Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Türküstan diyarının Aydınları Mahmud ibn Əmir Mir Məhəmməd Vəli

Türküstan diyarının Aydınları Mahmud ibn Əmir Mir Məhəmməd Vəli

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erkən minilliklərdə qədim dünya xalqlarının və dövlətlərinin öyrənilməsində, dünya coğrafiyasının yaranması və inkişafında, elmi-tarixi coğrafiyanın yeri, tədqiqi və metodolojiyasının formalaşmasında, tarixi-coğrafi salnamələrin yazılmasında ilk növbədə səyyahların və coğrafiyaçıların əməyi çox olmuş, sonrakı dövrlərdə isə bu sahə xeyli dərəcədə nəşr-mənbə miqyasına və üslub, yanaşma səviyyəsinə görə xeyli dərcədə genişlənmişdir. Coğrafiyaçılar ilk əvvəl səyyah olduqları üçün həm də dünyəvi elmi irsin yayılamasında, dünya xalqlarının dini-sakral, milli-etnoqrafik, mənəvi-mədəni, siyasi-iqtisadi, dövlətçilik dəyərlərinin öyrənilməsində onların səfər təəssüratları zəngin olmaqla yanaşı, həm də mühüm tarixi sənədlər əhəmiyyəti kəsb edən elmi-nəzəri əsərlərinin mövzusu kimi qiymətləndirilmişdir. Ona görədir ki, qədim dövr coğrafiyaçılardan Q.Herodotun (e.ə.484-425-ci illər), A.Strabonun (e.ə.64/63-23/24), K.Ptolomeyin (100-170) əsərləri e.ə. və yeni eranın əvvəllərində yazılsa da, indi də dünyəvi elmi dəyərlərə malik olmaqla, dünya coğrafiyasının mötəbər mənbəyi kimi həm də Türk-Müsəlman dünyasının, eləcə də, Türküstan diyarınınt tarixi-coğrafiyası irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etmişlər.

 Orta əsrlərdə və Böyük Coğrafi Kəşflər mərhələsində səyyahların sırasında elmi istiqamətlərə uyğun olaraq coğrafiyaşünasların da sırası artmış, coğrafi bilgilər sistemi struktural baxımdan şaxələnmiş və Türk dünyasının  məşhur coğrafiyaşünaslarının da isimləri (Ə.R.Bakuvi, P.Rəis, M.A.Çələbi (Katib), Ö.Çələbi, H.Z.Şirvani, A.Requli) öncül yerlər tutmuşdur.

Bu sırada Mahmud  ibn Əmir Mir Məhəmməd Vəlininimzası da vardır...

Fərqanə vadisində dini-sakral və İslam fəlsəfəsi təlimləri ruhuna bürünmüş ocaqda, Ulu Məhdum Əzəmi şəcərəsinə mənsub xələfi Mahmud Vəlinin atası Əmir Mir Məhəmməd 1546-1567-ci illərdə Şeybani hakimlərinin (ilk növbədə I Pir Məhəmməd xanın) xidmətində olmuş, dərin zəkalı, elmi və dini dünyagörüşlü ziyalı şəxs idi.

Mahmud 10 yaşında olanda bibisinin həyat yoldaşı və böyük Sufi alimi Mirağa şah Hüseynin (1548-1624) yanında İslam fəlsəfəsinin, Mistika elminin sirlərini öyrənib, onun zəngin kitabxanasının bilik mənbəyinə (Şərq alimləri Ələddin Cuveyni, əl-Məqdisi, İstəxri, Zəkəriyyə əl-Qəzvini, Fəzlullah Rəşid-əd-Din, Həmdullah Qəzvini əsərlərini oxumaqla) yiyələnmişdir.

Dini və dünyəvi biliklərin öyrənilməsində ibtidai təhsilini Ata ocağında alsa da, dini və dünyəvi biliklərə artan şiddətini ödəmək üçün erkən gənclik illərindən səyahətə çıxmaqla Türk-Müsəlman dünyasının zəngin kiabxanaları, işıqlı, ziyalı aydınları ilə tanışlığı, müdrik el fəlsəfəsinin zənginliyindən bəhrələnməsi unun təfəkkürünün formalaşmasına səbəb olmuşdur.

1625-ci ilin yayında bir ticarət karvanına qoşularaq Hindistan və Sarandibə (qədim Ərəblər Şri-Lankanı belə adlandırıb) yola düşüb, 7 il çəkən səyahətində Pişəvər, Lahor, Dehli, Aqra, Orxa (burada məşhur Rac-Mahal sarayı), Heydərabad (Qolkond sultanlığının (1512-1687-ci illər) payaxtı eyniadlı şəhərdə), Kəlküttə şəhərlərində, Bihar ştatında olmuş, 1631-ci ilin oktyabr ayında Bəlx şəhərinə qayıtmışdır. Burada yaşamaqla, ictimai-siyasi mühitin mərkəzində olmaqla dünyaya baxışı həm də “Mir Xislət” təxəllüsü ilə yazdığı “Məhəbbətnamə” poetikəsərində yer almışdır.

İslam fəlsəfəsinin dəyərləri timsalında dövlət və cəmiyyət bütövlüyünün, milli-mənəvi dəyərlərin təməl mühafizəsinin elmi-nəzəri qiymətləndirilməsi məzmununda yazdığı “Aqillərin hekayətində ümman sirr” kitabı, Özbək xalqının öndəri və xanlığının banisi Əbdül Xeyir xan Dövlət Şeyx Sultan oğlunun (1412-1468) vəfatı ilə qələmə aldığı “Tarix-i Rəşid” əsəri də Türküstanın Orta əsrlər tarixinin (eləcə də, Mavərənnəhr və Xorasan bölgələrinin) öyrənilməsində, “Mineralogiya” əsəri Türküstan diyarının təbiət-mədən zənginliyinə (bu sırada “Gözəl rahiyə” əsəri), ”Parlaq ulduz” kitabı isə astranomiya bilgilərinin tədqiqndə aid önəmli məxəzdir.

Onun elmi-ədəbi yaradıcılığı tarix, ədəbiyyat (50 mindən çox beytlə yazılmış “Divan”ı), coğrafiya, dini fəlsəfə, etika-didaktika, təbiətşünaslıq...sahələrini əhatə etmiş, eləcə də, Türküstan. Dövlətçiliyinin tarixi mərhələlərinin sənədli-xronoloji təhlilinə yönəlik, salnaməçilik ənənələrinə uyğun olmuşdur.

“Sirlər dənizi” əsəri Bəlx hakimi Həştarxanilər sülqləsindən olan Nadir Muhammad xanın (1606-1642) istəyi ilə 7 cilddən ibarət yazılıb, VI cildi bütünlüklə Cingiz xan dövründən Nadir Muhammad xana qədər olan tarixi əhatə edir (1000 səhifədən çox).

Məşhur rus şərqşünası, akademik V.V.Bartold (1869-1930) 1902-ci ilin yayında Türküstan diyarında elmi ezamiyyətdə olduqda “Aqillərin hekayətində ümman sirr” kitabının əlyazması ilə general Curabəyin arxivində tanış olaraq, əsərin Mərkəzi Asiya tarixinin öyrənilməsi baxımından mühüm, dəyərli elmi-nəzəri və tarixi-xroniloji əhəmiyyətə malik olduğunu bildirmişdir.

Adı çəkilən əsərin 6-cı cildi bütünlüklə Şeybanilər və Həştərxanilər dövlətlərinin tarixini təcəssüm etdirmişdir.

Ümumiyyətlə, ensklopedik trakt həcmində olan bu əsər Türk-Moğol nəslindən olan Çingiz xan, onun nəsil şəcərəsinin hakimiyyəti və Türküstan diyarında mükəmməl dövlət-idarəetmə sisteminin formalaşmasında rolu barədə məlumatlarla (konkret tarixi hadisələr bəzən nəzmə çəkilmişdir) zəngindir.

Mahmud ibn Əmir Vəli yaradıcılığı və əsərləri də XVIII-XX əsrlərdə Avropa ölkələrində (Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, İtaliya, Niderland) yeni ideoloji təbəddüla hərəkatı kimi nəzəri mahiyyət kəsb edən-Oriyentalizm (Şərq mədəniyyətinə və tarixinə köklənən inkişaf konsepsiyası) tərfdarlarının diqqət mərkəzində olmuş və 1903-cü ildə istifadə edilmişdir (London şəhəri kitabxanasının “Hind bölümü”ndə saxlanılan “Aqillərin hekayətində ümman sirr” əsəri timsalında).

Türk-Müsəlman coğrafiyasınınOrta əsrlər tarixinin zənginliyində mühüm yer tutan Türküstan diyarı keçmişinin zənginliyi  Mahmud ibn Əmir Vəli yaradıcılığı timsalındaaydın görünür, eləcə də digər Türküstan Aydınlarının əsərlərində...

P.S. Alimin əsərlərinin əlyazmaları Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq institutunun əlkyazmalar Fondunda saxlanılır. Onun əsərlərinə rus alimlərindən akademik İ.Y.Kraçkovski (1883-1951), tarix elmləri doktoru K.A.Pişulina (1934-2021)..da müraciət etmişlər.
Qismət  Yunusoğlu,  
Bakı Dövlət Universitetinin müəllimi (050 -372 60 08)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri