Icma.az
close
up
RU
Tutda gizlənən MÖCÜZƏ

Tutda gizlənən MÖCÜZƏ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tutdan alınan antosiyanin ekstraktı yağlı və xolesterolla zəngin qidaların bədənə zərərli təsirlərini azalda bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu, Binzhou Tibb Universitetinin tədqiqatçılarının gəldiyi nəticədir. Tədqiqatın nəticələri ”Frontiers in Nutrition” jurnalında dərc edilib.

Alimlər tutun bağırsaq mikroflorasına, iltihabi proseslərə və qaraciyər metabolizmasına necə təsir etdiyini araşdırıblar. Onlar flavonoid qrupundan olan və giləmeyvələrə tünd rəng verən, antioksidan xüsusiyyətləri ilə tanınan təbii piqmentlərə - antosiyaninlərə diqqət yetiriblər.

Təcrübə qan damarlarının divarlarında xolesterol lövhələrinin əmələ gəldiyi ateroskleroz xəstəliyi riski artan siçanlar üzərində aparılıb. Yüksək yağlı pəhrizdə olan heyvanlara əlavə tut antosiyaninləri verilib.

Nəticələr göstərib ki, əlavə bədəndə LDL xolesterol səviyyələrini və iltihab marker interlökin-1β-ni azaldır. Eyni zamanda, hüceyrələri zədələnmədən qorumağa kömək edən antioksidan ferment qlütation peroksidazanın aktivliyi artıb. Bağırsaq mikrobiotasında da dəyişikliklər baş verib. 

Heyvanlarda daha əlverişli metabolizm ilə əlaqəli bakteriyaların sayında artım müşahidə olunub, əvvəllər iltihab prosesləri ilə əlaqəli olan mikroorqanizmlərin nisbəti isə azalıb.

Bundan əlavə, alimlər qaraciyər metabolizmasında dəyişikliklər aşkar ediblər. Antosiyaninlər qəbul edildikdən sonra hüceyrələr və iltihab prosesləri ilə əlaqəli müəyyən birləşmələr üçün əsas enerji mənbəyi kimi xidmət edən bir molekul olan ATF-in səviyyəsi azalıb. Eyni zamanda, toxumaların bərpasında iştirak edən amin turşusu qlutamininin səviyyəsi artıb.

Tədqiqat müəlliflərinin fikrincə, maddələr mübadiləsində və mikrobiota tərkibindəki bu dəyişikliklər aterosklerozun inkişafı ilə əlaqəli risk faktorlarını azalda bilər. Lakin tədqiqatçılar vurğulayırlar ki, təcrübə heyvanlar üzərində aparılıb, ona görə də nəticələri birbaşa insanlara tətbiq etmək üçün hələ tezdir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Mart 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri