Icma.az
close
up
RU
Türmənin hasarına bitişik torpaq sahəsində özbaşına tikinti işləri aparan şəxslə bağlı QƏRAR

Türmənin hasarına bitişik torpaq sahəsində özbaşına tikinti işləri aparan şəxslə bağlı QƏRAR

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmada təqsirləndirilən M.M.-in (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib.

İttihama görə, M.M. 2023-cü ilin mart ayından etibarən yaşadığı ünvanda yerləşən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin hasarına bitişik, dövlət mülkiyyətində olan 147.0 kv.m. torpaq sahəsinə dair hər hansı bir aidiyyəti hüquq müəyyənedici sənədlər olmadığı halda torpaq sahəsində abadlıq və təmizlik işləri aparıb. Sonra o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsinə faktiki sahiblik etməyə başlamaqla özbaşına tutub. Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının ortalarında isə həmin torpaq sahəsi üzərində bir mərtəbəli, ümumi sahəsi 60 kv.m. olan anbar tipli qeyri-yaşayış sahəsi inşa etməklə özbaşına tikinti işləri aparıb.

Xətai Rayon Məhkəməsinin hökmü ilə ona 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs isə apellyasiya şikayəti vermişdi.

Qeyd: M.M. Bakıda MMC-lərin birində biznes konsultantı vəzifəsində işləyir.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Fevral 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see208

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see177

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see165

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see141

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see132

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see121

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see119

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see118

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri