Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Türküstan diyarının aydınları və mübarizləri... IV YAZI

Türküstan diyarının aydınları və mübarizləri... IV YAZI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qırğız xalqının Söz-Fikir-Musiqi ustadı və Azadlıq mücadili Taxtaqul Satılxan....

...Qırğız ədəbiyyatının tənqidçisi, şair və nasir Qəmbərəli Bakir oğlu Babur (1936-2003)  “Taxtaqulun ölməz mahnları” məqaləsində qeyd etmişdir ki, rus ədəbiyyatında A.S.Puşkin, ukraynada-T.Q.Şevçenko, qazax mədəniyyətində-İ.Kunanbəyli/Abay, gürcü tarixində-Ş.Rustaveli, latış xalqı üçün-Yanis Pliekşans/Raynis...hansı milli-mənəvi dəyərə və əhəmiyyətə malikdirsə, Qırğız xalqı, eləcə də, ədəbiyyat tarixi üçün T.Satılxan eyni yüksək səviyyə kəsb etmişdir.

Oş vilayətinin (Fərqanə vadisinin qonşuluğunda) Kətmən-Təpə nahiyəsinin Quşçu-Su obasında 1864-cü ildə yoxsul ailədə doğulan T.Satılxanın xalq nəğməkarı (mahnı bəstələməsi, ifaçılığı, ədəbi-musiqi el xəzinəsinin tədqiqatçısı, bilicisi və təbliğatçısı, milli azadlıq və hüquq bərabərliyinin əməldə tərənnümçüsü...) kimi yetişməsində minillik tarixə bağlı el ədəbiyyatının, şifahi xalq nümunələrinin ideya-fəlsəfi zənginliyi, el arasında rəğbət qazanması və xalqın azadlığı, ictimai-siyasi təqiblərə qarşı mübarizliyi mənən təşəkkül tapan ədəbi-mədəni ruh bütövlüyü ilə qaynayıb-qarışdığından, xalq nəğməkarının da əqidəsinə-məsləkinə doğma olduğundan ilk dövrlərdə yazdığı lirik əsərləri (“Alımkan”, “Ayımcan”, “Nasılkan”...) ilə...Qırğız xalqı arasında böyük şöhrət qazanmışdır.

 Artıq 12 yaşından sonra el mahnılarının ifaçısı kimi çıxış etdiyindən bir sıra yaradıcılıq nümunələrinin də müəlifi olmuşdur. Anası yas və dini mərasimlərdə mərsiyə deyən olduğundan bölgədə məşhur idi və oğlu da bu ruhda tərbiyə almış, xalq həyatına yaxınlığı ilə seçilmişdir.

 Xalq nəğməkarı özünə ustad hesab etdiyi el sənətkarları Çondu, Sərtbəy, Əsənaman və başqalarının ədəbi-mədəni irsini əxz etməklə getdikcə yaradıcılığını zənginlşdirmiş, milli-mənəvi kökə uyğun ideya/məslək baxışlarının yayılması hüdudlarını genişləndirmişdir. Lirik-psixoloji ruhlu  satira məzmunlu şerlərinin  (“Beş kaman”, “Eşən qəlpə”, “Esel bəyin nişanlanması”, “Sələmçi Çəkir bəy”...) təsiri daha güclü idi.

 Artıq XIX əsrin sonlarında və XX əsrin əvvəllərində çar Rusiyasının müstəmləkəçilik, işğalçılıq siyasətinə, milli-dini ayrı-seçkilik irticasına  və yerli hakim qüvvələrin zülmünə qarşı şifahi xalq yaradıcılığı nümunələrinin təbliği və el nəğmələri ahəngində  satira atəşinə tutan T.Satılxan ədəbi-bədii yaradıcılığı mübariz ruhlu xalq eposlarının (“Kojojaş”, “Sarıncı Bokey”, “Janış-Bayış”, “Gedeykan”,”Olcabəy və Kişimcan”...) tərənnümü, eləcə də, 1898-cı ildə Əndican nahiyəsində xalq üsyanının önündə olması səbəbindən, müxalif ictimai-siyasi baxışlarına görə  Rusiya hakimiyyəti tərəfindən həbs edilərək ölüm hökmünə məhkum edilsə də, Cənubi Sibirdə əski Yenən Su-Qırğız ellərnə göndərilir.

Haşiyə. 1898-ci ilin may ayında qərargahı Min-Təpə obasında yoxsul ailədən olan və Sufi/Nəqşibəndi təriqətinin şeyxlərindən olan Hacı Muhammad Əli Muhammad Sabir oğlu (1853-1898)  tərəfindən idarə edilmiş Əndican xalqm hərəkatı çar Rusiyasının irticaçı müstəmləkəçilik və işğalçılıq zülmünə (münbit torpaqların yerli əhalinin əlindən alınması və Mərkəzi Rusiyadan, Xəzərboyu ərazilərdən köçürülmüş ruslara paylanılması, rusların məskunlaşma siyasətinin gücləndirilməsi, yerli idarəetmə orqanlarında ruslara üstünlük verilməsi...) qarşı Fərqanə vadisindəki üsyan  (2 min nəfərə qədər əkinçiləri və tərəkəmə elatını ətrafında birləşdirən), həm də ictimai-dini səciyyə daşımışdır. İmperiya xislətinin daşıyıcısı və milli/dini  ayrı-seçkiliyi yürüdən çar Rusiyasının 20-ci Türküstan bölüyünün nizami silahlıları bu xalq hərakatını qan içində boğmuş (18 nəfər, o cümlədən, Şeyx Muhammad Əli edam edilmiş, 417 nəfər isə həbs edilmişdir), siyasi qabaqcıllarının bir hissəsi, eləcə də, T.Satılxan 1905-ci ilədək Baykal gölü ətrafında sürgün həyatı yaşamış, siyasi məhbuslarla birlikdə saxlanılmışdır..

Qeyd etmək lazımdır ki, Əndican xalq üsyanı XX əsrin əvvəllərində Türküstan diyarında geniş vüsət almış milli-azadlıq mübarizəsinin ilk qığılcımı kimi siyasi-ictimai əhəmiyyət kəsb etmişdir.

Musiqi və bədii yaradıcılığını davam etdirməklə həbsdən qaçaraq müəyyən müddət tayqada gizlənən el nəğməkarı istər sürgündə, istərsə də sonrakı mərhələdə bir sıra yaradıcılıq nümunələri (“Əlvida, Ana”, “Əlvida doğma Xalqım”, “Həyat əzablı olub”, “Qartal kimi zirvələdəyəm”, “Qanun belədirmi?”, “Qaçış mahnısı”...) yaratmaqla milli-ideya əqidəsinə sadiq qalmış, xalq ənənələrinin qorunub saxlanılmasına xidmət göstərmişdir.

Ümumiyyətlə, T.Satılxanın yaradıcılıq irsi lirik-psixoloji ruhlu (“Nəsilhan”, Əlimhan”, “Suyumhan”....), satirik-tənqidi tərzdə (“Murad bəy”, “Deyxah bəy haqqında mahnı”....) və fəlsəfi-mistik mövzuda (“Nəsihət”, “Müdriklik mahnısı”, “Haqq yolundan çəkinmə”, “Nə cəlb edir?”...) olmaqla həyatı boyu xalq ədəbiyyatı  xəzinəsinin zənginləşməsinə xidmət göstərmişdir.

1910-cu ildə Vətənə qayıdan xalq nəğməkarı və şairinin yaradıcılığında yeni mərhələ açılmışdır. Faciəvi ailə həyatının acılarına (cavan oğlu həyatdan köçmüş, həyatı yoldaşı köçüb getmiş, anası köməksiz vəziyyətdə qalmış...) dözən T.Satılxanın el irsinə əsaslanan ədəbi-bədii və milli yaradıcılığının bu dövrü də xalq ruhuna doğmalığını qoruyub saxlamışdır.

Xalq nəğməkarı və el şairi ruhən/qəlbən və cismani baxımdan  Haqq yolunun yolçusu olduğundan və yeni tarixi dövrə (1917-ci ildə çar Rusiyasında baş vermiş siyasi-hərbi çevrilişdən sonrakı) inam bəslədiyindən ömrünün sonuna kimi yenə də Türküstan diyarı dövlətçiliyini, bütövlükdə, Türk-Müsəlman xalqlarının milli-mənəvi və siyasi-hüquqi dəyərlərini tərənnüm etmişdir...Onun yaradıcılığı Qırğız ədəbiyyatının və incəsənətinin XX əsr inkişafı və təkamülünə böyük təsir göstərmiş, milli-mənəvi təməl dəyəri daşımışıdır.

1964-cü ildə Qırğız Respublikasında  Onun 100 illik yubileyi keçirilmiş, 1965-ci ildə ədəbiyyat və incəsənət sahəsində görkəmli xidmətlərə görə təltif kimi verilən Dövlət mükafatına Onun adı verilmişdir...

1933-cü il 17 sentyabr günündə Haqq dünyasına qovuşan Taxtaqul Satılxan doğma obasında dəfn edilmişdir.

(Yazının hazırlanmasında həm də “Özbəkistan SSR-nin tarixi” kitabından (1968-ci il, II cild, Daşkənd şəhəri) istifadə edilmişdir)
Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050 3726008)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see218

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see216

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see160

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see142

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see140

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see139

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see139

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri