Icma.az
close
up
RU
Tutduğunu buraxmayan siyasi korafəhm Oskanyan

Tutduğunu buraxmayan siyasi korafəhm Oskanyan

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın keçmiş xarici işlər naziri sülh prosesinə əngəl olmaqdan əl çəkmir

O, artıq xeyli vaxtdır ki, sülh prosesinə etimadı sarsıdan açıqlamaları ilə revanşistlər cərgəsinin ön sırasına keçib. Diplomatik karyerası boyunca destruktiv bəyanatları ilə tanınan Vardan Oskanyan indiki çıxışları ilə də həmin dəst-xətti davam etdirir, gərginliyi alovlandırır. Onun hökumətə qarşı ittiham dolu çıxışları Ermənistan daxilində radikal mövqeləri gücləndirir və sülh gündəliyinə mane olur. Oskanyanın son bəyanatları həm Ermənistan–Azərbaycan münasibətlərinə, həm də regiondakı sülh təşəbbüslərinə kölgə salır. Onun çıxışları revanşist dairələr üçün stimul rolunu oynayaraq cəmiyyətdə etimadsızlıq mühitini dərinləşdirir.

V.Oskanyanın təxribatçı çıxışlarını izlədikdə əmin olursan ki, bu adamın regionda yaranmış yeni reallıqlardan xəbəri yoxdur. Yaxud da onları qəbul etmək istəmir. Onun özünü hələ də xarici işlər naziri kimi aparması istehza və acı gülüş doğurur. Bu xüsusda ritorikası da diqqət çəkir. Oskanyan keçmiş münaqişə ilə bağlı 1990-cı illərin sonları, 2000-ci illərin əvvəlləri işlədilən siyasi ritorikadan istifadə edir. Bu nüans diqqətdən yayınmır.

Keçmiş nazır iki gün öncə “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb ki, ermənilərin Qarabağa qayıtması məsələsi beynəlxalq gündəmdə qalmaqdadır. O xatırladıb ki, sentyabrın 29-da konqresmen Frenk Pallone özünün “Facebook” səhifəsində ABŞ Dövlət katibi Marko Rubionun təxminən 90 Konqres üzvünün məktubuna cavab verərək Qarabağdakı ermənilərin repatriasiyası hüququ və bölgədəki “erməni xristian irsi”nin qorunması məsələsinin həllinə sadiq olduğunu bildirib: “Bu məsələlər Ermənistan və Azərbaycan arasındakı münaqişənin (?) ədalətli həllinin əsasını təşkil etməlidir. Bu dönüş nöqtəsi Amerika Erməni Milli Komitəsinin, “Qarabağ xalqı”nın (?) hüquqlarını müdafiə edən qrupun, eləcə də Amerikadakı erməni icmasının müttəfiqlərinin israrlı səylərinin nəticəsidir. Bakının inkarı və İrəvanın susqunluğu fonunda ABŞ bu prinsipi rəsmi şəkildə dilə gətirir, indi söhbət onları həyata keçirməkdən gedir”.

Eyni zamanda, o əlavə edib ki, İsveçrə parlamentinin iki üzvü – Erix Fontobel və Nikolas Valder İsveçrə sülh təşəbbüsünü (?) təşviq etmək məqsədilə BMT İnsan Hüquqları Şurasının himayəsi altında Beynəlxalq Xristian Həmrəyliyi təşkilatının təşkil etdiyi tədbirdə iştirak ediblər. Oskanyan yenə də köhnə əyyamlara qayıdaraq deyib ki, indi İsveçrə Azərbaycan və “Qarabağdan olan nümayəndələrin” (?) iştirakı ilə sülh forumu keçirməlidir ki, “məcburi köçkün” ermənilərin kollektiv və təhlükəsiz geri qayıtması ilə bağlı danışıqlar aparılsın. Keçmiş XİN başçısı əlavə edib ki, separatçı rejimin “ombudsmanı” Artak Beqlaryan və Beynəlxalq Dövlət Hüququ və Siyasət Qrupunun sədri Pol Uilyams da bu təşəbbüsə qoşulub.

* * *

V.Oskanyanın yazdığı fikirlər sülh prosesinə xələl gətirən, regionda sabitlik və əməkdaşlıq üçün yaradılmış yeni mühitə kölgə salan bir bəyanatdır. Oskanyan hələ də özünü Ermənistan xarici siyasətinin memarı kimi aparır, halbuki o dövr çoxdan bitib, Ermənistanın siyasi kursu dəyişib və reallıqlar tamam fərqlidir.

Keçmiş nazirin ABŞ Konqresindəki bəzi ermənipərəst dairələrin açıqlamalarına söykənərək Qarabağ ermənilərinin qayıdışı məsələsini gündəmə gətirməsi həm qeyri-ciddilik, həm də məqsədli şəkildə gərginlik yaratmaq cəhdidir. Oskanyan bilməmiş deyil ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub, müharibə çoxdan bitib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bütün dünya, o cümlədən Ermənistan tərəfindən tanınıb. Bu səbəbdən, separatçı qüvvələrin yenidən canlandırılması və ya onların “kollektiv geridönüşü” barədə danışmaq həm hüquqi, həm də siyasi baxımdan absurddur.

Oskanyanın bəyanatında diqqəti cəlb edən digər məqam onun İsveçrənin “sülh təşəbbüsü” adı altında keçmiş separatçı qüvvələrə siyasi tribuna yaratmaq cəhdinə açıq dəstək verməsidir. Vardan bu davranışı ilə bir daha sübut edir ki, regionda yaranmış yeni əməkdaşlıq imkanlarından və sülh gündəmindən narahatdır. Onun hələ də keçmiş separatçı rejimin “ombudsmanı” və müxtəlif lobbi qruplarının nümayəndələrinə istinad etməsi faktiki olaraq sülhə qarşı yönəlmiş siyasi sabotajdır. Ən əsası isə Oskanyan keçmişdə ilişib qalıb. O, hələ də 1990–2000-ci illərin uğursuz diplomatiyasının dili ilə danışır, erməni cəmiyyətinə yanlış ümidlər aşılayır. Bu gün nə İsveçrədəki deputatların, nə də ABŞ-dakı ermənipərəst konqresmenlərin təşəbbüsləri keçmiş status-kvonu bərpa edə bilməz. Reallıq odur ki, Qarabağ Azərbaycan ərazisidir, separatçı qurum isə 2023-cü ildə tamamilə ləğv olunub. Qarabağdan köçmüş ermənilərin kütləvi şəkildə geri qayıtması nə gündəmdədir, nə də bölgənin gələcəyi üçün məqbul seçim sayılır. Oskanyanın bu həqiqətləri qəbul etməməsi hələ də siyasi revanşizm sindromundan xilas ola bilmədiyini göstərir.

Onun paylaşımındakı ən təhlükəli məqam isə beynəlxalq dairələrdə yenidən “erməni xristian irsi” kimi dini motivləri önə çəkməsidir. Bu, həm regionda mövcud olan etnik-dini harmoniyanı pozmağa yönəlmiş addımdır, həm də Ermənistanın illərlə apardığı təbliğatın köhnə ssenarisinin davamıdır. Məlum yanaşma keçmişdə qalan ritorikanın bərpasına xidmət edir və sülh prosesinə mənfi təsir göstərir.

Onu da bildirək ki, Ermənistan rəhbərliyi bu gün regionda nəqliyyat kommunikasiyalarının açılması, sülh sazişinin imzalanması və iqtisadi inteqrasiyanın vacibliyini qəbul edir. Münaqişədən sonrakı dövrdə iki ölkə arasında imzalanmış heç bir rəsmi sənəddə ermənilərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıtması barədə heç bir qeyd yoxdur. Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə paraflanmış sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişdə də ermənilərin Qarabağa “qayıdış hüququ”ndan bəhs edilmir. Beləliklə, bu məsələdə ABŞ Dövlət Departamentinə və ya hər hansı digər ölkəyə müraciət etmək hoqqabazlıqdan başqa bir şey deyil.

Onu da qeyd etmək lazımdır ki, Oskanyan öz bəyanatları ilə həm Nikol Paşinyan hökumətinə, həm də ümumilikdə Ermənistanın gələcəyinə zərbə vurur. Paşinyan özü sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Qarabağdan könüllü köç etmiş ermənilərlə bağlı məsələyə toxunub. O, Ermənistan hökumətinin bu məsələyə yanaşmasını təqdim edib. Paşinyan bəyan edib ki, Qarabağdan getmiş şəxslər Ermənistan hakimiyyəti və beynəlxalq ictimaiyyətin dəstəyi ilə Ermənistan Respublikasına yerləşdirilməlidir: “Biz artıq onların mənzillə təmin edilməsi proqramına başlamışıq, hazırda bu proqram problemlidir, lakin əminəm ki, o, effektiv olacaq. Biz Qarabağdan olan soydaşlarımızın Ermənistan vətəndaşlığı ilə gələcəyini nəzərdə tuturuq”.

Paşinyan ermənilərin Qarabağa qayıtmasının mümkünlüyü məsələsinə də toxunub: “Açığı deyim ki, mən bunu real hesab etmirəm. Üstəlik, bunu insanlara səmimi şəkildə deməyə böyük əhəmiyyət verirəm ki, onlar öz perspektivlərini və planlarını qura bilsinlər. Bu kontekstdə “qaçqınların” geri qayıtması məsələsini sülh prosesi üçün təhlükəli hesab edirəm”.

Bu bəyanat göstərir ki, Ermənistan hökuməti regiondakı yeni reallıqları qəbul edib və praktiki həll yollarına üstünlük verir. Oskanyanın mövqeyi isə əksinə, Ermənistan hökumətinin rəsmi mövqeyi ilə tam ziddiyyət təşkil edir. Sabiq nazirin əsassız bəyanatlarla çıxış etməsi həm Paşinyan hökumətinin mövqeyini zəiflədir, həm də cəmiyyətdə çaşqınlıq yaradır. Beləliklə, Oskanyanın yanaşması sülh gündəminə və Ermənistanın gələcəyinə açıq-aşkar zərbə vurur.

Politoloq İlqar Vəlizadə də XQ-yə bildirdi ki, Oskanyanın açıqlamaları, əslində, Ermənistan cəmiyyətini yanlış istiqamətə yönəltmək cəhdidir: “O, hələ də beynəlxalq aləmdə Qarabağ məsələsini gündəmdə saxlamağa çalışır, halbuki bunun siyasi və hüquqi əsası qalmayıb. Oskanyan keçmiş diplomatik postunun verdiyi səlahiyyətlərlə danışırmış kimi çıxış edir, lakin bugünkü reallıqlar tamam fərqlidir. Ermənistan hökumətinin özü etiraf edir ki, Qarabağdan köçənlər üçün perspektiv yalnız Ermənistan daxilindədir və onların geridönüşü mümkün deyil. Bu, Paşinyanın AŞPA-da verdiyi bəyanatla da təsdiqləndi. Oskanyanın irəli sürdüyü fikirlər həm strateji kursa ziddir, həm də sülh prosesinə mane olur”.

Ekspert bildirdi ki, üstəlik, Oskanyanın keçmiş separatçı rejimin simalarını prosesə cəlb etmək cəhdi artıq bağlanmış səhifəni yenidən açmaq cəhdidir: “Ermənistan üçün indi əsas prioritet yeni reallıqları qəbul edib iqtisadi və sosial islahatlara yönəlməkdir. Keçmişin xülyaları ilə yaşamaq nə cəmiyyətə, nə də regiona fayda verəcək. Oskanyanın bu davranışı daha çox şəxsi ambisiyalarının ifadəsidir”.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri