Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Türküstan diyarının aydınları... I YAZI

Türküstan diyarının aydınları... I YAZI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Altay dağları, Sarıçay yatağı və Xəzər dənizi hövzəsinədək Türk dünyası coğrafiyasının bir hissəsi olan Qıpçaq düzü/Türk çölləri, cənubunda, Balxaş və Aral gölləri ətrafı, Amu/Əmir-Dərya və Sır-Dərya çaylarının əhatəsi, Qaraqum-Qızılqum vadiləri… minilliklər tarixi ərzində əski Türk-Müsəlman dünyasının ünlü-məşhur Aydınlarının ocağı olmaqda qalmaqdadır…onlardan bir də Əhmədzəki Əhmədşah oğlu Validi-Toğana (1890-1970) olmuşdur…

Böyük Türk dövlətlərinin yaranması uğrunda Ərənlər, Bəylər, Xanlar/Xaqanlar sülalələrinin xələfləri sırasında layiqli yer tutan və Türk dünyası coğrafiyasını zənginləşdirən  Aydınlar/İsimlər ilk növbədə Dərin Zəka, Güclü İradə, Fitri İstedad və Qurd Ürəyi...daşıyıcıları olmuşlar, Zaman və Tarix anlamlarından asılı olmayaraq....

Bu yazı XIX-XX əsrlər hüdudlarında bütün mənalarda Türküstan diyarında rus işğalçılarına qarşı mücalidə aparmış bu sayaq Türk Ərənlərindən birinə-BaşQurd soylu Əhmədzəki bəy haqqındadır...

Hun-Quz tayfa birliyinin əski qollarından olan Oğuzların Aral/Ural bölgəsində məskunlaşan əcdadalrının xələflərindən BaşQurd diyarında, Sipəli çayı hövzəsindəki Sipərlidamaq nahiyəsinin Quzan kəndində ruhani ailəsində, dini-irfani ocaqda, kənd məscidinin imam-xütbəsi Əhmədşah Əhmədcan oğlunun (1860-1937) ailəsində dünyaya göz açan Əhmədzəkinin tərbiyəsi ilə həm atası, həm də anası (ona ərəb-fars dillərini və “Qurani-Şərifi” oxumağı öyrətmiş, İlahi-Haqq dünyagörüşünü təlqin etmişdir) məşğul olmuşlar. XIX əsrin I yarısında Sipərlidamaq nahiyəsində fəaliyyət göstərən mədrəsədə (1919-cu ildə  bağlanmış) mükəmməl dünyəvi və dini təhsil aldığı üçün Əhmədşah böyük nüfuz sahibi kimi bölgənin Türk-Müsəlman icması arasında hörmət qazanmışdır, söz yiyəsi olmuşdur.

İbtidai və tam orta təhsil həcmində biliklrə yiyələnən Ə.Validi XX əsrin I yarısında Rusiyada BaşQurd xalqının çar və bolşevik Rusiyasının işğalçılıq-müstəmləkə müharibəsinə qarşı mübarizədə, milli-azadlıq ideyalarının yayılmasında, Türkçülük ideologiyasının yaranmasında, imperiya hüdudlarında Türk-Müsəlman dövlətlərinin birliyi uğrund ön cərgələrdə yer almışdır.

1918-1920-ci illərdə vətəndaş müharibəsi illərində admiral A.V.Kolçakla (1874-1920, Türk sərkərdəsi İlyas Qalçağ Paşannı nəslindən olub) əks cəbhədə vuruşmuş, V.İ.Lenin (1870-1924) və İ.V.Stalinlə (1879-1953) əlaqələr yaratmış, lakin yeni rus inqilabının da  “yeni müstəmləkə” siyasəti olduğunu başa düşdüyündən 1920-1923-cü illərdə Aral/Ural hövzəsində, Çöl-Qırçaq düzəngahında (Qazaxstanda) və Türküstanda milli-azadlıq mübarizəsinin təşkili istiqamətində hərbi-siyasi fəaliyyətini gücləndirmişdir.

İstər Türküstan diyarında, istərsə də Anadolu və Avropa hüdudlarında olsun, Ə.Validi Türk-Müsəlman dünyasının tarixi, coğrafi, milli-mədəni irsi və etnoideoloji əsaslarının təməl prinsiplərinin tədqiqi və metodoloji prinsiplərinin elmi-nəzəri qiymətləndirilməsində dini və dünyəvi elmi qaynaqların gücləndirilməsinə diqqət yetirmişdir. Türkiyə Cumhuriyyəti, Misir, Avstriya, Almaniya, Fransa və başqa ölkələrdə ictimai-siyasi mühacir həyatı keçirməklə böyük Başqurd-Türk filosofu-mücadiləçisi Ə.Validi Turançılıq ideyalarını Şərqçünaslıq elmiinin aparıcı istiqaməti kimi qəbul etmiş, “Türk və Tatar tarixi”,“Türküstan tarixi” əsərlərini yazmış və bu işıqlı zəkasının qurbanı kimi 1944-cü ilin may ayında 10 il azadlıqdan məhrum edilir, lakin 17 aydan sonra həbsdən qurtulur.

Sonrakı dövrdə tədqiqatlarını davam etdirir (Türk dünyasının tarixi, etnoqrafiyası, folkloru...barədə mülahizələrini irəli sürür, İstanbul, Vyana və Bonn şəhərlərinin ali məktəblərində mühazirələr oxuyur (1938-ci ildə Göttingen Universitetinin professoru olub), 1951-ci ildə İstanbul şəhərində Şərqşünasların 21-ci Beynəlxalq konqresinə sədrlik edir, 2 ildən sonra İslam Tədqiqatları institutu yaradır və ömrünün sonuna kimi bu ocağa rəhbərlik edir.1923-cü ildə Paris şəhərində Azərbaycan Milli Dövlətçilik Tarixinin yaradıcılarından biri-Ə.B.Topçubaşovla (1862-1934) görüşən Ə.V.Toğana həyatının Türkiyə Cumhuriyyəti dövründə M.Ə.Rəsulzadə (1884-1955) və digər öndərlərlə də əlaqə yaratmış, fikir mücadiləsinə yoldaşlıq etmişdir.
Sonuncu tədqiqat işlərinin nəticəsi olaraq “Türk mədəniyyətinə dair Məlumat kitabı”nı, “Xatirələr” (İstanbul şəhəri, 1969) əsərləri işıq üzü görür..

Böyük Türk Aydını 26 avqust 1970-ci ildə İstanbul şəhərində vəfat etmişdir...

P.S. Rus millətçiləri və tarix saxtalaşdırcıları Sipərlidamaq nahiyəsini-“Sterlitamak”, Quzan kəndini-“Kuzanyan”...adlandırmışlar.                                                                                                                        
P.S.S. Ə.Z.Validi nəslinin nümayəndəsi Nuriyyə Qulmuhammadova şərəfli soykökünün tarixi keçmişini sənədli-etnoqrafik tərzdə yazdığı “Mənim əzizlərim” romanında təsvir etmişdir.

Ə.Z.Validinin Azərbaycan tarixində yeri barədə professor Ə.İ.Muxtarovanın (1944) “Türk xalqlarının tarixi” əsərində (2013), yazıçı-tədqiqatçıl A.H.Tahirlinin (1955) “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991” kitabında... məlumatlara yer verilmişdir...

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi  (050.372.60.08.)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Yanvar 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri