939-cu illərdə nəşr edilən və 117 sayı işıq üzü görən “Gənc Türküstan” dərgisində siyasi, ictimai-milli, məzmunlu, Türkdilli xalqların mənəvi-mədəni birliyi mövzusunda yazıları çap olunmuş, milli-azadlıq mücadiləsinin təbliğçisi kimi çıxış etmişdir.

Paris şəhərində rus ziyalıları və siyasi fikir nümayəndələrindən olan A.F.Kerenski (1881-1970) və P.N.Milyukov (1859-1943) ilə əlaqələr yaratmış, onların yayımladıqları “Gün” və “Son xəbərlər” qəzetlərində müxtəlif məqalələr çap etdirmişdir.

Siyasi-milli özgürlüyü Türk-Müsəlman xalqlarının İlahi-Haqq payı hesab edən və müqəddəs amal uğrunda həyat-mücadilə yolu seçən M.Şokayoğlunun ümumilikdə 700-ə qədər məqaləsi Daşkənd şəhərində Qazax dilində nəşr edilən “Birlik”, Özbək dilində çıxan “Uluq Türküstan”, Tiflis şəhərində nəşr edilən Türk dilində “Şəfəq”, İstanbul şəhərində “Yeni Türküstan”, Berlin şəhərində Cağatay dilində işıq üzü görən “Gənc Türküstan”... dərgilərində dərc edilmiş və milli güvənliyində zərb-məsələ çevrilmiş bir fikrinə məslək haqqı vermişdir:

 - Hər bir Türkün iki Vətəni vardır,

  biri doğulduğu Ana Vətən, biri də Türkiyə...

  Mustafa Şokayoğlu 27 dekabr 1941-ci ild’ Berlin şəhərində dəfn edilib.

 Əsərləri:

 - “Türküstan Sovet hakimiyyəti altında”, Berlin şəhəri, 1935;

 -“Xatirələrdən səhifələr”, Berlin şəhəri, 1937;

 - “Mustafa Şokayoğlunun xatirələri”, İstanbul şəhəri, 2000;

  Qeyd: Həyat yoldaşı Mariya xanımın xatirələri də İstanbul şəhərində 1972-ci ildə kitab halında nəşr edilib.

  P.S. Rus işğalçıları Ağməscid/Qızıl Orda şəhərinin adını dəyişərək-“Petrovski”....qoymuşlar.
Qismət  Yunusoğlu, 
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri